2. Kənd təsərrüfatı materiallarının və mühitlərinin xüsusiyyətləri
Müasir əkinçilik mexanikasında akademik V.P.Qoryaçkinin ideyalarının inkişafı. Tanınmış alimlərin elmi məktəbləri.
Kənd təsərrüfatı aqreqatlarının iş şəraitləri. Kənd təsərrüfatı məhsulları istehsalının aqroiqlim faktorları və onların təyin edilmə metodları. Aqrolandşaftın xarakteristikaları. Torpağın və texnoloji materialların texnoloji xüsusiyyətləri.
Kənd təsərrüfatı maşınları və mühitlərinin xüsusiyyətlərinin, onların riyazi təsvirinin statiki və dinamiki öyrənilməsinin üsul və vasitələri. Torpaq, bitki, heyvan və mikroorqanizmlər komponentlərinin qiymətləndirilməsinin ekspres metodları. Mühit və texnoloji materialların xüsusiyyətlərinin təyin edilməsi üçün metroloji təminat. Kənd təsərrüfatı maşınlarının və maşın aqreqatlarının dinamiki və ya statiki sistem kimi yaradılmasının və işləməsinin riyazi modellərinin qurulma metodikası.
Norma yaradan göstəricilər və konkret şəraitlərdə kənd təsərrüfatı texnikasından istifadənin qiymətləndirilməsi.
Dostları ilə paylaş: |