Iyul 2007-ci IL (gəlmə-getmə vaxtı daxil olmaqla)



Yüklə 34,44 Kb.
tarix21.10.2017
ölçüsü34,44 Kb.
#8479


Gənclər və İdman “Gələcəyə İnam”

Nazirliyi Gənclər İctimai Birliyi






26-29 iyul 2007-ci il (gəlmə-getmə vaxtı daxil olmaqla)
(Ərizə formasının son qəbulu 19 iyul 2007-cı il)
DÜŞƏRGƏNİN TƏŞKİLİNDƏ MƏQSƏDİMİZ:
Azərbaycanda ekologiyanın, ətraf mühitin öyrənilməsi və onun qorunması ənənələrinin və təcrübəsinin formalaşması prosesində bir sıra problemlər ortaya çıxdı. Bunlardan biri ətraf mühit-ekologiya haqqında əhalinin məlumatlılıq səviyyəsinin və onu qorunmasının aşağı olmasıdır.

Bu problem ölkəmizin sərvəti olan Xəzər dənizi və ona tökülən çayların ərazilərində daha qabarıq görünür.

Son statistik məlumatlara görə, Xəzərin çirklənməsinin 80%-ni böyük çaylardan gəlir, atmosferin çirklənməsi və neft sənayesindən gələn çirklənmə-1% təşkil edir.

Dünyada baş verən ekoloji proseslər və gələcəkdə baş verə biləcək bir çox ekoloji böhranlar biz-gəncləri narahat edir.

Bir çox təşkilatlar ekologiya sahəsində əhali arasında maarifləndirici tədbirlər həyata keçirdirlər, ancaq bu sahədə əhalinin maariflənməsinə hələdə böyük ehtiyac duyulur.
“Gələcəyə İnam” Gənclər İctimai Birliyi bəşəriyyətin bir nömrəli problemi olan-ekoloji problemlərin həlli yolunda müxtəlif layihələrin yazılması, maarifləndirici təlimlər, aksiyaların keçirilməsi istiqamətində iş aparır. Bu məqsədlə təşkilatda ekoloji proqram çərçivəsində hər il ekoloji aksiyalar, maarifləndirmə xarakterli tədbirlər həyata keçirilir.

Artıq ikinci ildir ki, biz gənclər üçün yay düşərgəsi təşkil edirik. Hər iki düşərgə Gənclər və İdman Nazirliyinin köməkliyi ilə təşkil olunur. Gələcəkdə bu tipli tədbirləri, düşərgənin sonunda yaranacaq “Ətraf Mühit və Biz” adlı forum davam etdirəcəkdir.


MƏQSƏD:


  • Gənclərə ətraf mühit, Kürün flora və faunası, ekoturizm haqqında məlumatın verilməsi;

  • Gənclərin asudə vaxtının təşkili;


VƏZİFƏ:


  • Azərbaycanda fəaliyyət göstərən Hökümət, Qeyri Hökümət, həmçinin Ali təhsil ocaqlarından olan gənclər üçün 4 günlük düşərgə təşkil etmək;

  • Cəmiyyətdə, xüsusi ilə də gənclərə düşərgə və ekologiya haqqında məlumat vermək və bu sahəyə marağı artırmaq məqsədi ilə paylama materialı hazırlamaq;

  • Düşərgənin sonunda fəal iştirakçıların və Gələcəyə İnam GİB-nın düşərgə komissiyasının iştirakı ilə “Ətraf Mühit və Biz” ekoloji forumu formalaşdırılacaqdır ki, bu forum gələcəkdə Azərbaycanın digər regionlarında bu tip tədbirlərin hazırlanmasında dəstəkçi və təşkilatçılıq işini nümayiş etdirə bilsin.


YOL XƏRCLƏRİ:

Bərdə şəhərinə gəlmək üçün iştirakçılar yol xərcini özləri ödəməlidirlər. Bərdə şəhərindən düşərgənin keçiriləcəyi yerə nəqliyyat “Gələcəyə İnam” GİB tərəfindən təmin olunacaqdır.


YEMƏK VƏ QALACAQ XƏRCLƏRI:

Yemək və qalacaq xərcləri “Gələcəyə İnam” GİB tərəfindən ödəniləcək. Düşərgə müddətində iştirakçılar xüsusi çadırlarda qalacaqlar və hər bir iştirakçı yataq dəsti ilə təmin olunacaq.



İŞTİRAKÇILARIN SEÇİMİ:

Düşərgəyə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən Hökümət və Qeyri-Hökümət təşkilatlarndan olan 20 nəfər fəal gənc cəlb olunacaqdır.

İştirakçılar aşağıdakı meyarlar əsasında seçiləcəkdir:


  • 18-30 yaş həddi olmalı;

  • gənclər sahəsində iş təcrübəsi olmalı;

  • ictimai fəallığı olmalı;

  • fiziki cəhətdən sağlam olmalı;

Seçim zamanı qruplarda gender balansına riayət ediləcək. Seçimin ən əsas meyarlarından biri ərizəçinin motivasiyası olacaqdır.



***DÜŞƏRGƏ İŞTİRAKÇILARI ÖZLƏRİ İLƏ NƏ GÖTÜRMƏLİDİRLƏR :***


  • Şəxsiyyət vəsiqəsinin sürəti

  • Saat;

  • Kompas;

  • Su qabı;

  • Gündən qorunmaq üçün papaq (kepka, beysbolka);

  • Əl fanarı;

  • Kibrit (spiçka);

  • Isti geyim;

  • İdman ayaqqabısı (su keçirtməyən ayaqqabı);

  • Dəmir stəkan;

  • Dəmir (emal) dərin qab;

  • Dəmir qaşıq;

  • Həşəratlardan müdafiə üçün ləvazimat (krem,maz və s.)

  • Bıçaq;

  • Və s. (bura aiddir: oyun kartı, akkumulyatornan işləyən pleyer maqnitofon, CD-lər, oyun topu, musiqi alətləri (tar, gitara, zurna v.s)


Keçən il təşkil olunan yay düşərgəmizdən




Gənclər və İdman “Gələcəyə İnam”

Nazirliyi Gənclər İctimai Birliyi




26-29 iyul 2007-cı il (gəlmə-getmə vaxtı daxil olmaqla)


ƏRIZƏ FORMASI

(Xahiş edirik Latın qrafikasının böyük hərflərindən istifadə edəssiniz)




  1. Namizəd haqda:




Adı:__________________________ Soyadı:____________________________
Doğum tarixi: (gün, ay, il) _______________
Cinsi:  Kişi  Qadın
Bildiyiniz dillər: Rus,  İngilis,  Alman,  Digər__________________
Təhsil (oxuduğunuz və ya bitirdiyiniz yer, ixtisas): ______________________________________________________________________________Ünvan_(poçt_kodu_və_şəhər/yer)'>_____________________________________________________________________________
İşlədiyiniz yer, vəzifə:

_____________________________________________________________________________
Ünvan (poçt kodu və şəhər/yer) :

_____________________________________________________________________________
Tel./Fax. (ölkə, şəhər, poçt kodu daxil olmaqla):

_____________________________________________________________________________
E-mail: ______________________________________________________________________

2. Lazımi məlumatlar:


  • Qaranlıqdan qorxuram

 Üzməyi bacarmıram

 Heyvanlardan qorxuram (hansı heyvandan?) ________________________



  • Tez yoruluram

  • Allergiyam var (nələrə?)____________________________________________

  • Görmə qabiliyyətim zəifdir eynək istifadə edirəm

  • Pəhriz saxlayıram

  • Digərləri _________________________________________________________


3. Yay düşərgəsində iştirakınızın məqsədi:
4. Siz Azərbaycanda olan ekoloji vəziyyəti necə qiymətləndirirsiniz?
5. Hər hansı bir ekoloji aksiyada iştirak etmisinizmi? (xahiş edirik sadalayın)

6. Bu düşərgədən nə gözləyirsiniz?

7. Sizcə gənclər ətraf mühitin qorunmasında hansı istiqamətdə işlər görə bilərlər?

(metodları göstərin)


8. Siz tərəfdən qoyuluş (mövzuya aid təqdimatlar, maraqlı və əyləncəli oyunlar v.s...) xahiş edirik sadalayın...


9. Düşərgənin təlim hissəsinə aid hansı mövzuda təqdimat hazirlaya bilərsiniz?

10. Düşərgənin maraqlı olması üçün nə təklif edərdiniz?


Xüsusi qeydlər:

Tarix:__________ İmza:_________

Xahiş edirik bu qeydiyyat formasını
19 iyul 2007-ci il
tarixindən gec olmamaq şərti ilə gigt_barda@yahoo.com ünvanına göndərəsiniz

Bizim əlaqələr:
Azərbaycan, Bərdə, Az 0900, Ü.Hacıbəyov küç. 1/20

Tel.: (0110) 5 68 13;

Mob.: (055) 796 56 79;

E-mail: gigt_barda@yahoo.com


Əlaqələndirici şəxs: Sadiq Rzayev


Yüklə 34,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin