3. Kənd təsərrüfatı istehsalatının mexanikləşdirilməsinin energetika vasitələri
Energetika vasitələrinin təyinatına görə, energetik və qüvvə parametrlərinə və mühərrikin tipinə görə təsnifatı. MTA və energetika vasitələrinin enerji tutumu.
Traktor, avtomobil, istilik və enerji qurğuları və kiçik mobil mexaniləşdirmə vasitələrinin mühərriklərinin güc parametrləri. Mühərriklərin əsas texniki xarakteristikaları, onların nizamlanması və konstruktiv xüsustiyyətləri. Mühərriklərin inkişaf konsepsiyası və onların istifadəsi.
Traktor, avtomobil və özüyeriyən kənd təsərrüfatı maşınlarının transmissiya aqreqatlarının və hərəkət hissələrinin xarakteristikası və istismar göstəricilərinə onların təsiri.
Traktorların dartı xarakteristikaları, onların qurulması, istifadəsi. Təkərli və tırtıllı traktorların dartı-dinamiki xarakteristikalarının xüsusiyyətləri. Traktorların dartı və enerji balansı. Traktora təsir edən xarici qüvvələr. Traktorların dartı dinamikası. Traktora xarici dinamiki təsirlər. Mühərrikin və traktorun işçi göstəricilərinə titrəyişlərin təsiri.
Təkərli və tırtıllı traktorların tam dartı faydalı iş əmsalı (f.i.ə). Dartı faydalı iş əmsalının ayrı-ayrı tərkib elementləri. Onların təyin edilmə metodikası və onlara təsir edən faktorlar. Gücayırma valı (GAV) ilə işlədikdə traktorun dartı xarakteristikasının xüsusiyyətləri. Traktorun mühərrikinin enerji sərfinin azaldılma yolları.
Keçicilik və səlis gediş. Maşının konstruktiv parametrlərinin və istismar faktorlarının keçicilik qabiliyyəti göstəricilərinə təsiri. Səlis gediş. Titrəyişlərin insanlara təsiri.Titrəyişlərin azaldılma metodları.
Kənd təsərrüfatı aqreqatlarının manevrliliyi. Dayanıqlıq və idarə edilmə problemləri. Statiki və dinamiki dayanıqlıq. Dönmədə təsir edən qüvvə və momentlər. Mobil maşınların idarəetmə sistemlərinin erqonomik xarakteristikaları. Kənd təsərrüfatı aqreqatlarının avtomaik idarəedilməsi.
Mobil energetika vasitələrinin texnoloji xüsusiyyətləri. Texnoloji göstəricilər. Texnoloji səviyyənin energetika vasitələrinin texniki xarakteristikalarından və konstruktiv parametrlərindən, mexanizatorların iş şəraitindən və avtomatlaşdırma səviyyəsindən asılılığı.
Hidravliki asma sistemləri, onların əsas sxemləri, kinematiki tədqiqi və qüvvə hesabatı.
Maşın aqreqatlarının, komplekslərinin və axın xəttlərinin parametrlərinin analizi, sintezi və optimallaşdırılması. Aqreqatların kinematikası və maşın aqreqatlarının sürətləri və kütlələri arasındakı optimal nisbətin təyin edilmə metodikası.
MTA-nın dinamiki və statiki sistem kimi yaradılmasının və işlənməsinin riyazi modellərinin qurulma metodikası.
Traktor və kənd təsərrüfatı maşınlarına təhlükəsizlik tələbləri. Mexanizatorların iş şəraitinin sanitar-gigiyenik normaları.
Traktor və mobil kənd təsərrüfatı maşınlarının sınagının texniki vasitələri və metodları.
Dostları ilə paylaş: |