3.8. Kənd təsərrüfatında elektrik istifadəçilərinin etibarlı enerji təminatı və elektrik təchizatı metodları. Enerji mənbələri. İstehsal proseslərində və məişətdə bərpa olunan enerji mənbələrindən istifadə vasitələri və yeni metodları.
Kənd təsərrüfatının elektrik təchizatı sistemləri və onların rejim göstəriciləri. Kənd təsərrüfatı təyinatlı elektrik şəbəkələrinin layihələndirilməsi və istismarı. Kənd istifadəçilərinin elektrik yüklənmələrinin hesabat metodu. Transformator yarımstansiyalarının gücünün və ötürücülərin və EÖX 10-110 kV (elektrik ötürücü xətləri) və 0,38 kV kabellərinin en kəsiklərinin seçilməsi. Elektrik təchizatının şəbəkə və avtonom ehtiyatları. Ehtiyat elektrik stansiyasının gücünün seçilməsi. Naqillərin mexaniki hesabatı. Qısa qapanma cərəyanının hesabatı və yüksək voltlu aparatlarının seçilməsi. Rele mühafizəsi. Elektrik enerjisinin kəmiyyət göstəriciləri, onlarla idarəedilmə üsulları və vasitələri. Elektrik təchizatının etibarlılıq göstəriciləri, onların idarəedilmə üsulları və vasitələri. Kənd təsərrüfatı təyinatlı elektrik şəbəkələrinin layihələndirilməsi və istismarında texniki-iqtisadi hesabatların metodiki əsasları.
Elektrik təchizatı sistemlərində enerji itkiləri. Kənd şəbəkələrində enerjinin israfçılıqdan qorunmasını təmin edən tədbirlər. Kənd təsərrüfatı istifadəçilərində elektrik enerjisinin kommersiya və texniki qeydiyyatı. Kənd təsərrüfatı istifadəçilərinin optimal elektrik təchizatı məsələlərinin həllində müasir riyazi metodların və kompüter texnologiyalarının istifadəsi.
Dostları ilə paylaş: |