3.1. Elektirik enerjisinin istilik enerjisinə çevrilməsi. Elektrik qızdırmanın növləri. Elektrotermiki avadanlığın istilik hesabatı. İstilikötürmənin əsas növləri, qızdırmanın kinetikası. Elektriki qızdırmanın ümumi tənliyi, onun analizi və elektrik modeli. Elektrik enerjisi gücünün və sərfinin hesabatı. Elektrik avadanlıqlarının əsas konstruktiv və energetik parametrlərinin təyini.
3.2. Elektrik hava və su qızdırıcıları, buxar qazanları və buxarqızdırıcıları, elektrik konvektorları və şüalı qızdırıcılar. Heyvandarlıqda, quşçuluqda, anbarlarda, sənaye və yaşayış binalarında tələb olunan mikroiqlimin yaradılması üçün elektrik-termiki avadanlıqlar və nizamlayıcı qurğular. Məişət elektriki qızdırıcı cihazlarının təyinatı və növləri. Müqavimət elektrik sobaları, kameralı, şaxtalı, vannalı sobalar, elektrokaloriferlər, YYT- sobalar, qızdırıcı və quruducu qurğular, elektrik qaynağı avadanlıqları. Su və istilik sərfini ölçən sayğaclar.
Dostları ilə paylaş: |