8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar. Məsələ 2434: Keçən məsələdən mə`lum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç me`yarı var: 1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, tə`siri olub, eybi yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz. 2- Zaman hesabı ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta vacib ehtiyata görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış olsun, axırı isə onun doyduğu vaxtdır. 3- Sayın hesablanması, yə`ni on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yə`ni, ac olsun və tam doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi yoxdur. Məsələ 2435: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz. Məsələ 2436: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar. Məsələ 2437: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olarlar. Məsələ 2438: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz. Məsələ 2439: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar. Məsələ 2440: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yə`ni süd əmməklə onun qızı, bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, vacib ehtiyata əsasən ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir. Məsələ 2441: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz. Məsələ 2442: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, «ikinci» əqd batil olar. Məsələ 2443: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, əri ona haram olmaz. 1. Öz bacısı və qardaşına. 2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına. 3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram olması ilə nəticələnir. 4. Öz qardaşı uşağına, ya bacısı uşağına. 5. Öz ərinin qardaşına, ya bacısına. 6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına. 7. Ərinin xala, dayı, əmi və bibisinə. 8. Öz ərinin başqa arvadından olan nəvəsinə. Məsələ 2444: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz. Məsələ 2445: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, o öz ərinə haram olmaz.
SÜD VERMƏYİN QAYDASI Məsələ 2446: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Və atanın haqqı yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Amma əgər ona muzd istəsə, ata da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur. Məsələ 2447: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi ruhi baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın südü olan, ya özü zinadan əmələ gələn dayə tutsunlar.
SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ Məsələ 2448: Daha yaxşı odur ki, qadınların hər yetən uşağa süd verməkdən qarşısı alınsın. Çünki, kimlərəsə süd verdiklərinin unudulması və sonradan məhrəm olan iki şəxsin bir-biriylə evlənməsi mümkündür. Məsələ 2449: Müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd vermək layiqli deyil. Məsələ 2450: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilməz. Məsələ 2451: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd versə, vacib ehtiyata görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona təlaq verməlidir və gərək heç vaxt onunla izdivac etməsin. Əgər süd onun özünə aid olursa, südəmər qız da ona əbədi haram olur. Əgər süd, əvvəlki ərinə aid olsa, ehtiyata görə onun əqdi batil olur. Məsələ 2452: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bə`ziləri buyurublar ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 2431-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd verdiyi təqdirdə məhəlli-işkaldır. Məsələ 2453: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək onun mehrini, onun mislində olan qadınlara uyğun olaraq versin. Məsələ 2454: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun hökmü qabaqdakı məsələdə deyildi. Məsələ 2455: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur: 1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə; 2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada başqa şey yeməyib» və həmçinin 2431-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut olması məhəlli-işkaldır, deməli, ehtiyat olunmalıdır. Məsələ 2456: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində şəkk edilərsə, ya da o miqdar süd əmdiyi zənn edilərsə, uşaq heç kimə məhrəm olmaz. Amma ehtiyat etmək daha yaxşıdır.
TƏLAĞIN HÖKMLƏRİ Məsələ 2457: Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Məsələ 2458: Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Məsələ 2459: Heyz və nifas halında qadına təlaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı mə`lum olsun; əgər mə`lum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, təlaq batildir, hərçənd yaxşısı odur ki, ona təlaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona təlaq versin. Məsələ 2460: Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan mə`lum olsa ki, təlaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana mə`lum olsa ki, pak imiş, onun təlağı səhihdir. Məsələ 2461: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona təlaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin və sonra bilsə ki, pak olubdur, ona təlaq verə bilər və həmçinin əgər şəkki olsa, o halda 2457-ci məsələdə göstərilən qayibdə olan kişinin təlaq hökmünə riayət etsin. Məsələ 2462: Əgər arvadından ayrı düşən kişi öz arvadına təlaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona təlaq versə və sonra mə`lum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. Məsələ 2463: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və təlaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma 9 yaşı tamam olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra təlaq versə, həmçinin yaisə olsa da, işkalı yoxdur (yaisənin mə`nası 2405-ci məsələdə deyilib). Məsələ 2464: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin paklıqda onun təlağını versə, sonradan isə mə`lum olsa ki, təlaq vaxtı hamilə imiş, o təlaq batildir, hərçənd təlağın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır. Məsələ 2465: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması qədər səbr etsin. Vacib ehtiyat odur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd olunanlara riayət etməklə təlaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi mə`lum olsa, eybi yoxdur. Məsələ 2466: Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına təlaq vermək istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq etdiyi vaxtdan 3 (üç) ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona təlaq versin. Məsələ 2567: Təlağın siğəsi gərək ərəbcə düz və «Taliq» kəlməsi ilə oxunsun, iki adil kişi də onu eşitsinlər. Əgər kişi özü təlaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə olsa gərək desin: «Zovcəti Fatimətu taliqun» yə`ni mənim arvadım Fatimə azaddır. Əgər başqasını vəkil etsə, gərək o vəkil desin: «Zovcətu müvəkkili Fatimətu taliqun» və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və «hazihi taliqun» deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir. Əgər kişi təlaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, ərəbcə oxunan siğənin mə`nasını deyib, təlaq verə bilər. Məsələ 2468: Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlağı yoxdur. Onun azad olması, əqdin tamam olması ilə, yaxud kişinin ona «Müddəti sənə bağışladım» deyərək müddəti bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil.
TƏLAĞIN İDDƏSİ Məsələ 2469: 9 yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yə`ni əri onunla yaxınlıq etsə də, təlaqdan sonra dərhal ərə gedə bilər. Məsələ 2470: 9 yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlağını versə, təlaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə 3 aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona təlağını verəndən sonra o qədər gözləsin ki, iki dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yə`ni təlaqdaq sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın. Məsələ 2471: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi 3 aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra təlaq versə, gərək təlaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın. Məsələ 2472: İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlağını versələr, üç ay iddə saxlasın. Əgər ayın əsnasında təlağını versə, gərək ayın qalanını sonrakı iki ay ilə bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlağını versələr və o ay 30 gün olsa, onun iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, vacib ehtiyat odur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun. Məsələ 2473: Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olar, amma bu o haldadır ki, uşaq ərinin şər`i övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam olmur. Məsələ 2474: 9 yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, vacib ehtiyata görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə getməkdən özünü çəkindirsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir, hərçənd müstəhəbb ehtiyat odur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu daha çox iddə saxlasın. Məsələ 2475: Təlaq iddəsinin əvvəli təlaq siğəsi oxunub tamam olandan sonra başlayır, istər qadın ona təlaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona təlaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil.
ƏRİ ÖLMÜŞ QADININ İDDƏSİ Məsələ 2476: Əri ölmüş qadın hamilə olmasa, gərək 4 ay 10 gün iddə saxlasın, yə`ni ərə getməkdən çəkinsin, hərçənd səğirə, ya yaisə, ya siğə olsa, ya kafir, ya ric`i təlaq verilmiş, ya iddə halında olsun, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma əgər 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə, vəfat iddəsi deyərlər. Məsələ 2477: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haram olar. Amma evdən çölə getmək ona haram deyil. Məsələ 2478: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan sonra ərə getsə, əgər mə`lum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və vacib ehtiyata görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana qədər ikinci ər üçün (eynilə təlaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir. Məsələ 2479: Vəfat iddəsinin əvvəli əri qayib, ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya divanə olan surətdə məhəlli-işkaldır, ehtiyata riayət etmək vacibdir. Məsələ 2480: Əgər qadın desə ki, «iddəm tamam olub», ondan qəbul olunar, amma əgər qadın töhmət vurulan bir məqamda olsa, bu halda vacib ehtiyata görə ondan qəbul olunmaz, məsələn, əgər iddia etsə ki, bir ayda 3 dəfə heyz görüb, onun iddiası təsdiq olunmaz. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq etsələr, bu halda ondan qəbul olunar.
RİC`İ VƏ BAİN TƏLAĞI Məsələ 2481: Bain təlaq odur ki, təlaqdan sonra kişinin öz arvadına rücu` etməsinə haqqı yoxdur, yə`ni əqdsiz onu arvadlığa qəbul etməyə haqqı yoxdur və o, 6 qismdir. 1. 9 yaşı tamam olmayan qadının təlağı. 2. Yaisə olan qadının təlağı. 3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının təlaqı. 4. Üç dəfə boşanmış bir qadının təlaqı (2484-cü məsələdə gələcək). 5. Xül`i və mübarat təlağı. 6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini tə`min etməyə və nə də boşamağa hazır olduğu bir qadına verdiyi təlaq. Bunlarla bağlı hökmlər sonrakı məsələlərdə açıqlanacaqdır. Bunlardan başqa olan təlaqlar isə ric`i təlaqdır. Yə`ni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu` edə bilər. Məsələ 2482: Arvadını ric`i təlaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı evdən çıxarması haramdır. Amma bə`zi zamanlarda ki, qadının zina etmiş olması bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə onun xərclərini tə`min etsin.
RÜCU` ETMƏYİN HÖKMLƏRİ Məsələ 2483: Ric`i təlaqda kişi iki yolla öz arvadına rüc`u edə bilər: 1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin. 2. Bir iş görsə ki, o iş ilə rücu` qəsdi olsun. Yaxınlıq etməklə rücu` gerçəkləşir, hərçənd rücu` qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücu`nun gerçəkləşməsi məhəlli işkaldır. Vacib ehtiyata görə əgər rücu` etmək istəməsə, gərək yenidən təlaq versin. Məsələ 2484: Rücu` etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım deyil. Hətta əgər heç kəs bilmədən özü rücu` etsə, rücu` etməyi düzdür. Amma əgər iddədən sonra kişi desə ki, iddə içərisində rücu` etmişəm, qadın onu təsdiq etməsə, kişinin öz iddasını isbat etməsi lazımdır. Məsələ 2485: Öz arvadına ric`i təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə ki, bir daha ona rücu` etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib olsa da, amma onun rücu` etmək haqqı aradan getmir və rücu` etdiyi surətdə, yenidən izdivac bərqərar olur. Məsələ 2486: Əgər bir qadına iki dəfə təlaq verib ona rücu` etsə, ya iki dəfə ona təlaq verib və hər təlaqdan sonra əqd etsə, ya bir təlaqdan sonra rücu` etsə, o biri təlaqdan sonra əqd etsə, üçüncü təlaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yə`ni o qadını təzədən əqd edə bilər: 1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər onu əqd edə bilməz. 2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və vacib ehtiyat odur ki, yaxınlıq qadının fərcindən olsun. 3. İkinci ər təlağını versin, ya ölsün. 4. İkinci ərin təlaq, ya vəfat iddəsi tamam olsun. 5. Vacib ehtiyata görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.
XÜL` TƏLAĞI Məsələ 2487: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid olan başqa malını özünün boşanması üçün ərinə bağışlayarsa, buna, xül` təlaqı deyilir. Xül` təlaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik haqqını riayət etmədiyini təhdid etsin. Məsələ 2488: Əgər təlaq siğəsini ər özü oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa qərara alınmış şey verildikdən sonra, gərək desin: «Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt» və ehtiyat müstəhəbbə görə həmçinin desin: «hiyə taliqun» yə`ni arvadım Fatiməni verdiyi şey müqabilində xül` təlağı verdim və o azaddır. Qadın müəyyən olan halda bu təlaqda və mübarat təlağında onun adını demək lazım deyil. Məsələ 2489: Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də həmin adamı vəkil etsə ki, arvada təlaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı Fatimə olsa, vəkil təlaq siğəsini bu cür oxuyacaq: «Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxlə`əha ələyhi», ondan sonra deyəcək: «zovcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun», əgər bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona təlaq versin, vəkil gərək «məhrəha» sözünün yerinə o şeyi desin. Məsələn; 100 tümən versə gərək desin: «bəzəltu mi`ətə tuman».
MÜBARAT TƏLAĞI Məsələ 2490: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və qadın bir malı ona təlaq verməsi üçün kişiyə versə, bu təlağa mübarat təlağı deyilir. Məsələ 2491: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, gərək desin: «barə`tu zovcəti Fatimətə əla ma bəzələt» və lazım ehtiyata görə həmçinin desin «fəhiyə taliqun», yə`ni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin: «Ən qibəli müvəkkili barə`tu zovcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun», hər iki halda əgər «əla ma bəzələt» kəlməsinin yerinə, «bima bəzələt» desə, eybi yoxdur. Məsələ 2492: Xül` və mübarat təlağının siğəsi gərək imkan olan halda ərəbcə səhih oxunsun və əgər mümkün olmasa, onun hökmü 2465-ci məsələdə olan təlağın hökmüdür, amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, təlaq üçün filan malı sənə bağışladım, eybi yoxdur. Məsələ 2493: Əgər qadın xül`, ya mübarat təlağının iddəsinin əsnasında bəxşiş fikrindən qayıtsa, ər rücu` edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər. Məsələ 2494: Mübarat təlağı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta vacib ehtiyata görə gərək mehrdən az olsun, amma xül` təlağında çox olsa, eybi yoxdur.
TƏLAĞIN MÜXTƏLİF HÖKMLƏRİ Məsələ 2495: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə, istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın. Məsələ 2496: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, vacib ehtiyata görə iddə saxlamalıdır.