Жавид фялсяфяси



Yüklə 0,74 Mb.
səhifə16/21
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#110671
1   ...   13   14   15   16   17   18   19   20   21
Cavid, Əfqani və Sabir
Əlbəttə, H.Cavidin bir tərəfdən təsəvvüf fəlsəfəsi, onun İbn Ərəbi, Fəridəddin Əttar kimi nümayəndələri ilə, digər tərəfdən də sosial-siyasi pafos, inqilabi-demokratik bir əhval-ruhiyyə və onun M.Ə.Sabir kimi bir nümayəndəsi ilə müqayisə olunması təəccüblü görünə bilər. Sanki dia­met­­ral əks tərəflər bir araya gətirilir. Lakin Cavid yara­dıcı­lığı qütbləri ehtiva edəcək dərəcədə tutumlu və zəngindir.

Cavid yaradıcılığı heç vaxt vahid bir ideya üzərində qurulmuş geniş və rahat yola çıxmayıb; o, çox mürəkkəb, bəzən hətta ziddiyyətli görünən bir yaradıcılıqdır.

Azərbaycan ədəbi tənqidində Cavid poeziyası əsasən romantizm mövqeyindən, gerçək həyatdan ideala doğru can atan bir sənət nümunəsi kimi təqdim edilir. Doğurdan da, Cavidin əsərləri cari həyatın konkret problemləri ilə bağlı olmaqdan daha çox, gündoğandan günbatana, min il əvvəl­dən min il sonraya qədər geniş məkan və zaman arealını əhatə etməklə bu günlə az səsləşirmiş kimi görünür. Yəni ilk tanışlıq Cavidin bir realist olmaması, daha çox xəyal aləmindən çıxış etməsi təəssüratını yaradır. Təəssüf ki, bu sadəcə ilk tanışlığın təəssüratı olmayıb, ədəbi tənqidimizin də Cavidə münasibətini şərtləndirən bir mövqe kimi for­malaşmışdır.

Əlbəttə, bu mövqedə bir həqiqət də vardır. Amma biz diqqəti gerçəyin görünməyən tərəfinə yönəltmək istəyirik. Bizcə, o bir çox rəsmi realistlərdən daha çox realist idi. Belə ki, realizm heç də göz qabağında olanın surətini çək­mək deyil. Cavid min illərin dərinliyindən, yad ellərin uzaq­lığından məhz öz mühitini, dövrünü, günün həqiqət­lə­rini daha sərrast nişan alır, hədəfə daha düz düşürdü. Lakin biz indi Cavidin realizmindən, onun əsərlərinin gerçək hə­yat üçün, bu gün və gələcək üçün praktik əhəmiyyətindən danışmaq fikrində deyilik. İndi biz «realizm» sözünü bir bə­dii yaradıcılıq metodu kimi deyil, hadisələrin iç üzünü, ilkin və gerçək səbəblərini aça bilmək mənasında işlə­də­cə­yik. Yəni şairin xəyal dünyasına «səyahəti» məqsədyönlü bir səyahətdir. Gerçəyi, real problemləri sadəcə olaraq təsvir et­mək deyil, onları doğuran səbəbləri açmağa cəhd etməsin­dəndir ki, o, bəzən çox uzaqlardan başlamalı olur.

Gerçəyi təsvir edənlər, hər an içərisində bulunduğu­muz həyat hadisələrini qələmə alanlar bu hadisələrin ha­radan gəlib haraya getdiyini, hansı zəncirin bir halqası ol­duğunu çox vaxt görə bilmirlər. Hadisənin mahiyyəti ancaq kontekstdə açılır. Nəyin isə ümumi mənzərəsini onun da­xi­lində oturub təsəvvür etmək mümkün deyil; mütləq kənara çıxmaq, ona uzaqdan baxmaq lazımdır. Cavid də belə edir. Onun nəzərləri uzaqdan bu günə tuşlandığından gələcəyin də konturlarını görə bilir. Görkəmli ədəbiyyatşünas Yaşar Qarayev yazır: «“Yerə enməm də, səma şairiyəm!” – bu məş­hur bəyanat müasir kontekstdə tamamilə başqa cür səslənir və bir daha inandırır ki, bu sözlərlə şair öz ayağını torpaqdan üzdüyünü elan etmir, bəlkə əksinə: torpağı da, in­sanı da səmaya qaldırmağı və ona yüksəkdə – zirvədə nəzər salıb qiymət verməyi bir sənət prinsipi kimi irəli sürür1

Xəyalpərəstlik odur ki, real dünyada baş verən ha­di­sələrə müdaxilə etmək, onları yönləndirmək əvəzinə, ancaq ideyanın gözəlliyinə vurulur, xülyanın təsir dairəsinə düşür, reallıqdan uzaqlaşırsan. Reallığı mahiyyətcə dərk etmək isə, zahirdə görünən hadisələrin arxasında əsas hərəkətverici qüv­vələri görmək, üzə çıxarmaqdır.

«Mənim tanrım gözəllikdir, sevgidir», – deyən Cavid, eyni zamanda hərəkətverici qüvvələri unutmur, gözəlliyə və həqiqətə aparan yolun gücdən və qüvvətdən keçdiyini vur­ğulayır:

Yaşadan kainatı qüvvətdir,

Gücsüzün hər nəsibi zillətdir.2
Sadəcə güc yox, gücə qarşı güc! Öz haqqını müdafiə etmək üçün, güclü olmaqdan başqa çarə yoxdur. Məqsəd haq­qa çatmaqdır. Lakin haqqa çatmağın yolu güclü olmaq­dan keçir.

«Kim güclüdürsə, o da haqlıdır», – deyən fəlsəfə nə qə­dər iblisanə olsa da, reallığın fəlsəfəsidir. Çünki bu fani dünyanın, cismani həyatın reallıqları güc üzərində qərar tutur.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin