17
alovlanan mayelər olan emulsiyaların ayrılması. Partlayış təh-
lükəli qaz-maye qarışıqlarının ayrılması. Qazın maye ilə kon-
taktında baş verən maye fazalı texnoloji proseslər.
İstilikdaşıyıcı ilə birbaşa kontakt zamanı istilik dəyiş-
dirmə prosesləri və təhlükəsizlik tələbləri. Sənayedə texnoloji
proseslərdə birbaşa qarışdırılması həyata keçirilməsinin məq-
sədi. Dövriyyədə olan istilikdaşıyıcının regenerasiyası. Diffu-
ziya proseslərinin yanğın –partlayış təhlükəsizliyi. Texnoloji
proseslərin maddi və istilik balanslarının hesablanmaları. İstilik
və kütlədəyişdirmə proseslərinin verilmiş temperatur rejiminin
təyin edilməsi.
Sənayedə qovulma və kondensləşdirmə prosesləri və təh-
lükəsizlik tələbləri. Mürəkkəb sistemlərdə qovulma və kon-
densləşdirmə zamanı maye və ya qaz fazada partlayış təhlükəli
mühit əmələ gəlməsi. Partlayış təhlükəsizliyi nöqteyi-nəzə-
rindən prosesin temperatur rejiminin stabilləşməsi. Qovulma,
buxarlandırma və kondensləşdirmə proseslərində yeni əmələ
gəlmış maddələrin (məhsullar) partlayış-yanğın təhlükəli
xüsusiyyətləri.
Dostları ilə paylaş: