Жинайят йолу иля ялдя едилмиш гялирлярин легаллашдырылмасына(йуйулмасына) якс-тясир гюстярмяк мягсяди иля дахили нязарят гайда



Yüklə 136 Kb.
səhifə6/10
tarix10.01.2022
ölçüsü136 Kb.
#107995
1   2   3   4   5   6   7   8   9   10
3. Nəzarət Sisteminin prinsipləri


    1. PY/TMM tədbirlərinin görülməsi işinin təşkilinə görə Bank məsuliyyət daşıyır.

    2. Bank qanunvericiliklə müəyyən olunan qaydada və müddətlərdə daxili sənədlərin (məlumatların) məxfiliyinin qorunub saxlanmasını təmin edir.

3.3. Bank müştərilərin, xeyrinə əməliyyat həyata keçirilən şəxslərin, üçüncü şəxsin adından çıxış edən şəxslərin, əməliyyatların eyniləşdirilməsinə imkan verən mərkəzləşdirilmiş bankdaxili arxivin yaradılmasını təmin edir.

    1. Bank müştərilərinin bank hesabları, əmanətləri (depozitləri) və əməliyyatları haqqın-da məlumatların məxfiliyinin qorunub saxlanmasını təmin edir.

    2. Bank öz müştərilərinin eyniləşdirmə və verifikasiya edilməsi üçün anketləşdirilmə üsulundan istifadə edir.

    3. Müştərilərin eyniləşdirmə və verifikasiya edilməsinə imkan verən bütün sənədlər onların təqdim edilmə tarixinə etibarlı olmalıdır.

    4. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı ilk növbədə onun şəxsiyyətini təsdiq edən sənəd əsasında (şəxsiyyəti təsdiq edən sənədin surəti bankda qalmalıdır) bu Əsasnamənin 1 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər. Müştərinin adından onun nümayəndəsi fəaliyyət göstərirsə, Bankın əməkdaşı nümayəndəni eyniləşdirilməsini aparmaq üçün qanunvericiliklə müəyyən olunan qaydada rəsmiləşdirilən etibarnaməni və ya digər müvafiq sənədi və onun səlahiyyətlərini yoxlayır.

    5. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi məqsədi ilə Bankın əməkdaşı onun şəxsiyyətini təsdiq edən sənəd və əlavə olaraq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında bu Əsasnamənin 1 №-li əlavəsinə uyğun olaraq anketləşdirə bilər. Şəxsiyyəti təsdiq edən sənədin surəti və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti Bankda saxlanılır.

    6. Hüquqi şəxslərin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı ilk növbədə bu şəxsin təsis və dövlət qeydiyyatı haqqında sənədlərini, həmçinin vergi, statistika uçotu və imza hüququna malik olan şəxslərin notarial qaydada təsdiq edilmiş vərəqəsi əsasında bu Əsasnamənin 2 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər.

3.10. Bankın əməkdaşı tərəfindən hüquqi şəxslərin təsis və dövlət qeydiyyatı haqqında sənədlərində aşağıdakılara xüsusi diqqət yetirməlidir:

  • təsis və qeydiyyat sənədlərinin (dəyişikliklər və əlavələr daxil olmaqla) qanunverici-liyin tələblərinə uyğun olmasına;

  • onların idarəetmə orqanlarının qərar qəbul etməsinə təsir göstərmək imkanı olan təsisçilərin (iştirak payına görə) mövcud olmasına;

  • idarəetmə orqanlarının strukturuna və səlahiyyətlərinə.

3.11. Banklararası müxbir münasibətlərin qurulması zamanı, Bank müxbirə sorğu göndər-məklə müxbir tərəfindən PY/TMM tədbirlərin görülməsini, o cümlədən öz müştərilə-rinin eyniləşdirilməsi və verifikasiyasını aydınlaşdırır.



    1. Bankın müxbiri PY/TMM tədbirləri görmürsə, Bank müxbir münasibətləri yaratmır.

    2. Müxbir münasibətlərin qurulması zamanı müxbirin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı bu Əsasnamənin 3 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər.

    3. Müxbir hesab açmaq istəyən qeyri-rezident bankın fəaliyyətini aydınlaşdırmaq məq-sədi ilə hesabın açılması üçün məcburi tələb olunan sənədlərdən başqa, əlavə olaraq qeyri-rezident bankdan aşağıdakı məlumatları əks etdirən sənədlər tələb edilə bilər:

      1. bankın rəhbərliyi haqqında məlumat;

      2. bankın hüquqi ünvanı;

      3. əsas fəaliyyət istiqamətləri haqqında məlumat;

      4. PY/TMM üzrə daxili prosedurlar haqqında məlumat;

      5. hesabın məqsədi və istisna hallarda hesabdan istifadə edəcək üçüncü şəxslər haqqında məlumat;

      6. hesabın növü və həyata keçiriləcək əməliyyatların təxmini məbləğləri haqqında məlumat.

    4. Bank aşağı riskli müştərilər üzrə eyniləşdirmə məlumatlarının ən azı üç ildə bir dəfə, orta riskli müştərilər üzrə ildə bir dəfə, yüksək riskli müştərilər üzrə altı ayda bir dəfə yeniləşdirilməsi üçün tədbirlər görür.

    5. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğunu müəyyən etdikdə, müştərinin hesabları üzrə keçirilən əməliyyatların aşağıdakı meyarlarına xüsusi diqqət yetirilir:

  • göstərilən fəaliyyət növlərinə, yəni müştərinin göstərdiyi fəaliyyətin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində yüksək risklə müşayiət olunmasına;

  • coğrafi amillərə, yəni aparılan əməliyyatın təyinatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğu regionlara aid olmasına;

  • müştərinin apardığı bank əməliyyatının növlərinə, yəni cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə istifadə edilən bank əməliyyatının yüksək risklə müşahidə olunmasına.

4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin



mümkünlüyünü göstərən məqamlar


    1. Bankda MMX-nın “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”ilə tövsiyə edilən əməliyyatlara əlavə olaraq, aşağıdakı məqamlara, o cümlədən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara xüsusi diqqət yetirilməlidir:

      1. Müştərinin əməliyyatları iqtisadi məna kəsb etmir və müştərinin fəaliyyətinin xarakterinə uyğun deyildir, həmçinin likvidliyin idarə edilməsinə və ya risklərin sığortalanması məqsədini daşımır;

      2. Müştərinin israr etdiyi əməliyyatın keçirilməsində əsaslandırılmamış tələsiklik və hesabdan tranzit hesab kimi istifadə edilməsi;

      3. Rəsmi sorğu nəşrlərində müştəri (hüquqi şəxs, o cümlədən kredit təşkilatı) haqqında məlumatın olmaması, habelə muştərinin göstərdiyi ünvan və telefon vasitəsilə əlaqə yaradılmasının mümkün olmaması;

      4. Müştərinin kontragentlərinin müəyyən edilməsinin mümkün olmaması;

      5. Pul vəsaitləri ilə nağd formada əməliyyatların və pul vəsaitlərinin keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • fiziki şəxslərdən alınmış əhəmiyyətli miqdarda ödənişlərin müştərinin hesabına köçürülməsi;

  • müştərilərin hesablarına daxil olmuş xırda ödənişlərin bu məbləğlə heç bir əlaqəsi olmayan başqa şəxsə köçürülməsi;

  • pul vəsaitlərinin xaricdəki anonim hesablara köçürülməsi, pul vəsaitlərinin anonim hesablardan daxil olması;

  • hüquqi şəxsin hesabında əməliyyatların altı aydan çox müddət ərzində keçirilməməsi və sonradan pul vəsaitlərinin həmin hesaba köçürülməsi və nağd şəkildə çıxarılması;

  • pul vəsaitlərinin heç bir əsas olmadan hüquqi şəxsin hesabından onun digər kredit təşkilatındakı hesabına keçirilməsi.

      1. Kredit müqavilələri üzrə əməliyyatlar keçirilən zaman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü təsdiq edən əlamətlər:

  • müştərinin kredit almaq üçün yazdığı ərizəsində göstərilən məlumatın müştərinin nümayəndəsi ilə aparılan danışıqların gedişində əldə edilmiş məlumatlara və sənədlərə uyğun olmaması;

  • müştəri tərəfindən ödəniş mənbələri məlum olmayan pul vəsaitləri hesabına kreditin ödənilməsi;

  • kredit müqaviləsi üzrə vaxtı keçmiş borcların bağlanılması zamanı müştərinin fəaliyyət şərtləri və Bankın müştəri haqqında əldə etdiyi məlumat, kredit borclarını maliyyələşdirən mənbəni müəyyən etməyə imkan vermirsə.

      1. Elektron bankinq və plastik kartlarla haqq-hesablar həyata keçirilən zaman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • müntəzəm olaraq kredit və ya debet kartından istifadə edərək İnternet şəbəkəsi vasitəsilə malların (işlərin, xidmətlərin) alqısı (satqısı) müştəri tərəfindən bir və ya bir neçə kontragentə köçürülməsi və müştərinin hesabından vəsaiti silmək hüququnun təqdim edilməsi;

  • İnternet Bankinq şəbəkəsi vasitəsilə ticarət sahəsində xidmətlər təqdim edən müştəri tərəfindən, müntəzəm olaraq, digər kredit təşkilatlarının müştərilərinin kredit (debet) kartlarından, hesablarına daxil olan pul vəsaitinin köçürülməsi;

  • nağd pul vəsaitlərinin kredit və ya debet kart sahibləri tərəfindən Bankın kassası və ya ATM vasitəsilə müntəzəm olaraq çıxarılması (müntəzəm olaraq plastik kartların prosessinqini həyata keçirən təşkilat vasitəsilə göndərilən məlumatlar əsasında). İşəgötürən tərəfindən işçinin hesabına daxil edilən və onun muzdlu qaydada işləyən işçilərinə müxtəlif formada ödənilən pul vəsaitlərinin hesabdan çıxarılması istisna təşkil edir.

4.1.8. Qiymətli kağızlarla əməliyyatların keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • müştərilərə eyni vaxtda analoji sövdələşmələr üzrə cari bazar qiymətlərindən hiss olunacaq dərəcədə fərqlənən qiymətlərlə kağızları və digər maliyyə alətlərini almaq və satmaq tapşırığının verilməsi;

  • eyni maliyyə alətinin dəfələrlə satılması və sonra həmin tərəflə sövdələşmə nəticəsində geri alınması;

  • qiymətli kağızlar bazarında tədavülə buraxılmayan maliyyə alətlərinin müştəri tərəfindən bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlərlə birdəfəlik satışı (alışı), bir şərtlə ki, müştəri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı deyildir və qiymətli kağızlar müştəriyə kontragentin müştəri qarşısında vaxtı ötmüş borclarının ödənilməsi üçün verilmir.




  1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin qiymətləndirilməsi meyarları

5.1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində yüksək risklə müşayiət olunan aşağıdakı fəaliyyət sahələrinə, coğrafi amil və bank əməliyyatlarına xüsusi diqqət yetirir:

5.1.1. Kredit təşkilatı olmayan, pul vəsaitlərinin köçürülməsi, ödənişlərin çeklər üzrə nağd formada verilməsi, pul vəsaitlərinin inkassasiyası ilə məşğul olan hüquqi şəxsin fəaliyyəti;

5.1.2. Ofşor zonalarda qeydiyyata alınmış hüquqi şəxslərin, o cümlədən kredit təşkilatlarının törəmə cəmiyyətlərinin fəaliyyəti;

5.1.3. Xarici iqtisadi əməliyyatların həyata keçirilməsi;

5.1.4. Turizm fəaliyyəti;

5.1.5. Qiymətli metallar, daşlar, habelə qiymətli metalları və daşları olan zərgər məmulatları ilə ticarət (xüsusilə ixrac);

5.1.6. Daşınmaz əmlakla ticarət;

5.1.7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsini həyata keçirən yüksək riskli rayonlar (coğrafi amil);

5.1.8. Müştərilərə pul vəsaitlərini nağd formadan nağdsız formaya asan konvertasiya etməyə və ya pul vəsaitlərini bir dövlətdən digərinə tez köçürməyə imkan verən bank əməliyyatları.



5.2. Bank müştərinin qeyri-adi və ya şübhəli əməliyyat aparılmasını aşkar edərsə, həmin əməliyyat barədə aşağıda qeyd olunan məlumatlara əsasən sənəd tərtib edərək struktur bölmənin rəhbərinə təqdim edir:

  • qeyri-adi əməliyyat;

  • əməliyyatın məbləği;

  • əməliyyat keçirən şəxs haqqında məlumatlar;

  • məlumatı tərtib edən əməkdaş haqqında məlumatlar;

  • məlumatı tərtib edən əməkdaşın imzası;

  • məlumatın tərtib edildiyi tarix;

  • bölmə rəhbərinin imzası.

5.3.. Bankın əməkdaşı qeyri-adi əməliyyatı aşkar edərkən müştəridən əməliyyatın iqtisadi mənasını izah edən zəruri izahat, o cümlədən əlavə məlumatların verilməsi xahişi ilə müştəriyə müraciət edə bilər.

    1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə öz əməkdaşları üçün tutduqları vəzifələrə görə aşağıdakı istiqamətlər üzrə təlimlər keçirir:

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək sahəsində əməkdaşların normativlərlə və digər aktlarla tanış edilməsi;

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məqsədi ilə əməkdaşların kredit təşkilatı tərəfindən təsdiq edilmiş daxili nəzarət qaydaları ilə tanış edilməsi;

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məqsədi ilə daxili nəzarət qaydalarının, o cümlədən onların həyata keçirilməsi proqramlarının reallaşdırılması üzrə praktiki məşğələlər.

    1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məsələləri üzrə təlimləri mütəmadi olaraq ildə bir dəfədən az olmayaraq keçirir.



Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin