Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə3/11
tarix05.01.2022
ölçüsü0,78 Mb.
#111307
1   2   3   4   5   6   7   8   9   10   11
Gündəlik

 

Bazar ertəsi, 29 yanvar, 1932-ci il

Mənə nə isə olub, şübhə yoxdur. Bu xəstəlik kimi üzə çıxır, mübahisəsiz, aydın nəsə üzə çıxan kimi yox. O mənim içimə gizlicə girib, damla-damla: mən nəsə özümü pis hiss edirdim, narahat hiss edirdim vəssalam. O mənim içimdə yerləşəndən sonra sakitləşdi, rahatlaşdı və mən özümü əmin edə bildim ki, məndə heç nə yoxdur, aldadıcı narahatlıqdır. Amma indi daha parlaq rənglə çiçəkləyib.

Düşünmürəm ki, tarixçilik sənəti psixoloji analizə əsaslanır. Bizim sahəmizdə sadəcə bölünməz hisslərlə işləyirik, onları məsələn Şöhrətpərəstlik və ya Mənfəət adlandırırıq. Bununla yanaşı, əgər özüm haqqında bir az bilsəydim, bu adlardan məhz indi istifadə etməli idim.

Məsələn, əlimdə nəsə yeni şey peyda olur- deyək ki, əlimə trubka və ya çəngəl götürürəm. Bəlkə də, kim bilir, çəngəlin özü də indi əlimdə başqa cür dayanır. Məsələn, bu yaxınlarda otağıma girməyə hazırlaşırdım və birdən donub qaldım- əlimdə soyuq bir şey hiss etdim, o mənim diqqətimi sanki qeyri adiliyi ilə çəkdi. Əlimi aralayıb baxdım- mən sadəcə əlimdə qapının dəstəyini tutmuşdm. Və ya səhər kitabxanada mənimlə salamlaşmaq üçün oxucu[iii] yaxınlaşdı, mən onu həmin dəqiqə tanımadım. Qarşımda yad üz vardı, və hətta sözün əsl mənasında üz deyildi. Sonra onun əlinin cizgiləri mənim ovcumda ağ soxulcan kimi göründü. O dəqiqə barmaqlarımı çəkdim və onun əli bədəninin yanında tənbəlcəsinə sallandı.

Eyni şey küçədə də olur- orada çoxlu fasiləsiz, şübhəli səslər var.

Yəqin ki sonuncu həftə dəyişiklik baş verib. Amma nədə? Bu heç nə ilə konkret bağlantısı olmayan mücərrəd dəyişiklikdir. Bəlkə mən dəyişilmişəm? Əgər mən dəyişilməmişəmsə, onda ola bilər bu otaq, bu şəhər, təbiət dəyişilib; seçmək lazımdır.

Məncə mən dəyişilmişəm, – bu ən sadə qərardır. Və ən xoşagəlməz. Yenə də etiraf etməliyəm ki, belə qəfil dəyişikliklər mənə xasdır. Məsələ ondadır ki, mən çox nadir hallarda düşünürəm və məndə fikir vermədiyim çoxlu xırda dəyişikliklər toplanır, sonra bir gözəl gündə əsl inqilab baş verir. Məhz buna görə insanlara elə gəlir ki, mən qaydasız və ziddiyyətli yaşayıram. Məsələn, mən Fransadan gedəndə çoxları mənim hərəkətimi dəlilik hesab etdilər. Eyni müvəffəqiyyətlə onlar mənim 6 illik avaraçılıqdan sonra qəfil Fransaya dönüşümü dəlilik kimi qiymətləndirə bilərdilər. Mən indiki kimi özümü keçən il Petrin işi ilə bağlı istefaya çıxmış fransız məmuru Mersyenin kabinetində görürəm. Onda Mersye hansısa arxeoloji planlarla bağlı Benqaliyaya hazırlaşırdı. Mən həmişə Benqaliyada olmaq istəmişəm və o məni onunla getmək üçün dilə tutmağa başladı. Hansı məqsədlə, mən indi də bunu başa düşmürəm. Bəlkə də o Portala inanmırdı və ümid edirdi mən onlara nəzarət edəcəm. Mənim imtina üçün heç bir səbəbim yox idi. Hətta mən onda Portal barədə bu balaca bicliyi başa düşsə idim də təklifi böyük məmnuniyyətlə qəbul etmək üçün daha çox səbəbim olardı. Məni dəqiq iflic vurmuşdu, bir kəlmə də deyə bilmədim. Telefon aparatının yanında, yaşıl xalçanın üzərindəki balaca kxmer statuetkasını gözlərimlə yeyirdim. Mənə elə gəlirdi ki, mən başdan ayağa ya limfa ya da isti süd ilə islanmışam. Mersye acığını maskaladığı mələk hövsələsi ilə məni yola gətirməyə çalışırdı:

-          Siz ki başa düşürsünüz, mənə hər şeyi rəsmi qeydiyyatdan keçirmək lazımdır. Mən əminəm ki, əvvəl – axır “hə” deyəcəksiniz, ən yaxşısı bu dəqiqə razılaşın.

Onun narıncı çalarlı qara, möhkəm ətirlənmiş saqqalı vardı. Başının hər hərəkətində məni ətir dalğası vururdu. Və mən birdən altı illik yuxudan ayıldım.

Statuetka mənə iyrənc və axmaq göründü, dəhşətli sıxıntı hiss etdim. Heç cür başa düşə bilmirdim ki, məni İndoneziyaya nə aparır. Burada nə edirəm? Niyə bu insanlarla danışıram? Niyə bu axmaq kostyumu geyinmişəm? Mənim ehtirasım öldü. O məni bir çox ildir dayanmadan doldurub, aldadırdı – indi mən boşam. Amma bu hələ ən pisi deyil: mənim qarşımda bir qədər ehtiyatsız açılmış, hansısa geniş və tutqun fikir var idi. Onun nədən ibarət olduğunu demək çətindir, amma mən ona baxa bilmirdim: o mənim üçün o qədər mənfur idi ki. Və bütün bunlar mənə Mersyenin saqqalından gələn ətirlə birgə görünürdü.

Mən Mersyeyə qarşı acıqla silkələndim və quru cavab verdim:

-  Çox sağ ol, amma mən artıq çoxdan gəzirəm, Fransaya qayıtmaq vaxtıdır.

 

Və iki gün sonra Marselə gedən paraxoda mindim. Əgər səhv etmirəmsə, əgər bütün yığılmış simptomlar həyatımda yeni çevriliş edirsə, açıq deyəcəm- mən qorxuram. Və ancaq ona görə yox ki, mənim həyatım belə də çox varlıdır, qiymətlidir, təminatlıdır. Mən doğulmağa hazır olandan, məni idarə edəndən və harasa çəkəndən qorxuram. Doğrudanmı mən başladığım hər şeyi, araşdırmanı, kitabı atıb yenidən getməli olacam? Sonra bir neçə ay, bir neçə il keçəndən sonra yenidən yorğun, yeni dağıntılar arasında ayılmalı olacam? Hələ ki gec olmamış özümü qaydaya salmalıyam.



 



[i] Qunduz Simona de Bovuarın dostcasına ləqəbidir.

[ii] Gündəlikdəki bu hissə yarımçıq qalıb. (müəllifin qeydi)

[iii] Ojye P… gündəlikdə onun adı tez-tez çəkilir. O dəftərxana işçisi olub. Rokanten onunla 1930-cu ildə buvil kitabxanasında tanış olub( nəşriyyatın qeydi).


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin