Ixtisasının texnika və kənd təsərrüfatı elmləri üzrə


Diaqnostika və maşınlara texniki xidmət



Yüklə 383 Kb.
səhifə39/42
tarix02.02.2022
ölçüsü383 Kb.
#114111
1   ...   34   35   36   37   38   39   40   41   42
4. Diaqnostika və maşınlara texniki xidmət

Maşından istifadənin əsasları. İstismar şəraitlərinin maşınların texniki və­ziy­yə­tinə təsiri. Kənd təsərrüfatında maşınların təmiri və kompleks texniki xidmət sis­temi: növləri, vaxtaşırlılığı və maşının texniki xidmətə saxlanması. Maşınların tex­niki xidmətinin planlaşdırılması və təşkili. Maşınların təmirinin və texniki xid­mət­lərin təşkilində məlum olan yerli və xarici təcrübələrdən istifadə edilməsi. Tex­niki xidmət və təmir texnologiyasının normativ-texniki sənədləri.

Diaqnostikanın əsas anlayışları və tərifi. Diaqnostikanın pa­ra­metrləri. Diaqnostikanın metodları. Texniki diaqnostika vasitələri. Mü­hər­rik və digər maşın aqreqatlarının qalıq resurslarının proqnozlaşdırılması me­tod­ları. Maşın və aqreqatların diaqnostikasının marşrut texnologiyası. Diaqnostika parametrlərinin nomenklaturası, ayrı-ayrı aqreqat və maşının me­xanizmlərinin diaqnostika edilməsinin texniki vasitələri.

Traktorlar, avtomobillər, kənd təsərrüfatı maşınları və avadanlıqlara texniki xidmətin vaxtaşırlılığı və onların pa­ra­metr­lərinin buraxıla bilən sapmalarının təyin edil­məsi metodikası. İstismar şərtlərindən asılı olaraq vaxtaşırlılığı və texniki xid­mətin tərkibinin korrektirovka edilməsi metodikası. Parametrlərin buraxıla bi­lən meyletmələri, nəzarətin vaxtaşırlılığı və dayanma ehtimalı, maşın his­sə­lərinin orta faktiki resursları arasındakı asılılıqlar. İstehsalatın inten­siv­ləş­di­ril­mə metodlarına və texniki xidmət vasitələrinin səmərəlilik göstəricilərinə təsir edən faktorlar. Mexanikləşdirmə və avtomatlaşdırma- texniki xidmətin istehsalat pro­seslərinin intensivləşdirilməsi metodları kimi. Texniki xidmətin yerinə yeti­ril­mə­sinin təşkilati-texnoloji xüsusiyyətləri və xarakteristikaları.

Material-texniki təminat və ehtiyatlara qənaət. Ehtiyat hissələrinə və ma­te­rial­la­ra olan tələbatlara təsir edən faktorlar. Maddi-texniki təminat sistemi. Müəs­si­sə­lərdə ehtiyat hissələri və materiallar sərfinin qeydiyyatının və anbar təsər­rü­fa­tı­nın təşkili. Anbarlarda ehtiyat hissələrlə idarə olunma. Neft təsərrüfatının sə­mə­rə­li təşkili.

Maşınların saxlanması. İşdən kənar vaxtda paslanmaya qarşı mühafizə üzrə nə­zəri əsaslar və praktiki tövsiyələr.

Maşınların texniki xidməti və saxlanmasının maddi-texniki bazası. Onun la­yi­hə­ləndirilmə prinsipləri. Maşının xaricdən təmizlənmə, texniki xidmət məntəqələri və stan­si­yası, maşın-texnoloji stansiyalar və onların avadanlıqları. Maşınlara xüsusi tex­ni­ki xidmət. Maşınlara texniki xidmət proseslərinin modelləşdirilməsi zamanı küt­ləvi xidmət nəzəriyyəsindən istifadə.


Yüklə 383 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin