QHT-lər üçün Media və PR xidmətinin yaradılması zəruridir
Bakı şəhəri, 20 iyun 2007-ci il Təlimçilər – Mərkəzin koordinatorları: Mehriban Rəhimli
Rəsul Hüseynzadə
“QHT-lər üçün Media və PR xidmətinin yaradılması zəruridir”. Bu fikir 18-19 iyun 2007-ci il tarixdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Counterpart İnternational tərəfindən həyata keçirdiyi “Vətəndaş Cəmiyyəti Layihəsi” çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Bakı şəhərində QHT-lər üçün “Media və ictimaiyyətlə əlaqələr” mövzusunda keçirmiş təlimdə səslənmişdir. Təlimdə “Gənc hüquqşünas qadınlar”, “Praksis” Sosial inkişafa Dayaq İB, “Gənclərin Hüquqlarını Müdafi Mərkəzi”, “Yeni Ruh” hərəkatı, “Vətəndaş Cəmiyyətində Debat” İB və digər QHT-lərin 18 nümayəndəsi iştirak etmişlər. Tədbirdə QHT-lərin PR departamentinin iş istiqamətləri, onun necə qurulması və iş prinsipləri haqqında müzakirələr aparılmışdır. Təlimdə press-reliz yazılması, mətbuat konfransının keçirilməsi qaydaları haqqında geniş məlumat verilmiş, habelə iştirakçılar bunlarla bağlı praktiki iş aparmışlar. TV və radio intervyülərinin hazırlanması və bu zaman lazım olan səriştələr, bir səhifəlik məlumat vərəqinin, uğur hekayələrinin hazırlanması da təlimdə müzakirə edilən məsələlər sırasında olmuşdur. Təlimdə Counterpart İnternational təşkilatının Media və PR departamentinin rəhbəri Aytən Əliyeva və Sumqayıt “Potensial” Mütəxəssislər birliyinin media üzrə müşaviri Aynur Qəhrəmanova iştirak etmişlər.
Təlimin sonunda iştirakçılar təlimi qiymətləndirmiş və onlara sertifikatlar təqdim edilmişdir.