ZAY KADR (rejected frame)–Texnikivəyaradıcılıqcəhətdənstandartlara cavab verməyən, bu səbəbdən də ekrandagöstərilməsimümkünolmayankadr. Z.k.-ın yaranması daha çox texniki amillərlə bağlı olur.
ZİPPİNQ (zipping)– Tamaşaçıların xoşuna gəlməyən reklam kliplərinin sürətlə fırladılması üsulu. Videoyazının dayandırılması və reklama, yaxud digər arzuolunmaz informasiya materialına baxmaqdan yaxa qurtarmaq məqsədi ilə televizorun başqa kanala keçirilməsi üçün texniki qurğu. Bu qurğudan, adətən, verilişin fərdi videovasitələrlə yazılışı zamanı istifadə olunur. Amma bəzən Z. üsuluna, sadəcə, efir vaxtına qənaət etmək məqsədi ilə müraciət olunur. Z.-in tətbiq olunması reklamdan kommersiya səmərəsi güdən reklamvericilərin və teleşirkət rəhbərlərinin planlarını, niyyətlərini poza bilər.
ZERO (zero) –Sıfır işarəsi. Daha çox telereklam sahəsində işlənir. Bu işarə altında olan reklam tamamilə faydasız reklam sayılır.
ZƏİFLƏDİCİ(altenuator) – TV yayım siqnalının qüvvətli olduğu yerlərdə siqnalı normal həddə endirən sistem.
ZƏRURİ ELEKTRİK GÜCÜ(necessary current strength) – Studiyadankənar obyektlərdə səthin işıqlandırılması, eləcə də kamera və videomaqnitofonun işlətdiyi elektrikin minimal gücü. Adətən, bu zəruri gücü əks etdirən rəqəmlər avadanlığa əlavə olunan istismar zamanı texniki izah və ya təlimatlarda göstərilir.
ZOLAQ(bar) – 1) Şaquli rəngli zolaqlar şəklində TV sınaq cədvəli. Z. bu qaydada yerləşir: ağ, sarı, mavi, yaşıl, al qırmızı, qırmızı, göy, qara (yaxud əksinə); 2) Eyni zamanda bir neçə videokamera işlədikdə nəzarət monitorlarının və rəng çalarlarının qaydaya salınması üçün rəngli zolaqların düzülüş rejimini təmin edən videokameranın işə qoşulması mexanizmi.
ZONA (zone/area) – Hər hansı bir ümumi əlamətinə görə səciyyələnən müəyyən ərazi sahəsi; qurşaq, rayon; yayım ərazisi. Telekanal zonası – verilişlərin yayıldığı ərazi.
ZUM QOLU(zoom) – Kamera obyektivində görünən təsviri uzaqlaşdıran və ya yaxınlaşdıran vasitə. Bütün kameralar həm avtomatik, həm də əl ilə idarə olunur. Zum üzərindəki «W» işarəsi təsviri uzaqlaşdırmada, «T» isə yaxınlaşdırmada istifadə edilir. Bu proses yarıavtomatikdir. Professional cihazlarda bu yaxınlaşdırma-uzaqlaşdırma işi istənilən sürətə görə nizamlana bilər, qeyri-professional kameralarda isə sabitdir.
ZUMMER (buzzer) – Səs siqnalları vermək üçün radiotexnika və telefon rabitəsində işlədilən elektrik cihazı və cihazda eşidilən qırıq səs.