Tədqiqatın məqsəd və vəzifələri-tədqiqatın əsas məqsədi Azərbaycanda xarici ticarətin vəziyyətinin araşdırılması,xarici ticarətdə əsas və prioritet sahələrin öyrənilməsi və xarici ticarətin milli iqtisadiyyatın dayanıqlı inkişafına olan təsirlərinin araşdırılmasıdır.Bu məqsədlərə çatmaq üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Xarici ticarət prosesinin araşdırılması;
Xarici ticarətin ölkə iqtisadiyyatının inkişafında olan rolunun öyrənilməsi;
Azərbaycanın xarici ticarət dinamikasının araşdırılması və əsas ixrac və idxal mallarının xarici ticarətdəki payının dəqiqləşdirilməsi;
Azərbaycanın əsas xarici ticarət partnyorlarının və həmin ölkələrlə ticarət əlaqələrinin araşdırılması;
Azərbaycanın ÜTT-yə üzv olma prosesinin və ÜTT-yə üzv olmanın müsbət və mənfi cəhətlərinin öyrənilməsi
Azərbaycanda qeyri-neft sektorunun prespektiv sahələrinin qiymətləndirilməsi
Xarici ticarət inkişaf etdirilməsi barədə dövlət siyasətinin araşdırılması
Azərbaycanın əsas ticarət prespektivlərinin öyrənilməsi