3. Maşınların təmiri texnologiyası
Maşınların təmiri texnoloji prosesinin tərkibi. Sökmə-yığma işlərinin texnologiyası. Maşınların təmirində şəbəkəli planlaşdırma.
Maşınların təmiri prosesində çoxpilləli təmizlənmənin texnoloji prosesi və istifadə edilən yuyucu vasitələrin təsirinin intensivləşdirilməsinin nəzəri əsasları. Yuyucu vasitələrin seçilməsi və ondan istifadə şərtləri.
Hissələrin defektliyinin təyin edilmə texnologiyası, maşınların təmiri texnoloji prosesinin planlaşdırılması və idarə edilməsi üçün alınan məlumatların tərtib edilməsi.
Maşın birləşmələrinin komplektləşdirilməsinin nəzəri əsasları və komplektləşdirmə işlərinin yerinə yetirilmə texnologiyası. Təmir edilən maşının hissələrinin və yığım vahidinin balanslaşdırılması.
Yeyilmə növləri. Maşın hissələrinin yeyilmə mexanizmi və onu izah edən nəzəriyyələr. Yeyilmə kəmiyyətinin təyin edilmə metodları: mikrometrlə, tərəzi metodu (kütlənin azalmasına görə), dəmir yağda metodu, radioaktiv metod, kəsilmiş oymaqlar metodu və s.
Hissələrin və birləşmələrin hüdud və buraxıla bilən yeyilmələri, onların təyin edilmə kriteriyaları.
Yeyilmiş hissələrin bərpasında istifadə edilən texnoloji proseslər: soyuq və isti halda deformasiya; üzərinə ərimiş metal tökməklə böyütmə; elektrik qövs və qaz qaynaqları; metallaşdırma; qalvanik örtüklər; elektromexaniki emal; polimer materialların tökülməsi və yapışdırılması və s.
Kənd təsərrüfatı maşınlarının tipik hissələrinin bərpasının rasional üsulunun seçilməsi.
Hissələrin hazırlanması və bərpası zamanı mexaniki emal. Hissələrin yüksək möhkəmliyə malik materiallardan hazırlanmış alətlərlə emalı.
Təmir edilən maşının tipik birləşmələri və yığım hissələrinə olan əsas tələbatlar. Yığılan birləşmələrin, aqreqatların və ümumilikdə təmir edilən maşının işləyib-açılmasının və sınağının texnologiyası və nəzəri əsasları. Maşın təmirinin ekspress metodları.
Lak (boya) rəngləmə materiallarının xarakteristikası və seçiiməsi. Təmir prosesində maşının rənglənmə texnologiyası, onun yerinə yetirilməsinin optimal şərtlərinin seçilməsi.
Heyvandarlıq fermalarının və emal müəssisələrinin avadanlıqlarının və texnoloji avadanlıqların təmirinin texnoloji xüsusiyyətləri.
Təmir müəssisəsində yerinə yetirilən işlərin keyfiyyətinə əməliyyatlar üzrə nəzarət texnologiyası, ölçmə vasitələri (alət) və avadanlıqlar.
Təmir-xidmət müəssisələrinin sertifikatlaşdırılması.
Dostları ilə paylaş: |