Izahlı lüğət


SONLUQ TİTRLƏRİ (end titles) – Filmlərin, verilişlərin sonunda izahedici yazı, mətn



Yüklə 2,68 Mb.
səhifə28/42
tarix17.01.2017
ölçüsü2,68 Mb.
#580
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

SONLUQ TİTRLƏRİ (end titles)Filmlərin, verilişlərin sonunda izahedici yazı, mətn.


SON RAKORD (tail leader) – İşçi təbəqəsi olmayan, qalın, şəffaf lent. S.r. kasetin sonunda videolenti qoruyur.

SOSİAL FƏALLIQ (social activity) – 1) KİV-in, yaxud ayrılıqda hər bir jurnalistin konkret sosial problemlərin işıqlandırılması ilə bağlı ardıcıl, sistemli fəaliyyəti; 2) Sosial subyektlərin (cəmiyyət, sinif, qrup və şəxslərin) həyat fəaliyyəti üçün vacib şərtlərin yaranması, dəyişməsi və onların xüsusi strukturunun inkişafı ilə bağlı hərəkət.

SOSİAL MÖVQE (social status) – 1) Jurnalistin çalışdığı mətbuat orqanının xarakterindən asılı olmayaraq özünün şüurlu şəkildə qəbul etdiyi dünyagörüşü və əxlaq mövqeyi. S.m.-nin mütərəqqi, liberal və mühafizəkar formaları fərqləndirilir; 2) Adamların şəxsi keyfiyyətlərindən asılı olan hüquqi vəzifələri ilə bağlı vəziyyəti.

SOSİAL STEREOTİP (social sterotype) – Böyük dayanıqlığa malik obyektlərin və hadisələrin sadələşdirilmiş və formalaşdırılmış obrazı. Daha geniş formada adi qavrama və davranış formasıdır.

SOSİAL TELERADİO YAYIMI (social broadcasting) – Karlar və ya eşitmə qabiliyyəti zəif olanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramlar.

SOSİOLİNQVİSTİKA (sociolinguistics) – Dilin və nitqin sosial aspektlərini öyrənən, bir tərəfdən KİV-in cəmiyyətin dil mədəniyyəti taleyində modelləşdirici rolunu, digər tərəfdən mass-medianın inkişafında diskursların əhəmiyyətini üzə çıxarmaqla kommunikologiyanın metodoloji bazasını zənginləşdirən elm.

SOYUQ İŞIQ (cold light) – Lüminessent lampalarının, aşağı təzyiqli yüksüz civə lampalarının və digərlərinin işığı. S.i. kifayət qədər intensiv olmur.

SÖHBƏT (talk/chatting) – Məlumatın dialoji forması, analitik publisistikanın spesifik teleradio janrı. İctimai maraq doğuran siyasi, iqtisadi, sosial, mənəvi-etik, elmi və digər mövzulara həsr olunur, çox vaxt diskussiyaya da çevrilir.

SÖHBƏTLƏŞMƏ (chat) – İnternet şəbəkəsində real vaxtda dialoq aparılması.

SÖNDÜRÜLMƏ, QAPAMA (black-out) – Videosiqnal hissəsinin, yaxud impuls maneəsi siqnalının daimi amplitudlu siqnalla əvəz edilməsi.

SÖZALTI MƏNA (emotional meaning) – Verbal şəkildə birbaşa və açıq ifadə edilməyən, yalnız ümumi kontekstdən çıxan, yaxud müəyyən mimikaların köməyi ilə təsəvvür edilən (hasil olan) fikir. S.m. bilavasitə sözlə deyil, başqa vasitələrin köməyi ilə ifadə olunan mənaların məcmusu kimi də başa düşülür. Bəzən S.m.-nı danışanın (müəllifin) ifadə olunan fikrə münasibəti kimi də izah edirlər. Bəziləri isə bu mənanı potensial semantika hesab edirlər. Elə tədqiqatçılar var ki, S.m.-nı «emosional məna» adlandırırlar. S.m.-nın yalnız və yalnız intonasiya ilə (qismən də mimika ilə) əlaqədar olduğunu sübut etməyə çalışanlar da az deyil.

SÖZSÜZ FİLM (silent film) – Kinematoqrafiyanın təşəkkülünün ilk illərində qəbul olunmuş adı. XX əsrin 20-ci illərinin ikinci yarısınadək kino əsərləri sözsüz, yalnız təsvirdən ibarət olurdu. Bəzən bütün ekranı tutan yazılardan (titrlərdən) da istifadə edilirdi.


SÖZ YADDAŞI (word memory) – Bax: E ş i t m ə y a d d a ş ı.

SPEKTR (spectrum) – 1) Səsli yayım siqnalının xüsusiyyətlərindən biri. Səsli yayımın siqnalları fasiləsiz (bütöv) S.-ə malik olur. Siqnalın gücünün spektral sıxlığı tezlikdən asılıdır. Onun ən böyük amplitudası orta tezliklərdə yerləşir. Gücün spektral sıxlığının tezlikdən asılı olmasından istifadə edərək səs mənbəyinin tezlik diapazonunu təyin etmək mümkündür. Spektrin təhlilinin nəticələrinə görə nitqin tezlik diapazonu (TD) 70...7000 Hs, skripkanın TD-nu – 250...15000 Hs, orqanın TD-nu – 20...15000 Hs təşkil edir. Səsli yayımın siqnallarının S.-i haqqında məlumatdan səsli yayımın elektrik kanalı (SYEK) parametrlərinin seçilməsi zamanı istifadə edilir; 2) İşıq şüaları; müəyyən bir sistemi və prosesi xarakterizə edən əlamətlərin vəhdəti.

SPEKTRAL HƏSSASLIQ (spectral sensitivity) – Kinolentin müxtəlif dalğa uzunluqlu monoxromatik şüalanmalara qarşı həssaslığı.

SPEKTROQRAM (spectrogram) – Spektroqrafın (xüsusi cihazın) köməyi ilə alınan spektr təsvirlərinin məcmusu. S. kinolentin spektral həssaslığının keyfiyyətlə qiymətləndirilməsi işini yerinə yetirməyə imkan verir.

SPESİFİKA (specifics) – Konkret bir sahəyə, predmetə, nəyəsə aid olan; nəyinsə başqalarından fərqləndirici xüsusiyyətləri; özəl cəhət, özünəməxsusluq. Məs., TV-nin spesifikası və s.

SPİRAL AÇILMA (spiral scanning) – Rastrın dairəvi forma almasına və deməli, ötürücü borunun hədəf sahəsindən daha dolğun istifadə olunmasına imkan verən texnologiya. S.a. zamanı açma elementi sabit hərəkətlə Arximed spiralı ilə hərəkət edir. Kadr boyu əks gediş ola da bilər, olmaya da bilər.

SPLİTTER (splitter) – Birinci aralıq tezliyində siqnalın bölüşdürülməsi üçün tətbiq olunan qurğu.

SPONSOR (sponsor) – Özünün, adının tanınması, ticarət markasının şöhrətlənməsi, yaxud imicinin yüksəlməsi məqsədi ilə hər hansı verilişin təşkilinə və maliyyələşməsinə kömək edən fiziki (hüquqi) şəxs. Qəbul olunmuş ümumi qaydaya görə, S. köməklik etdiyi verilişin yaradıcılıq işlərinə qarışmır. Lakin TV praktikasında S.-un yaradıcılıq prosesinə müdaxiləsi faktı mövcuddur və bu əsasən iki formada: aktivpassiv formada özünü göstərir. Aktiv S. məhsulunu düşünülmüş şəkildə reklam etmək məqsədi ilə özü TV kanalına müxtəlif veriliş layihələri təklif edir. Passiv S. isə şirkətin yaradıcılıq müstəqilliyinə qarışmadan maliyyə və təşkilati yardım göstərir. S.-luq anlayışı daha çox ikinci mənanı (yaradıcılıq işinə müdaxilə olmadan yardım) ehtiva edir.

SPONTAN (spontaneous) – 1) Birbaşa, hazırlıqsız danışıq; 2) Xarici təsirlərdən deyil, daxili səbəblərdən öz-özünə yaranan proses.

SPOT (spot) – Nümayişi 10 saniyədən 60 saniyəyə qədər çəkən reklam çarxı. Adətən, populyar proqramlar arasında efirə verilir; 2) Əsas yayım proqramları arasındakı fasilələrdə qısa reklam və ya xəbərlər əlavəsi. Adətən, belə xəbərlər ekspressiv xarakter daşıyır.

SSENARİ (script) – Ekranlaşdırmaq (çəkilmək) üçün yazılan, kinofilmin, hazırlanacaq (efirə gedəcək) teleradio verilişinin məzmununu təfsilatı ilə şərh edən, gələcək ekran əsərinin səs və təsvir həllini, onun AV cəhətlərini göstərən ədəbi əsər; dram əsərinin planı, hər hansı süjetin sxemi. Bax: Ə d ə b i s s e n a r i.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin