Ixtisasının texnika və kənd təsərrüfatı elmləri üzrə


Kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsinin energetika vasitələri



Yüklə 383 Kb.
səhifə4/42
tarix02.02.2022
ölçüsü383 Kb.
#114111
1   2   3   4   5   6   7   8   9   ...   42
3. Kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsinin energetika vasitələri
Energetika vasitələrinin təyinatına görə, energetik və qüvvə pa­ra­metr­lə­rinə və mühərrikin tipinə görə təsnifatı. MTA və energetika vasitələrinin enerji tutumu.

Traktor, avtomobil, istilik və enerji qurğuları və kiçik mo­bil mexaniləşdirmə vasitələrinin mühərriklərinin güc parametrləri. Mühərriklərin əsas texniki xa­rak­teristikaları, onların nizamlanması və konstruktiv xüsustiyyətləri. Mühərrik­lə­rin inkişaf konsepsiyası və onların istifadəsi.

Traktor, avtomobil və özüyeriyən kənd təsərrüfatı maşınlarının transmissiya aqreqatlarının və hərəkət hissələrinin xarakteristikası və istismar göstəricilərinə onların təsiri.

Traktorların dartı xarakteristikaları, onların qurulması, istifadəsi. Təkərli və tır­tıllı traktorların dartı-dinamiki xarakteristikalarının xüsusiyyətləri. Traktor­la­rın dartı və enerji balansı. Traktora təsir edən xarici qüvvələr. Traktorların dartı di­namikası. Traktora xarici dinamiki təsirlər. Mühərrikin və traktorun işçi gös­tə­ri­cilərinə titrəyişlərin təsiri.

Təkərli və tırtıllı traktorların tam dartı faydalı iş əmsalı (f.i.ə). Dartı faydalı iş əm­salının ayrı-ayrı tərkib elementləri. Onların təyin edilmə metodikası və onlara təsir edən fak­torlar. Gücayırma valı (GAV) ilə işlədikdə traktorun dartı xarakteristikasının xü­susiyyətləri. Traktorun mühərrikinin enerji sərfinin azaldılma yolları.

Keçicilik və səlis gediş. Maşının konstruktiv parametrlərinin və istismar fak­tor­larının keçicilik qabiliyyəti göstəricilərinə təsiri. Səlis gediş. Titrəyişlərin in­san­la­ra təsiri.Titrəyişlərin azaldılma metodları.

Kənd təsərrüfatı aqreqatlarının manevrliliyi. Dayanıqlıq və idarə edilmə prob­­lemləri. Statiki və dinamiki dayanıqlıq. Dönmədə təsir edən qüvvə və mo­ment­lər. Mobil maşınların idarəetmə sistemlərinin erqonomik xarakteristikaları. Kənd təsərrüfatı aqreqatlarının avtomaik idarəedilməsi.

Mobil energetika vasitələrinin texnoloji xüsusiyyətləri. Texnoloji göstəricilər. Tex­­no­loji səviyyənin energetika vasitələrinin texniki xarakteristikalarından və konstruktiv pa­rametrlərindən, mexanizatorların iş şəraitindən və avtomat­laşdır­ma sə­viy­yə­sin­dən asılılığı.

Hidravliki asma sistemləri, onların əsas sxemləri, kinematiki tədqiqi və qüvvə he­sa­ba­tı.

Maşın aqreqatlarının, komplekslərinin və axın xəttlərinin parametrlərinin ana­lizi, sintezi və optimallaşdırılması. Aqreqatların kinematikası və maşın aq­re­qat­larının sürətləri və kütlələri arasındakı optimal nisbətin təyin edilmə me­to­di­ka­sı.

MTA-nın dinamiki və statiki sistem kimi yaradılmasının və işlənməsinin ri­ya­zi mo­dellərinin qurulma metodikası.

Traktor və kənd təsərrüfatı maşınlarına təhlükəsizlik tələbləri. Mexaniza­tor­la­rın iş şəraitinin sanitar-gigiyenik normaları.

Traktor və mobil kənd təsərrüfatı maşınlarının sınagının texniki vasitələri və me­todları.


Yüklə 383 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin