3.6. Elektrik intiqallarının aparatları və avtomatik idarəedilməsi. Elektrik mühərrikinin kommutasiyası, mühafizəsi və idarəedilməsi aparatları. Avtomatik idarəetmənin tipik sxemləri. Elektrik intiqalının tipinin seçilmə metodikası. Elektrik intiqalının gücünün və etibarlılıq göstəricilərinin hesabatı.
3.7. Heyvandarlıqda və bitkiçilikdə (suvarma, yemləmə, peyin təmizləmə, sağım və südün ilkin emalında, yumurtaların yığımında, növbələşdirilməsində və inkubasiyasında) axın xətləri və aqreqatların avtomatlaşdırılmış elektrik intiqalları. Temperatura, nəmliyə, işıqlanmaya, qazın tərkibinə və bakterial çirklənməyə görə heyvandarlıq binalarında mikroiqlimin optimal parametrlərinin təmin edilməsi sistemlərinin elektrik avadanlıqları. Stasionar proseslərin avtomatlaşdırılmış elektrik intiqal: kənd təsərrüfatı məhsullarının, yemlərin, mühafizə olunan torpaqda texnoloji proseslərin, yığımından sonra emalında, su təchizatında və hidromeliorasiyada.
Dostları ilə paylaş: |