5. Yanacaq və yağlama materialları
Kənd təsərrüfatı texnikası üçün dizel, benzin və qaz yanacağının, yağlama materiallarının, xüsusi mayelərinin istifadəsi və istismar xassələri. Yağların markaları və təsnifatı.
Aşqarlı yağlama materiallarının istismar xassələrinin qiymətləndirilməsi. Mühərrik yağlarından səmərəli istifadə yolları. Transmissiya və digər yağların, həmçinin plastiki yağlayıcıların istifadəsi və istismar xassələri.
Maşın-traktor parkının istismarında yanacaq, yağlama materialları və texniki mayelərdən istifadə. Maşınların və mühərriklərin uzunmüddətli işlərinə yanacaq və yağlama materiallarının keyfiyyətinin təsiri. Yanacaq və yağlama materiallarının keyfiyyətinin təyin edilməsi üçün metodika və avadanlıqlar. Traktor və özüyeriyən maşınların istismarında mühərrik yağlarının keyfiyyətinin dəyişməsi. Nasosların istismar şəraitlərinin, mühərriklərin texniki vəziyyətinin və qalıq motoresurslarının qiymətləndirilmə göstəriciləri. İstifadə edilən yanacaq və yağlama materiallarının istismar keyfiyyətlərinin yüksəldilməsi yolları. İstifadə edilən neft məhsullarının keyfiyyətinə nəzarət.
Dostları ilə paylaş: |