Ixtisasının texnika və kənd təsərrüfatı elmləri üzrə


Elektrik enerjisinin optik şüalanmaya çevrilməsi



Yüklə 383 Kb.
səhifə31/42
tarix02.02.2022
ölçüsü383 Kb.
#114111
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
3.3. Elektrik enerjisinin optik şüalanmaya çevrilməsi. Optik və istilik şüalanma elek­trik mənbələrinin təsnifatı. Şüalanma mənbələrinin optiki, elektro­tex­ni­ki, energetik və istismar xarakteristikaları: közərmə lampaları, aşağı və yüksək təz­yiqli boşalma lampaları. İşıqlandırıcı qurğular və onların xarakteristikaları. Lam­paların parametrlərinin seçilməsi və hesabatı, onların yerləşdirilməsi.

Kənd təsərrüfatı istehsalatında şüalandırıcı qurğular. Bioloji obyektləri ziyan­ve­ricilərdən mühafizə və müalicə etmək, kənd təsərrüfatı məhsullarının emalı, qu­ru­dulması, istixanaların,bitkilərin və heyvanların şüalandırılması və qızdırılması üçün görünən, infraqırmızı, ultrabənövşəyi şüalanma qurğularının hesabatı və se­çil­mə prinsipləri.


3.4. Yüksək gərginlikli elektrik impulslarının və elektrik sahələrinin alınması üçün qurğular. Elektrik impulslu generatorların, elektrostatiki, taclı sa­hə­lərin və yüksək tezlikli yüksək gərginlikli sahələrin elektrik generatorlarının iş prin­sipi və xarakteristikaları. Elektrik aerozollu, elektrik ozonlaşdırıcı və elektrik ion­laşdırıcı qurğular. Elektrik taclı filtrlər. Heyvandarlıqda, bitkiçilikdə ozonun isti­fadəsi və generasiya edilməsi.

3.5. Heyvandarlıqda, bitkiçilikdə və kənd təsərrüfatı məhsullarının emalında texnoloji maşınların və axın xəttlərinin elektrik intiqalı. Sabit cərəyan və asinxron elek­trik intiqallarının elektromexaniki və mexaniki xarakteristikaları. Asinxron və sabit cərəyan mühərriklərinin sürətlərinin nizamlanma üsulları. Elektrik mü­hər­riklərinin orta güclü mənbələrdən işə salınma xüsusiyyətləri. Elektrik intiqa­lın­da keçid prosesləri. Elektrik intiqallarının iş rejimləri. Elektrik mühərriklərinin qız­ma və soyuma tənliklərinin analizi.

Yüklə 383 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin