İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə9/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

Məsələ 596: Bə`zi fəqihlərin nəzərinə görə meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur, amma bu mətləb sübut olmayıb. Amma əgər meyyit əhli-elm və təqvalı olsa, işkalsız olaraq məkruh deyil.
Məsələ 597: Əgər meyyit, qəsdən və ya unudularaq, yaxud da başqa bir səbəbdən namaz qılınmadan dəfn edilərsə, yaxud dəfn edildikdən sonra onun üçün qılınan namazın batil olduğu mə`lum olarsa, ona namaz qılmaq üçün qəbrini açmaq caiz deyildir. Amma cəsədi çürüyüb dağılancaya qədər, meyyit namazı üçün söylənən şərtlərlə, rəca qəsdi ilə qəbrinə namaz qılmağın eybi yoxdur.

MEYYIT NAMAZININ QILINMA QAYDASI
Məsələ 598: Meyyit namazının beş təkbiri var: Əgər namaz qılan şəxs beş təkbiri bu tərtiblə desə kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:
اَشهَدُ اَن لاَ اِلَهَ اِلاَّ الله وَ اَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
«Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah.»
İkinci təkbirdən sonra desin:
أَللهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ اَلِ مُحَمَّدٍ
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.»
Üçüncü təkbirdən sonra desin:
أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ
«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.»
Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:
أَللهُمَّ اغفِر لِهَذَا المَيِّتِ
«Əllahumməğfir lihazəl-məyyit.»
Əgər qadındırsa, dördüncü təkbirdən sonra desin:
أَللهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ
«Əllahumməğfir lihazihil-məyyit.»
Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı odur ki, birinci təkbirdən sonra:
أَشهَدُ اَن لاَاِلهَ إِلاَ اللهُ وَحدَهُ لاَ شَرِيكَ لَهُ وَ اَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَ رَسُولُهُ اَرسَلَهُ بالحَقِ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ
«Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-sa`ə», deməsi,
İkinci təkbirdən sonra da:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَ بَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيد مَجِيد وَصَلّ عَلَى جَميعِ الاَنبِيَاءِ وَالمُرسَلِينَ و الشهداء و الصديقين و جميع عباد الله الصالحين
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəm-mədən və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, və səlli əla cəmi`il-ənbiya`i vəl-mursəlin vəşşu-hədai vəssiddiqin və cəmii ibadillahissalihin», deməsi,
Üçüncü təkbirdən sonra isə:
أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ اَلاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِالخَيرَاتِ اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِير
«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum vəl-əmvat tabi` bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibuddə`əvat, innəkə əla kulli şəy`in qədir», deməsi
Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra:
أَللهُمَّ اِنَّ هَذا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ انا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرا وَاَنتَ اَعلَمُ بِهِ منا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى عِليِيِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ
«Əllahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna, əllahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musi`ən fətəcavəz ənhu vəğfir ləhu əllahumməc`əlhu indəkə fi ə`la illiyyin vəxluf əla əhlihi fil-ğabirin vərhəmhu bi rəhmətikə ya ərhəmər-rahimin», deməsi
Və əgər qadındırsa, dördüncü təkbirdən sonra:
أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ انَّا لاَ نَعلَمُ مِنهَا الاَّ خَيرا وَانتَ اَعلَمُ بِهَا مِنا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَ اِن كَانَت مُسِيئةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِريِنَ وَارحَمهَا بَرَحمَتِكَ يَا اَرحَم َالرَّاحِمِنَ
«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha minna, əllahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz ənha, vəğfir ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin, vərhəmha birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır.
Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da meyyit namazı bitər.
Məsələ 599: Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə ardıcıl oxunmalıdır.
Məsələ 600: Meyyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə qılsa, təkbir və duaları özü oxumalıdır.

MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI
Məsələ 601: Bir neçə şey meyyit namazında müstəhəbbdir:


  1. Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından qorxarsa, təyəmmüm etməlidir.


2. Əgər meyyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, namazını qılan şəxsin meyyitin qamətinin orta qismində, əgər meyyit qadındırsa, sinəsinin müqabilində dayanması;
3. Ayaqyalın namaz qılması.
4. Hər təkbirdə əllərini yuxarı qaldırması.
5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək miqdarda az olması;
6. Meyyit namazının camaatla qılınması;
7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan oxusunlar.
8. Camaatla qılınan meyyit namazında mə`mumun, bir nəfər olsa belə, imamın arxasında durması;
9. Namaz qılanın meyyiti və mö`minləri çox dua etməsi;
10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi.
11. Meyyit namazını, xalqın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə qılmaları;
12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz qılanların sıralarına qatılmaması;
Məsələ 602: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.

DƏFNIN HÖKMLƏRI
Məsələ 603: Meyyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi lazımdır.
Məsələ 604: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.
Məsələ 605: Meyyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı üstə uzandırılmalıdır.
Məsələ 606: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar.
Məsələ 607: Düşmənin, meyyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi tərzdə onu dənizə atmalıdırlar.
Məsələ 608: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə, meyyitin malının əslindən götürə bilərlər.
Məsələ 609: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır.
Məsələ 610: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin dəfni caiz deyildir.
Məsələ 611: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən yerlərdə) dəfn edilməsi caiz deyildir.
Məsələ 612: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehiyata görə, zərər və ya maneçilik törətməsə də, hökm eynidir.
Məsələ 613: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq caiz deyil, amma qəbir köhnəlibsə və birinci meyyit tamamilə aradan getsə, bu caizdir.
Məsələ 614: Tük, dırnaq və diş olsa belə, meyyitdən ayrılan şey onunla bərabər dəfn edilməlidir. Əgər meyyitdən ayrılan şey meyyitin dəfn edilməsindən sonra olarsa, o şey meyyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn edilməlidir. Amma insandan həyatda ikən, ayrılan dırnaq və dişin dəfn edilməsi müstəhəbbdir.
Məsələ 615: Əgər bir şəxs quyuda ölsə və çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlasınlar və o quyunu onun üçün qəbr qərar versinlər.
Məsələ 616: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalmağı ana üçün təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz qalsalar, eybi yoxdur. Amma əgər bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Qadın bu işi yaxşı bacran adama, naməhrəm olsa belə, özünə daha münasib olan adama müraciət edə bilər.
Məsələ 617: Əgər qadın ölərsə və uşaq onun bətnində canlı qalarsa, uşağın az müddət diri qalacağına ümid olmasa da belə, bədənin, uşağın salamatçılığı üçün daha uyğun olan qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər. Amma bu işlə uşağın ölməsinə yəqin etsələr və ya xatircəm olsalar, caiz deyil.

DƏFNIN MÜSTƏHƏBBATI
Məsələ 618: Müstəhəbbdir ki, qəbri orta boylu insanın boyu ölçüsündə qazsınlar və meyyiti yaxın qəbiristanlıqda dəfn etsinlər. Əgər uzaq qəbiristanlıqda yaxşı adamlar dəfn olunmuş olsa ya camaat əhli-qübura fatihə verməkdən ötrü oraya çox getsələr, meyyiti uzaq qəbiristanda da dəfn etmək olar. Müstəhəbbdir ki, cənazəni qəbrə bir neçə zira (Zira – yə`ni, dirsəkdən barmaqların ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az qəbrə yaxınlaşdırsınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfədə qəbrə qoysunlar. Əgər meyyit kişidirsə, üçüncü dəfədə başı qəbrin aşağı tərəfində olacaq şəkildə yerə qoyub, dördüncü dəfədə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər qadındırsa, üçüncü dəfədə qəbrin qiblə tərəfində yerə qoyub yandan qəbrə daxil etsinlər və qəbrə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin meyyiti tabutdan aramla götürüb, qəbirə qoymaları, göstəriş verilən duaları dəfndən qabaq və dəfn arasında oxumaları, meyyiti qəbrə qoyduqdan sonra kəfənin bağlarını açmaları, meyyitin üzünü torpağın üzərinə qoymaları, başının altına torpaqdan bir yastıq düzəltmələri, arxası üstə aşmaması üçün, meyyitin arxasına kərpic və ya kəsək qoymaları, qəbri örtməzdən əvvəl sağ əlini sağ çiyninə vurub, sol əllə də meyyitin sol çiynindən sıxaraq, ağzını meyyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək belə demələri də müstəhəbbdir:
«İsmə`, ifhəm ya fulan əbnə fulan».
Və «Fulanəbnə-fulan»ın əvəzinə meyyitin adını və atasının adını desinlər. Məsələn, onun adı Muhəmməd və atasının adı Əlidirsə, üç dəfə desinlər:
«İsmə`, ifhəm ya Muhəmmədəbnə Əliyyin».
Ondan sonra desinlər:
هَل اَنتَ عَلىَ العَهدِ الَّذىِ فَارَقتَنَا عَليهِ مِن شَهَادةِ اَن لاَ اِلهَ اِلاَّ اللَّه وَحدَهُ لاَ شَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّدًا صَلّى اللَّهُ عَلَيهِ وَآلِهِ عَبدُهُ وَرَسُولُهُ وَسَيّدُ النَّبِيَّينَ وَخَاتَمُ المُرسَلِينَ وَ اَنَّ عَلِيَّا اَمِيرُ الؤمُومِنِينَ وَسَيِّدُ الوَصيَّينَ وَاِمَام اِفتَرَضَ اللهُ طاَعَتَهَ عَلَى العَالَمِينَ وَاَنَّ الحَسَنَ وَالحُسَينَ وَعَلىَّ بنَ الحُسَين وَمُحَمَّدَ بنَ عَلِىّ وَ جَعفَرَ بنَ مُحَمَّدٍ وَ مُوسىَ بنَ جَعفَرٍ وَعَلِىَّ بنَ مُوسىَ وَمُحَمَّدَ بنَ عَلىّ وَعَلِىّ بنَ مُحَمَّدٍ وَالحَسَنَ بنَ عِلِىّ وَالقَائمَ الحُجّةَ المَهدِىّ صَلَواَتُ اللهِ عَلَيهِم ائمَّةُ المؤمِنِينَ وَحُجَجُ اللهِ عَلىَ الخَلقِ اجمَعِينَ وَاَئمَّتُكَ ائمّةُ هُدى و بِكَ اَبراَر يَا فُلانَ بنَ فُلاَن
«Həl əntə ələl-əhdilləzi, farəqtəna ələyhi min şəhadəti ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu ələyhi alihi əbduhu və rəsuluh və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə, və ənnə Əliyyən əmirul-mu`mininə və səyyidul-vəsiyyinə və imamun iftərəzəllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl-Husəynə və Əliyyəbnəl-Husəyni və Muhəmmədəbnə Əliyyin və Cə`fərəbnə Muhəmmədin və Musəbnə Cə`fərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl huccətəl Məhdi səlavatullahi ələyhim ə`immətul mu`mininə və hucəcullahi ələl-xəlqi əcməin və ə`immətukə ə`immətu hudən bikə əbrar, ya fulanəbnə fulan».
«Fulanəbnə-fulan»-ın yerinə meyyitin adını və atasının adını desin və sonra desin:
اِذا اَتَاكَ المَلَكَانِ المُقَرَّبَانِ رَسُولَينِ مِن عِندِاللهِ تَبَارَكَ وَتَعَالىَ وَسَألاَكَ عَن رَبِّكَ وَعَن نَبِيِّكَ وَعَن دِينِكَ وَعَن كِتَابِكَ وَعَن قِبلَتكَ وَعَن اَئمَّتِكَ فَلاَ تَخَف وَ لا تَحزَن وَقُل فِى جوابِهِمَا اللهُ رَبىَّ وَمُحَمَّد صَلَّى اللهُ عَلَيهِ وَآلِهِ نَبيَّىِ وَالاِسلاَمُ دِينِي وَ القُرانُ كِتَابِى وَالكَعبَةُ قِبلَتىِ وَاَمِيرُ المُؤْمِنِينَ عَلِىُّ بنُ اَبِى طَالِبٍ اِمَامِى وَالحَسَنُ بنُ عَلَىٍّ المُجتَبىَ اِمَامِى وَالحُسَينُ بنُ عَلِىٍّ الشَّهِيدُ بِكَربَلاَ اِمَامِى وَعَلِىّ زَينُ العَابِدِينَ اِمَامِى وَمُحَمَّد البَاقِرُ اِمَامِى و َجَعفَر الصَّادِقُ اِمَامِى وَمُوسَى الكاَظِمُ امَامِى وَعَلِىّ الرِّضَا اِمَامِى وَمُحَمَّد الجَواَدُ اِمَامِى وَعَلِىّ الهاَدِى اِمَامِى وَالحَسَنُ العَسكَرىِ اِمَامِى وَالحُجَّةُ المُنتَظَرُ اِمَامِى هَؤُلاَءِ صَلَوَاتُ اللهِ عَلَيهِم اَجمَعِينَ ائِمَّتِى وَساَدَتىِ وَقَادَتِى وَشُفَعَائي بِهِم اَتَوَلَّى وَمِن اَعدائهِم اَتَبَرَّءُ فِى الدُنْيَا وَالاَخِرَةِ ثُمَّ اعلَم يَا فُلاَنَ بنَ فُلاَن
«İza ətakəl mələkanil muqərrəbani rəsuləyni min indillahi təbarəkə və tə`ala və sə`əlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən ə`immətikə fəla təxəf və la təhzən və qul fi cəvabihima Əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi. Vəl islamu dini vəl Qur`anu kitabi. Vəl kə`bətu qibləti və Əmirul-mu`mininə Əliyyubnu Əbi Talibin imami vəl Həsənubnu Əliyyin əl muctəba imami vəl-Husəynubnu Əliyyin əş-şəhidu bi Kərbəla imami və Əliyyun Zəynul-abidinə imami və Muhəmmədun Baqiru imami və Cə`fərunissadiqu imami və Musəl Kazimu imami və Əliyyur-riza imami və Muhəmmədul Cəvadu imami və Əliyyul Hadi imami vəl Həsənul Əskəri imami vəl Huccətul muntəzəru imami haulai sələvatullahi ələyhim ə`imməti və sadəti və qadəti və şufə`ai bihim ətəvəlla və min ə`daihim ə`təbərrə`u fiddunya vəl axirə, summə i`ləm ya fulanəbnə fulanin».
«Fulanəbnə-fulan»ın yerinə meyyitin adını, atasının adını deyib, sonra desin:
اِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى نعمَ الرَّبُّ وَاَنَّ مُحَمَّداً صَلًى اللهُ عَلَيهِ وَآلِهِ نعمَ الرَّسُولُ وَاَنَّ عَلِىَّ بنَ اَبِى طاَلِبٍ وَاَولاَدَهُ المَعصُومِينَ الاَئمَّةَ الاِثنىَ عَشرَ نِعمَ الاَئِمَّةُ وَاَنَّ مَاجَاءَ بِهِ مُحَمَّد صَلَّى اللهُ عَلَيهِ وَ آلِهِ حَق وَاَنَّ المَوتَ حَق وَسُؤالَ مُنكَرٍ وَنَكِيرٍ فِى القَبرِ حَقّ وَالبَعثَ حَقّ وَالنُشُورَ حَقّ وَالصِراطَ حَقّ وَالمِيزانَ حَقّ وَتَطاَيُرَ الكُتُبِ حَقّ وَاَنَّ الجَنَّةَ حَقّ وَالناَرَ حَقّ وَاَنَّ السَاعَةَ اَتِيَة لاَرَيبَ فِيهَا وَاَنَّ اللهَ يَبعَثُ مَن فِى القُبُورِ
«İnnəllahə təbarəkə və tə`ala ni`mərrəb, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi ni`mərrəsul, və ənnə Əliyyəbnə əbi Talibin və ovladəhul mə`suminəl-ə`immətəl isna əşərə ni`məl ə`immə və ənnə ma ca`ə bihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl movtə həqqun. Və sualə munkərin və nəkirin fil-qəbri həqqun Vəl bə`sə həqqun vənnuşurə həqqun vəssiratə həqqun, vəlmizanə həqqun. Və tətayurəl kutubi həqqun, və ənnəl cənnətə həqqun, vənnarə həqqun, və ənnassaətə atiyətun la rəybə fiha və ənnəllahə yəb`əsu mən fil qubur».
Sonra desin: «Əfəhimtə ya fulan»; və «fulan»ın yerinə meyyitin adını desin və ondan sonra desin:
ثَبَّتَكَ اللهُ بِالقولِ الثَابِتِ وَهَداَكَ اللهُ اِلى صِراَط مُستَقِيم عَرَّفَ اللهُ بَينَكَ وَبَينَ اَولِيَاءِكَ فِى مُستَقَرٍّ مِن رَحمَتِهِ
«Səbbətəkəllahu bil-qovlissabiti və hədakəllahu ila siratin mustəqim, ərrəfəllahu bəynəkə və bəynə ovliyaikə fi mustəqərrin min rəhmətih» və sonra desin:
اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد بِرُوحِهِ اِلَيكَ وَلَقّنهُ مِنكَ بُرهَانًا اللَّهُمَّ عَفوَكَ عَفوَكَ
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən. Əllahummə əfvəkə əfvək».
Məsələ 619: Müstəhəbbdir ki, meyyiti qəbrə qoyan şəxs, təharətli, başaçıq və ayaqaylın olsun, meyyitin ayaq tərəfindən qəbrdən çıxsın. Meyyitin qohumlarından başqa iştirak edən sair şəxslər əllərinin arxası ilə qəbrə torpaq töküb desinlər:
«İnna lillahi və inna iləyhi raciun».
Əgər meyyit qadındırsa, ona məhrəm olan şəxs qəbrə qoysun. Əgər məhrəm olmasa, digər qohumları onu qəbrə qoysunlar.
Məsələ 620: Qəbiri dörd bucaq şəklində düzəltmək, yer səviyyəsindən dörd barmaq qədərincə yuksəltmək, səhv düşməməsinə görə üzərinə bir nişanə qoymaq, qəbrin üzərinə su səpmək, suyu səpdikdən sonra orada olanların əllərini qəbrin üzərinə qoyub, barmaqlarını açaraq qəbirə batırıb yeddi dəfə «Qədr» surəsini oxumaları, meyyitin bağışlanmasını Allahdan diləmələri və bu duaları oxumaları müstəhəbbdir:
اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد اِلَيكَ رُوحَهُ وَلَقّهِ مِنكَ رِضواَنًا وَاَسِكِن قَبَرَهُ مِن رَحمَتِكَ مَاتُغنِيهِ بِهِ عَن رَحمَة مَن سَواَك
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id iləykə ruhəhu və ləqqihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivakə.»
Məsələ 621: Meyyiti dəfn edən şəxslər getdikdən sonra meyyitin vəlisi ya meyyitin vəlisindən icazəsi olan şəxsin, həmçinin şəxsin özünün, göstərilmiş duaları meyyitə təlqin etməsi müstəhəbbdir.
Məsələ 622: Dəfndən sonra əza (matəm) sahiblərinə başsağlığı vermək müstəhəbbdir. Amma bir müddət keçər və başsağlığı verməklə yaslarını xatırlayacaqlarsa, onu etməmək daha yaxşıdır. Həmçinin üç günə qədər meyyit sahibinin evinə yemək göndərmək müstəhəbbdir. Onların yanında və mənzillərində yemək yemək məkruhdur.
Məsələ 623: İnsanın öz qohumlarının ölümündə və xüsusən, övladının ölümündə səbr etməsi, meyyiti xatırladığı vaxt «İnna lillahi və inna iləyhi raci`un» deməsi, meyyit üçün Qur`an oxuması, ata-ananın qəbri üstündə Allah-təaladan hacətini diləməsi və tez xarab olmamasına görə, qəbri möhkəm düzəltməsi müstəhəbbdir.
Məsələ 624: Ehtiyata əsasən caiz deyildir ki, insan bir kəsin ölümündə üzünü və bədənini cırsın və saçlarını yolsun, amma üzə və başa vurmaq, əqvaya əsasən caizdir.
Məsələ 625: Ata və qardaşın ölümündən başqa, yaxa cırmaq, ehtiyata əsasən caiz deyil. Müstəhəbb ehtiyat odur ki, onların müsibətlərində də yaxa cırmasınlar.
Məsələ 626: Əgər qadın meyyitin əzasında üzünü cırsa və qanatsa, ya saçlarını yolsa, müstəhəbb ehtiyat odur ki, bir qul azad etsin, ya on fəqirə təam versin və ya geyindirsin. Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya libasını cırsa, eyni hökmü daşıyır.
Məsələ 627: Meyyitə ağlarkən səsi çox ucaltmamaq ehtiyat-müstəhəbbdir.

VƏHŞƏT NAMAZI
Məsələ 628: Meyyitin qəbrə qoyulduğu ilk gecə, iki rük`ət vəhşət namazı qılmaq daha yaxşıdır. İki rük`ətdən ibarət olan bu namazın qılınma tərzi belədir: Birinci rük`ətdə Həmddən sonra bir dəfə «Ayətəl-kürsi», ikinci rük`ətdə də Həmddən sonra on dəfə «Qədr» surəsi oxunur. Namazın salamından sonra belə deyilir:
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb`əs səvabəha ilə qabri fulan.»
«Fulan» kəlməsinin yerinə meyyitin adını deməlidirlər.
Məsələ 629: Vəhşət namazı, meyyitin qəbirə qoyulduğu ilk gecənin hər zamanında qılına bilər. Amma gecənin əvvəlində və xiftən namazından sonra qılmaq daha yaxşıdır.
Məsələ 630: Əgər meyyiti uzaq bir şəhərə aparmaq istərlərsə və ya başqa bir səbəbdən onun dəfni tə`xirə salınarsa, vəhşət namazını da söyləndiyi tərzdə meyyitin qəbrə qoyulduğu ilk gecəyə qədər tə`xirə salmaları gərəkdir.

QƏBRİ AÇMAQ
Məsələ 631: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.
Məsələ 632: İmamzadələrin, şəhidlərin, alimlərin qəbrini, habelə qəbrin açılması hörmətsizlik sayılan hər bir qəbri xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, bu iş haramdır.
Məsələ 633: Bir neçə vəziyyətdə qəbri açmaq haram deyildir:
1. Meyyit qəsb edilmiş bir yerdə dəfn olunmuşdursa və yer sahibi də onun qəbirdə qalmasına razı olmazsa; qəbrin açılması da həddindən artıq əziyyətə səbəb olmasa; əks halda qəsb edəndən başqasına lazım deyil. Əgər qəbrin açılması daha mühüm bir nəhyi lazım tutsa lazım deyil, üstəlik caiz də deyil. Məsələn, əgər meyyitin bədəninin tikə-tikə olmasına, hətta əgər hörmətsizlik olmasına səbəb olarsa, vacib ehtiyata əsasən caiz deyil. Yalnız meyyitin özünün o yeri qəsb etmiş olduğu halda caizdir.
2. Kəfən və ya meyyitlə dəfn edilən başqa bir şey qəsbi olarsa və onun qəbirdə qalmasına sahibi razı olmasa; Həmçinin meyyitin varislərə çatacaq malı onunla birgə dəfn edilsə və varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər meyyit bir dua (kitabı), Qur`an və ya üzüyün onunla dəfn edilməsini vəsiyyət etmişdirsə və onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbri aça bilməzlər. Əvvəlki bənddə qeyd olunan istisna halları burada da qüvvədədir.
3. Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyyit qüslsüz və ya kəfənsiz dəfn olunmuş olsa, yaxud qüslün batil olmasını başa düşsələr, ya da şər`i qaydada kəfənə bükülmədiyini, ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr;
4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyyitin bədənini görmək istəsələr;
5. Meyyiti kafir qəbiristanlığında və ya zir-zibil tökülən bir yerdə dəfn etmək kimi, ona hörmətsizlik olan bir yerdə dəfn etmişlərsə;
6. Qarnında diri uşaq olduğu halda dəfn edilmiş olan hamilə qadının uşağını çıxarmaq kimi şər`i baxımdan, qəbri açmaqdan daha əhəmiyyətli olan bir mətləb üçün, qəbri açmaq lazımdırsa;
7. Meyyitin bədənini yırtıcı heyvanın (çıxarıb) parçalayacağından, sel aparacağından və ya düşmənin çıxaracağından qorxarlarsa;
8. Meyyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, və başqa bir maneə də olmasa, qəbri açıb meyyitin bədənini çıxarıb müqəddəs yerə apara bilərlər. Hətta bu halda qəbri açıb cənzəni aparmaq vacibdir.

MÜSTƏHƏBB QÜSLLƏR
Məsələ 634: Müqəddəs İslam şəriətində müstəhəbb olan qüsllər çoxdur. Aşağıdakıları misal göstərmək olar:
1. Cümə qüslü: onun vaxtı sübh azanından sonra günəşin qürubuna qədərdir. Yaxşı olar ki, zöhrə yaxın əmələ gətirilsin. Əgər zöhrə qədər əmələ gətirilməsə, ən yaxşısı olar ki, qüruba qədər əda və qəza niyyəti olmadan əmələ gətirilsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbbdir ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını əmələ gətirsin. Cümə günü su tapa bilməyəcəyini bilən şəxs, qüslünü cümə axşamı günü və ya gecəsi rəca qəsdi ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbbdir:
اَشهَدُ اَن لاَ اِلَهَ اِلاَّ الله وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّداً عَبدُهُ وَرَسُولُهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجعَلنِى مِنَ التَّوابِينَ وَاجعَلنِى مِنَ المَتَطَهِّرِينَ
Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin