orta riskli müştərilər – əsas əməliyyatlarını nağd vəsaitlərlə həyata keçirən hüquqi şəxslər; beynəlxalq pul köçürmə sistemləri vasitəsilə şərti maliyyə vahidinin on beş min mislindən artıq məbləğdə bank xidmətindən istifadə edən şəxs; mütəmadi təkrarlanan qaydada ümumi məbləği şərti maliyyə vahidinin on beş min mislindən aşağı məbləğdə əməliyyatlar həyata keçirən şəxs; üçüncü şəxsin adından çıxış edən hüquqşünas, mühasib və brokerlər;
aşağı riskli müştərilər – banklar, dövlət və bələdiyyə orqanları, yerli və xarici bazarda ciddi etibar qazanmış şəxslər, yüksək və orta riskli müştərilər kateqoriyasına daxil olmayan digər şəxslər;
PY/TMM - Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.