4.2. Gübrə verilmsiənin və ziyanvericilərə və xəstəliklərə qarşı bitki mühafizəsinin mexanikləşdirilməsinin texnologiya və vasitələri. Gübrələrin, meliorantların və zəhərli kimyəvi maddələrin əsas növləri və xüsusiyyətləri. Üzvi və mineral gübrələrin mexaniki xüsusiyyətləri. Texnoloji proseslərin yerinə yetirilməsinə olan aqrotexniki tələbatlar.
Gübrələrin verilmə üsulları (üzdən, torpaq daxili, lokal, lentli və s.), gübrə və bitki mühafizəsi vasitələrinin istifadəsi texnoloji proseslərinin yerinə yetirilməsinin kefyiyyətinə tələbatlar. Gübrə səpən maşınlarının nizamlanma alqoritmi. Maşınların iş rejimi. Gübrələrin bərabər paylanmasının qiymətləndirmə metodları.
Üzvi gübrələr verilməsi üçün maşınlar, aqrotexniki tələbatlar, işçi orqanların tipləri və onların nizamlanması. İşçi orqanların layihələndirilməsinin nəzəriyyəsi və metodları.
Bitki mühafizəsi metodları. İstifadə olunan vasitələr və onların istifadəsi, işçi orqanları və maşınlar. Bitkilərin defoliasiyası və desikasiyası.
Bitkilərin mühafizəsinin kimyəvi və bioloji metodları. Bitkilərə zəhərli kimyəvi maddələrin verilmə üsulları; çiləmə və tozlandırma. Xəstəlik və ziyanvericilərə qarşı bitki mühafizəsinin birləşdirilməsi. Səmərəliliyin iqtisadi hüdudu. İstifadə kriteriyası.
Torpağa gübrə, meliorant və kimyəvi bitki mühafizəsi vasitələrinin verilməsi üçün maşın və aqreqatlar kompleksi və onların təsnifatı.
Torpağa gübrə verilməsi və bitki mühafizəsi texnologiyaları.
Məqsədyönlü nizamlama sistemindən istifadə edərək gübrələrin və bitki mühafizəsi üçün kimyəvi vasitələrin dəqiq verilməsinin texnologiya və texniki vasitələri.
Gübrələrlə və kimyəvi bitki mühafizəsi vasitələri ilə işlədikdə təhlükəsizlik texnikası və fərdi mühafizə vasitələri, ətraf mühitin mühafizəsi.
Dostları ilə paylaş: |