ELEKTRONİKA (electronics) – Elm və texnikanın elektron və ion hadisələrinin tədqiq və tətbiqini öyrənən sahəsi. E. müasir avtomatika, telemexanika, radiotexnika, kibernetikanın və s. əsasını təşkil edir.
ELEKTRON KART (smart card) – Qapalı pullu kanallara baxmaq üçün dekoderə qoyulan bank kartı ölçüsündə açar.
|
ELEKTRON KİNOTEATR (electronic theater) – Videofilmlərin nümayiş etdirildiyi kinoteatr. Belə kinoteatrlar yaratmaq ideyası yüksək dəqiqlikli TV-nin inkişafı ilə bağlı meydana çıxmışdır.
|
ELEKTRON QAPANMA (electronic shutter) – TV-də kinofilmlərin kadr qapanma impulsu intervalı ilə sinxron göstərilməsi üçün istifadə olunan üsul.
|
ELEKTRON QƏZET (electronic newspaper) – Qəzet informasiyasının istehlakçıların tələbinə və yaradıcıların maraqlarına müvafiq formalarda, həcmlərdə TV və kompüter ekranlarına köçürülməsi. E.q.-lərin imkanlarını və perspektivlərini müzakirə edən kommunikoloqların fikrincə, bu, bir sıra üstünlüklərə malikdir: əvvəla, qəzet kağızı qiymətlərinin vaxtaşırı artmasından az asılıdır, bundan başqa İnternetə çıxmaq yolu ilə auditoriyası genişlənir.
|
ELEKTRON LİNZA (electron lens) – Maqnit sarğılardan və elektrodlardan ibarət qurğu. Elektron şüaların əks olunması və fokuslaşdırılması üçün istifadə olunur, eyni zamanda həmin şüalara optik linzasayağı təsir göstərir.
|
ELEKTRON MONTAJ (electron editing) – Kompüterdən (bilgisayardan) istifadə etməklə aparılan montaj. E.m.-da kadrların montajı üçün konkret proqram verilir. E.m.-ın aparılması üçün ən azı iki videomaqnitofon tətbiq edilir: birincisi, proqramın mənbəyi olur, digəri isə montaj edilən verilişin yazıldığı əsas maqnitofondur.
|
ELEKTRON MUSİQİ ALƏTLƏRİ (electro musical instruments) – Səsi elektrik rəqslərinin köməyi ilə ucadanışanla şüalandıran musiqi alətləri. Belə rəqslərin mənbəyi müxtəlif elektrik generatorlarıdır. E.m.a.-nə mexaniki rəqsləri adapterə ötürməklə elektrik rəqslərinə çevirən və gücləndirən adi musiqi alətləri də (elektrogitara və s.) daxildir.
|
ELEKTRON MUSİQİSİ (electronic music) – Elektrik generatorları vasitəsilə alınan və bilavasitə maqnitofon lentinə yazılan səslərdən ibarət musiqi. Bu səslər çox zaman elektrik alətləri, ənənəvi musiqi alətlərinin və müğənninin səsinə uyğunlaşdırılır. Texniki musiqinin növlərindən olan E.m. xüsusi elektron studiyalarda yaradılır. Səs elementlərinin seçilməsi (maqnitofon lentinə yazılması), onların işlənməsi (deformasiya, modifikasiya, transformasiya) və kompozisiyası E.m.-nin yaradılmasında əsas texniki əməliyyatlardır.
|
ELEKTRON PƏNCƏRƏ (electronic window) – Sətri və kadr impulsları ilə fərqləndirilən rastr sahəsi.
|
ELEKTRON PROJEKTOR (electronic spotlight) – Projektor işıqlanması effektinin alınması məqsədi ilə təsvirin bir hissəsinin parlaqlığını gücləndirən elektron qurğu.
|
ELEKTRON PROQRAM BƏLƏDÇİSİ (electronic program guide – EPG) – Yayımlanan verilişlər haqqında TV tamaşaçılarına informasiya çatdıran sistem. E.p.b. əsas funksiyasından başqa, istifadəçi abunəçilərin xüsusi xidmət sistemindən poçt məlumatlarını da qəbul edə bilir. Belə hesab olunur ki, bələdçinin köməyi ilə rahat proqram seçimi müvəffəqiyyətin açarıdır.
|
ELEKTRON PROQRAM GÜNDƏLİYİ (electronic programme guides – EPG) – Proqramların elektron siyahısı. Tarix/Vaxt cədvəli və müxtəlif proqramlar üçün təqvim cədvəli əsasında qurulur.
|
ELEKTRON PROYEKSİYA (electronic projection) – Böyük TV təsvirlərinin ekranda proyeksiyası üçün linzalardan və elektron-şüa borularından istifadə.
|
ELEKTRON TƏSVİR (electron image) – 1) Elektron şüaların hər hansı səthdə əmələ gətirdiyi virtual təsvir. Bu səthdə paylanan elektronların eyni sıxlığı optik təsvirin proporsional parlaqlığını təmin edir; 2) Kameranın görə bildiyi, həmçinin işığa verildiyi elektron görüntü.
|
ELEKTRON TV SİSTEMİ (electronic TV system) – Həm enerji toplanması, həm də bunsuz işləyən ötürücü borulu və bərkcisimli fotodəyişdiricisi olan bütün sistemlərin məcmusu.
|
ELEKTRON YAZI VİDEOMAŞINI (video typewriter) – Mikroprosessorda qurularaq mətn və titrlərin TV təsvirlərinə əlavə edilməsi üçün nəzərdə tutulan qurğu. E.y.v. elektron yaddaşa malikdir.
|
ELEMENT (element) – Verilişin, filmin, təsvirin bir ünsürü; tamın, bütövün tərkib hissəsi; adam, şəxs, ünsür; müəyyən sistemin tərkibinə daxil olan və hüdudları daxilində bölünməz kimi nəzərdən keçirilən obyekt (məs., «molekul» sistemində atom, «atom» sistemində elektron və s.) anlayışı.
|
|