2. Texniki sistemlərin etibarlılığı
Maşınların təmiri və etibarlılığı nəzəriyyəsinin təyin edilməsi və əsas anlayışlar. İstismar prosesində maşının texniki vəziyyətinin dəyişməsi və onların səbəbləri. Obyektlərin əsas vəziyyətləri: saz vəziyyətdə, iş qabiliyyətinə malik, hüdud. Hüdud vəziyyəti. Maşının köhnəlməsi. Fiziki və mənəvi köhnəlmə.
Müntəzəm işləmə, uzunömürlülük, təmirə yararlı, saxlanılma və onların təyin edilmə metodları. Nəzarətə yararlı, əlverişlilik, tez sökülən, blokluluğu, qarşılıqlı əvəz edilməsi, bərpa edilməsi.
Etibarlılığın qiymətləndirici göstəriciləri və onların təyin edilməsi metodları. Tək və kompleks, qrup və fərdi qiymətləndirmə göstəriciləri. Müntəzəm işləmənin, uzunömürlülüyün, saxlanmanın və təmirə yararlılığın vahid göstəriciləri. Etibarlılığın kompleks göstəriciləri.
Maşınların etibarlılığı haqqında statistik məlumatların yığılması metodikası. Maşının və onun tərkib elementlərinin etibarlılığı haqqında tam, yarımçıq və bir çox yarımçıq informasiyaların alınması üçün sınaq (müşahidə) planı.
Maşın və onun elementlərinin sürətli sınaqları.
Nəzəri paylanma qanununu seçməklə və onun parametrlərini hesablamaqla maşınların etibarlı təmiri haqqında tam statistik məlumatların riyazi işlənməsinin metodikası.
Razılıq kriteriyararı, etibarlılıq göstəricilərinin etibarlı seyrəklik sərhədlərinin tək və orta qiymətləri. Hesabat xətalarının təyin edilməsi.
Etibarlılıq göstəricilərinə görə məlumatların qrafiki işlənmə metodları. Bir çox yarımçıq məlumatların işlənmə xüsusiyyətləri. Etibarlılıq təminatının konstruktiv metodları. Ehtiyat tədbirləri. Etibarlılığın yksəldilməsinin texnoloji metodları. Maşının etibarlılığının yüksəldilməsi üzrə istismar və təmir tədbirləri.
Maşınların etibarlılığını və iş qabiliyyətini təmin edən material-texniki, maliyyə və kadr ehtiyatları kompleksi kimi kənd təsərrüfatında maşınların texniki xidməti və təmirinin formalaşdırılma sistemləri.
Dostları ilə paylaş: |