9
yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin
edilməsi sahəsində vəzifələri. Yanğına qarşı işçilərə yanğın
təhlükəsizliyi tədbirlərinin öyrədilməsi. Yanğının söndürül-
məsinə cəlb olunmuş qüvvələrin müəyyənləşdirilməsi. Yanğın
təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslərə aid
tələblər. Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin
məsuliyyəti.
Yanma prosesinin fiziki-kimyəvi əsasları. İstehsalatda
yanğın və partlayış təhlükəsinin kateqoriyalara görə təsni-
fatı.Yanmanın alınması üçün vacib şərtlər. Yanmanın sürəti,
yanar sistemin kəmiyyət və keyfiyyətcə dəyişilməsi. 1 kq
maddənin yanması üçün lazım olan havanın miqdarın riyazi
hesablanması. Alovlanma və istilik impulsu təsirindən yanma
temperaturu. İstehsalatda yanğın və partlayış təhlükəsinin kate-
qoroyaları.
Yanğınların baş verməsinin səbəbləri və mühafizə
tədbirləri. Sənaye müəssisələrində bunlardan ən çox təsadüf
olunan yanğınlar. Yanğınların qarşısının alınması üçün tədbir-
lərin qruplaşdırılması. Ərazinin saxlanılmasına dair yanğın
təhlükəsizliyi tələbləri. İstilik və havalandırma sistemlərinə
dair yanğın təhlükəsizliyi tələbləri. Yanğına qarşı su
təchizatına dair tələblər.
İstehsalatda insaların yanğın təhlükəsizliyinin təmin edil-
məsinin xüsusiyyətləri. Avtomatik yanğınsöndürmə və yanğın
siqnalizasiya qurğularına olan tələblərin təsnifatı. İşçilərin kö-
çürməsinin idarəetmə sistemlərinə texniki xidmət və planlı-
ehtiyat təmiri (TX və PET). Yanğınsöndürmə qurğularınında
odsöndürücü maddənin kütləsi və ya təzyiqin hesablanması.
Yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin
saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.