4. Diaqnostika və maşınlara texniki xidmət
Maşından istifadənin əsasları. İstismar şəraitlərinin maşınların texniki vəziyyətinə təsiri. Kənd təsərrüfatında maşınların təmiri və kompleks texniki xidmət sistemi: növləri, vaxtaşırlılığı və maşının texniki xidmətə saxlanması. Maşınların texniki xidmətinin planlaşdırılması və təşkili. Maşınların təmirinin və texniki xidmətlərin təşkilində məlum olan yerli və xarici təcrübələrdən istifadə edilməsi. Texniki xidmət və təmir texnologiyasının normativ-texniki sənədləri.
Diaqnostikanın əsas anlayışları və tərifi. Diaqnostikanın parametrləri. Diaqnostikanın metodları. Texniki diaqnostika vasitələri. Mühərrik və digər maşın aqreqatlarının qalıq resurslarının proqnozlaşdırılması metodları. Maşın və aqreqatların diaqnostikasının marşrut texnologiyası. Diaqnostika parametrlərinin nomenklaturası, ayrı-ayrı aqreqat və maşının mexanizmlərinin diaqnostika edilməsinin texniki vasitələri.
Traktorlar, avtomobillər, kənd təsərrüfatı maşınları və avadanlıqlara texniki xidmətin vaxtaşırlılığı və onların parametrlərinin buraxıla bilən sapmalarının təyin edilməsi metodikası. İstismar şərtlərindən asılı olaraq vaxtaşırlılığı və texniki xidmətin tərkibinin korrektirovka edilməsi metodikası. Parametrlərin buraxıla bilən meyletmələri, nəzarətin vaxtaşırlılığı və dayanma ehtimalı, maşın hissələrinin orta faktiki resursları arasındakı asılılıqlar. İstehsalatın intensivləşdirilmə metodlarına və texniki xidmət vasitələrinin səmərəlilik göstəricilərinə təsir edən faktorlar. Mexanikləşdirmə və avtomatlaşdırma- texniki xidmətin istehsalat proseslərinin intensivləşdirilməsi metodları kimi. Texniki xidmətin yerinə yetirilməsinin təşkilati-texnoloji xüsusiyyətləri və xarakteristikaları.
Material-texniki təminat və ehtiyatlara qənaət. Ehtiyat hissələrinə və materiallara olan tələbatlara təsir edən faktorlar. Maddi-texniki təminat sistemi. Müəssisələrdə ehtiyat hissələri və materiallar sərfinin qeydiyyatının və anbar təsərrüfatının təşkili. Anbarlarda ehtiyat hissələrlə idarə olunma. Neft təsərrüfatının səmərəli təşkili.
Maşınların saxlanması. İşdən kənar vaxtda paslanmaya qarşı mühafizə üzrə nəzəri əsaslar və praktiki tövsiyələr.
Maşınların texniki xidməti və saxlanmasının maddi-texniki bazası. Onun layihələndirilmə prinsipləri. Maşının xaricdən təmizlənmə, texniki xidmət məntəqələri və stansiyası, maşın-texnoloji stansiyalar və onların avadanlıqları. Maşınlara xüsusi texniki xidmət. Maşınlara texniki xidmət proseslərinin modelləşdirilməsi zamanı kütləvi xidmət nəzəriyyəsindən istifadə.
Dostları ilə paylaş: |