1. Maşın-traktor parkının istismarı
Traktorların, kənd təsərrüfatı maşınlarının və avadanlıqların istismar-texniki xassələri. Traktorların xarakteristikaları və iş rejimləri, özüyeriyən maşınların istismar xüsusiyyətləri. Sürətli iş rejimindən və təbii iqlim şəraitindən asılı olaraq traktorun dartı xassələrinin və səmərəliliyinin dəyişməsi.
Aqreqatın güc balansı və onun analizi. Traktorun dartı, tam və şərti f.i.ə. Traktorların dartı göstəricilərinin yüksəldilməsi yolları.
Maşın-traktor aqreqatının dinamikası: hərəkətin idarəedilməsi, təsir edən qüvvələr, aqreqatların dinamikasının əsas anlayışları.
Maşın və aqreqatların dinamika və energetikasının asılı olduğu faktorların analizi və təyin edilmə metodikası. Heyvandarlıqda enerji qurğularının istismar xarakteristikaları.
Aqreqatın tərkibinin hesabat metodikası. Traktor mühərrikinin yüklənmə dərəcəsi. Qeyri qərarlaşmış rejimlər şəraitində optimal yüklənmə dərəcəsinə təsir edən faktorlar. Xarici şəraiti nəzərə almaqla aqreqatların dartı və optimal sürət rejimlərinin təyin edilməsi metodikası. Traktorlar, özüyeriyən maşın və aqreqatların optimal parametrlərinin təyin edilmə metodikası və nəzəriyyəsinin əsasları.
Mobil aqreqatların kinematikası. Aqreqatların kinematik xarakteristikaları. Aqreqatların tək-tək və qrup şəklində istifadəsi zamanı sürümün optimal və minimal enində işçi gediş əmsallarının hesabatı.
Aqreqatın məhsuldarlığı. Mobil və stasionar aqreqatların məhsuldarlığının və vaxt balansının hesabatı. Məhsuldarlığa təsir edən faktorların analizi və nəzəri əsasları. Maşın və aqreqatların məhsuldarlığının artırılması yolları. Geniş en götürümlü və kombinə edilmiş aqreqatların istifadəsinin əsasları.
Maşının işində istismar xərcləri, maşın və aqreqatların istifadəsinin səmərəliliyini xarakterizə edən göstəricilərin əsaslandırılması. Kənd təsərrüfatı proseslərinin yerinə yetirilməsində enerji sərfləri (səmərəli, texnoloji, faydalı) və onlara təsir edən faktorlar. Aqreqatın mexaniki və energetik f.i.ə. və onların analizi. Maşın və aqreqatların işi zamanı əmək sərfi və onların azaldılması yolları. Pul vəsaitlərinin istismar xərcləri və onların azaldılma yolları. Maşın-traktor aqreqatlarının kompleks qiymətləndirilməsi.
Maşın parkının optimal tərkibinin təyin edilməsinin müasir metodları. Maşın-traktor parkının işinin layihələndirilməsi və tərkibinin hesabatı. Axın texnoloji proseslərinin və nəqliyyat- yığım komplekslərinin layihələndirilməsi. Müasir şəraitdə maşın-texnoloji stansiyalarının rolu və onların vəzifələri.
Maşın-traktor parkının istismarında ekologiya və əmək mühafizəsi tələbatlarının texnoloji təminatı.
Dostları ilə paylaş: |