5. Kənd təsərrüfatı maşın və avadanlıqlarının tədqiqat və sınaq metodları
Maşınların «tədqiqatı» və «sınağı» anlayışlarının məzmunu. Nəzəri və eksperimental tədqiqatlar metodları, onların məqsəd və vəzifələri.
Elmi tədqiqatların mərhələləri. İşçi hipotezalar, nəzəri tədqiqatların proqramları və metodikası. Eksperimental tədqiqatların planlaşdırılması və metodikası. Eksperimentlərin planlaşdırılmasının riyazi metodu.
Tədqiqatda istifadə edilən cihazlar. Onların həssaslığının və işçi tezliyinin seçilməsi.
Eksperimental materialların işlənməsi və onların analizi. Təcrübə materiallarının emalında təsadüfi funksiya nəzəriyyəsindən istifadə. Korrelyasiya funksiyaları və spektral sıxlıqlar. Buraxıla bilən xətalar.
Emprik və digər asılılıqların alınması (çıxarılması). Rasional düsturlar.
Kənd təsərrüfatı maşınlarının sınağı. Sınaq növləri. Sınaqların ümumi metodikası. Maşınların etibarlılığının keyfiyyətini, texniki səviyyəsini və onların standartlara uyğunluğunun qiymətləndirilməsi metodları.
Əmək mühafizəsi, ətraf mühitin qorunması və ekoloji tsikllərin formalaşmasının mühəndis metodları və texniki vasitələri. Traktorlar və kənd təsərrüfatı maşınlarının hərəkət sistemləri ilə torpağın kipləşməsinin azaldılması.
Kritik hallarda kənd təsərrüfatı istehsalatı proseslərinin mexanikləşdirilməsinin xüsusiyyətləri. Yığım proseslərinin mexanikləşdirilməsində ənənəvi olmayan enerji mənbələrindən istifadə.
Dostları ilə paylaş: |