4. Kənd təsərrüfatı istehsalatı proseslərinin texnologiyaları və mexanikləşdirmə vasitələri (sahələr üzrə)
4.1. Mexanikləşdirilmiş torpaq becərmənin texnologiya və vasitələri. Ölkənin müxtəlif zonalarında kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün torpağın becərilmə texnologiyaları və prosesləri.
Torpaq becərən maşın və alətlərin təsnifatı. İşçi səthlərin həndəsi formaları və ölçüləri. İşçi orqanların yerləşməsi: kotan gövdəsi; dişli və diskli malalar; kultivatorun pəncəsi. Yüksək sürətdə işləmək üçün işçi orqanların xüsusiyyətləri. Aktiv isçi orqanlar. Torpağın becərmə əməliyyatlarının birləşdirilməsi.
İşçi orqanlara və torpaq becərən aqreqatlara təsir edən qüvvələr. İşçi orqanların və maşınların tarazlıq şərtləri. Torpaqbecərən aqreqatların kinematika və dinamikası, torpaqbecərən maşınların işinin energetika və istismar-texniki göstəriciləri. Torpağın becərilməsinə ümumi enerji sərfi.
Torpaqbecərən aqreqatların layihələndirilməsi. Torpaqbecərən aqreqatların iş proseslərinin modelləşdirilməsi. Aqreqatların parametrlərinin və iş rejimlərinin çoxfaktorlu optimallaşdırılması.
Maşınlı torpaq becərmənin texnologiyaları.
Torpağın becərilməsində əmək və enerji sərfinin azaldılması yolları. Torpağın becərilməsinin keyfiyyət göstəriciləri. Torpağın minimal becərilməsi.
Dostları ilə paylaş: |