Bu dəftərlər Antuan Rokantenin kağızları arasından tapılıb. Biz onları heç bir dəyişiklik etmədən çap edirik.
İlk səhifədə tarix yoxdur, amma təxmin edirik ki, qeydlər gündəlik yazılmamışdan bir neçə həftə əvvəl edilib. Bu isə təxminən 1932-ci ilin yanvar ayının ilk günlərinə gedib çıxır.
Həmin dövrdə Mərkəzi Avropanı, Şimali Afrikanı və Uzaq Şərqi gəzmiş Antuan Rokanten üç il idi ki, Markiz de Rolbona həsr edilmiş tarixi araşdırmalarını bitirmək üçün Buvildə dayanmışdı.