1. Kənd təsərrüfatının mexanikləşdirilməsinin texnologiya və vasitələrinin inkişafının əsas istiqamətləri
Kənd təsərrüfatının ekstensiv və intensiv inkişaf faktorları. Əməyin enerji təchizatı.
Kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsinin texnologiya və vasitələrinin müasir vəziyyəti. Zonal mexanikləşdirmə texnologiyası və vasitələri. Texnologiya və maşın sistemləri. Texnologiya və texniki vasitələrin inkişafı sahəsində yerli və xarici təcrübə. Texnoloji adapterlər. Əkinçiliyin koordinat sistemi.
Bitkiçilikdə və heyvandarlıqda məhsul istehsalının mexanikləşdirilməsinin səmərəliliyinin artırılma yolları. Yüksək və intensiv texnologiyalar.
Texnoloji proseslər- istehsal proseslərinin hissəsi kimi. Kənd təsərrüfatı maşınları ilə yerinə yetirilən texnoloji proseslərin nəzəriyyəsi haqqında ümumi anlayış.
Kənd təsərrüfatı məhsulları istehsalının və mexanikləşdirilmiş işlərin yerinə yetirilməsinin keyfiyyətinin idarə edilməsi.
Texnologiya və texniki vasitələrin yanacaq-energetik səmərəliliyinin qiymətləndirilmə metodları. Texnologiya və texniki vasitələrin ekoloji qiymətləndirilməsi. Texnologiya və texniki vasitələrin standartlaşdırılması və sertifikalaşdırılması.
Kənd təsərrüfatı istehsalatında mexanikləşmə proseslərinin sənaye-axın üsulları. Kənd təsərrüfatı istehsalatında kompleks mexanikləşdirmə vasitələri parkının parametrlərinin və tərkibinin uzunmüddətli proqramlaşdırılma modeli.
Texnoloji proseslərin qiymətləndirici parametrləri, qiymətləndirilmə üsulları, və riyazi təsviri. Texnoloji proseslərin, kənd təsərrüfatı maşınlarının işçi orqanlarının nizamlama parametrlərinə və iş rejimlərinə tələbatların optimallaşdırılması.
Kənd təsərrüfatı istehsalatında mexanikləşdirmə işlərinin təşkili. Təsərrüfatların və onların müxtəlif mülkiyyət formalarına malik struktur bölmələrinin maşın-traktor parkının tərkibinin və vasitələrinin optimallaşdırılması.
Kənd təsərrüfatı istehsalatında həyat fəaliyyətinin təhlükəsizliyinin texniki təminatı və metodları.
Dostları ilə paylaş: |