Жинайят йолу иля ялдя едилмиш гялирлярин легаллашдырылмасына(йуйулмасына) якс-тясир гюстярмяк мягсяди иля дахили нязарят гайда



Yüklə 95.55 Kb.
tarix22.10.2017
ölçüsü95.55 Kb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir:


Protokol № 5; Qərar № 3;

Tarix: 21.10.2011-ci il




Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

Nəzarət Sistemi haqqında
Ə S A S N A M Ə

  1. Ümumi müddəalar





    1. Bu Əsasnamə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair” Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra MMX) tələbləri, habelə Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinin, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsiplərinin və bank praktikasında geniş istifadə edilən “Volfsberq prinsipləri”nin əsasında hazırlanmışdır.

    2. Bu Əsasnamə irəlidə Bank adlanacaq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daxili nəzarət işinin təşkil edilməsi, həmçinin nəzarət qaydalarının tətbiq olunmasının effektivliyini qiymətləndirən audit mexanizminin təmin edilməsi məqsədi ilə Bankın Nəzarət Sisteminin yaradılmasının şərtlərini müəyyən edir.

    3. Nəzarət Sistemi deyildikdə Bank tərəfindən sənədləşdirmə, dəqiq eyniləşdirmə, məxfiliyin təmin edilməsi, treninq proqramlarının tətbiqi, xüsusi diqqət yetirilməli əməliyyatların aşkarlanması, audit mexanizminin təkmilləşdirilməsi, məsul şəxsin təyin edilməsi tədbirlərinin həyata keçirilməsi, həmçinin digər daxili qaydaların hazırlanması başa düşülür.


2. İstifadə edilən anlayışlar


    1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir;

    2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir;

    3. pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməllərdir;

    4. terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;

    5. müştəri – Bankla pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatla nəticələnə bilən hər hansı xidmətdən istifadə edən şəxs;

    6. benefisiar – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlar nəticəsində iqtisadi və yaxud hər hansı digər fayda əldə edən sonuncu fiziki və ya hüquqi şəxs;

    7. eyniləşdirmə – müştərinin, benefisiarın və nümayəndənin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsidir;

    8. verifikasiya – etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və səlahiyyətli nümayəndə barəsində əldə edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin müəyyən edilməsidir;

    9. yüksək riskli müştərilər – siyahısı MMX tərəfindən müəyyənləşdirilən dövlətlərdə və ya ərazilərdə qeydiyyatdan keçmiş şəxs, siyasi əhəmiyyət kəsb edən şəxs, bu Əsasnamənin 4-cü bəndində qeyd olunan meyarlara cavab verən əməliyyatın icra edilməsinə dair sifariş verən şəxs, əvvəllər təqdim etdiyi eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlanan şəxs, öz adından fəaliyyət göstərməsi və ya üçüncü şəxsin adından çıxış etməsi şübhə doğuran şəxs, həyata keçirdiyi əməliyyatın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə hər hansı şəkildə əlaqəli olması şübhə doğuran şəxs;

    10. orta riskli müştərilər – əsas əməliyyatlarını nağd vəsaitlərlə həyata keçirən hüquqi şəxslər; beynəlxalq pul köçürmə sistemləri vasitəsilə şərti maliyyə vahidinin on beş min mislindən artıq məbləğdə bank xidmətindən istifadə edən şəxs; mütəmadi təkrarlanan qaydada ümumi məbləği şərti maliyyə vahidinin on beş min mislindən aşağı məbləğdə əməliyyatlar həyata keçirən şəxs; üçüncü şəxsin adından çıxış edən hüquqşünas, mühasib və brokerlər;

    11. aşağı riskli müştərilər – banklar, dövlət və bələdiyyə orqanları, yerli və xarici bazarda ciddi etibar qazanmış şəxslər, yüksək və orta riskli müştərilər kateqoriyasına daxil olmayan digər şəxslər;

    12. PY/TMM - Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.



3. Nəzarət Sisteminin prinsipləri


    1. PY/TMM tədbirlərinin görülməsi işinin təşkilinə görə Bank məsuliyyət daşıyır.

    2. Bank qanunvericiliklə müəyyən olunan qaydada və müddətlərdə daxili sənədlərin (məlumatların) məxfiliyinin qorunub saxlanmasını təmin edir.

3.3. Bank müştərilərin, xeyrinə əməliyyat həyata keçirilən şəxslərin, üçüncü şəxsin adından çıxış edən şəxslərin, əməliyyatların eyniləşdirilməsinə imkan verən mərkəzləşdirilmiş bankdaxili arxivin yaradılmasını təmin edir.

    1. Bank müştərilərinin bank hesabları, əmanətləri (depozitləri) və əməliyyatları haqqın-da məlumatların məxfiliyinin qorunub saxlanmasını təmin edir.

    2. Bank öz müştərilərinin eyniləşdirmə və verifikasiya edilməsi üçün anketləşdirilmə üsulundan istifadə edir.

    3. Müştərilərin eyniləşdirmə və verifikasiya edilməsinə imkan verən bütün sənədlər onların təqdim edilmə tarixinə etibarlı olmalıdır.

    4. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı ilk növbədə onun şəxsiyyətini təsdiq edən sənəd əsasında (şəxsiyyəti təsdiq edən sənədin surəti bankda qalmalıdır) bu Əsasnamənin 1 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər. Müştərinin adından onun nümayəndəsi fəaliyyət göstərirsə, Bankın əməkdaşı nümayəndəni eyniləşdirilməsini aparmaq üçün qanunvericiliklə müəyyən olunan qaydada rəsmiləşdirilən etibarnaməni və ya digər müvafiq sənədi və onun səlahiyyətlərini yoxlayır.

    5. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi məqsədi ilə Bankın əməkdaşı onun şəxsiyyətini təsdiq edən sənəd və əlavə olaraq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında bu Əsasnamənin 1 №-li əlavəsinə uyğun olaraq anketləşdirə bilər. Şəxsiyyəti təsdiq edən sənədin surəti və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti Bankda saxlanılır.

    6. Hüquqi şəxslərin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı ilk növbədə bu şəxsin təsis və dövlət qeydiyyatı haqqında sənədlərini, həmçinin vergi, statistika uçotu və imza hüququna malik olan şəxslərin notarial qaydada təsdiq edilmiş vərəqəsi əsasında bu Əsasnamənin 2 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər.

3.10. Bankın əməkdaşı tərəfindən hüquqi şəxslərin təsis və dövlət qeydiyyatı haqqında sənədlərində aşağıdakılara xüsusi diqqət yetirməlidir:

  • təsis və qeydiyyat sənədlərinin (dəyişikliklər və əlavələr daxil olmaqla) qanunverici-liyin tələblərinə uyğun olmasına;

  • onların idarəetmə orqanlarının qərar qəbul etməsinə təsir göstərmək imkanı olan təsisçilərin (iştirak payına görə) mövcud olmasına;

  • idarəetmə orqanlarının strukturuna və səlahiyyətlərinə.

3.11. Banklararası müxbir münasibətlərin qurulması zamanı, Bank müxbirə sorğu göndər-məklə müxbir tərəfindən PY/TMM tədbirlərin görülməsini, o cümlədən öz müştərilə-rinin eyniləşdirilməsi və verifikasiyasını aydınlaşdırır.



    1. Bankın müxbiri PY/TMM tədbirləri görmürsə, Bank müxbir münasibətləri yaratmır.

    2. Müxbir münasibətlərin qurulması zamanı müxbirin eyniləşdirilməsi və verifikasiyası məqsədi ilə Bankın əməkdaşı bu Əsasnamənin 3 №-li əlavəsinə uyğun olaraq lazımi məlumatları anketləşdirə bilər.

    3. Müxbir hesab açmaq istəyən qeyri-rezident bankın fəaliyyətini aydınlaşdırmaq məq-sədi ilə hesabın açılması üçün məcburi tələb olunan sənədlərdən başqa, əlavə olaraq qeyri-rezident bankdan aşağıdakı məlumatları əks etdirən sənədlər tələb edilə bilər:

      1. bankın rəhbərliyi haqqında məlumat;

      2. bankın hüquqi ünvanı;

      3. əsas fəaliyyət istiqamətləri haqqında məlumat;

      4. PY/TMM üzrə daxili prosedurlar haqqında məlumat;

      5. hesabın məqsədi və istisna hallarda hesabdan istifadə edəcək üçüncü şəxslər haqqında məlumat;

      6. hesabın növü və həyata keçiriləcək əməliyyatların təxmini məbləğləri haqqında məlumat.

    4. Bank aşağı riskli müştərilər üzrə eyniləşdirmə məlumatlarının ən azı üç ildə bir dəfə, orta riskli müştərilər üzrə ildə bir dəfə, yüksək riskli müştərilər üzrə altı ayda bir dəfə yeniləşdirilməsi üçün tədbirlər görür.

    5. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğunu müəyyən etdikdə, müştərinin hesabları üzrə keçirilən əməliyyatların aşağıdakı meyarlarına xüsusi diqqət yetirilir:

  • göstərilən fəaliyyət növlərinə, yəni müştərinin göstərdiyi fəaliyyətin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində yüksək risklə müşayiət olunmasına;

  • coğrafi amillərə, yəni aparılan əməliyyatın təyinatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğu regionlara aid olmasına;

  • müştərinin apardığı bank əməliyyatının növlərinə, yəni cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə istifadə edilən bank əməliyyatının yüksək risklə müşahidə olunmasına.

4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin



mümkünlüyünü göstərən məqamlar


    1. Bankda MMX-nın “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”ilə tövsiyə edilən əməliyyatlara əlavə olaraq, aşağıdakı məqamlara, o cümlədən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara xüsusi diqqət yetirilməlidir:

      1. Müştərinin əməliyyatları iqtisadi məna kəsb etmir və müştərinin fəaliyyətinin xarakterinə uyğun deyildir, həmçinin likvidliyin idarə edilməsinə və ya risklərin sığortalanması məqsədini daşımır;

      2. Müştərinin israr etdiyi əməliyyatın keçirilməsində əsaslandırılmamış tələsiklik və hesabdan tranzit hesab kimi istifadə edilməsi;

      3. Rəsmi sorğu nəşrlərində müştəri (hüquqi şəxs, o cümlədən kredit təşkilatı) haqqında məlumatın olmaması, habelə muştərinin göstərdiyi ünvan və telefon vasitəsilə əlaqə yaradılmasının mümkün olmaması;

      4. Müştərinin kontragentlərinin müəyyən edilməsinin mümkün olmaması;

      5. Pul vəsaitləri ilə nağd formada əməliyyatların və pul vəsaitlərinin keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • fiziki şəxslərdən alınmış əhəmiyyətli miqdarda ödənişlərin müştərinin hesabına köçürülməsi;

  • müştərilərin hesablarına daxil olmuş xırda ödənişlərin bu məbləğlə heç bir əlaqəsi olmayan başqa şəxsə köçürülməsi;

  • pul vəsaitlərinin xaricdəki anonim hesablara köçürülməsi, pul vəsaitlərinin anonim hesablardan daxil olması;

  • hüquqi şəxsin hesabında əməliyyatların altı aydan çox müddət ərzində keçirilməməsi və sonradan pul vəsaitlərinin həmin hesaba köçürülməsi və nağd şəkildə çıxarılması;

  • pul vəsaitlərinin heç bir əsas olmadan hüquqi şəxsin hesabından onun digər kredit təşkilatındakı hesabına keçirilməsi.

      1. Kredit müqavilələri üzrə əməliyyatlar keçirilən zaman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü təsdiq edən əlamətlər:

  • müştərinin kredit almaq üçün yazdığı ərizəsində göstərilən məlumatın müştərinin nümayəndəsi ilə aparılan danışıqların gedişində əldə edilmiş məlumatlara və sənədlərə uyğun olmaması;

  • müştəri tərəfindən ödəniş mənbələri məlum olmayan pul vəsaitləri hesabına kreditin ödənilməsi;

  • kredit müqaviləsi üzrə vaxtı keçmiş borcların bağlanılması zamanı müştərinin fəaliyyət şərtləri və Bankın müştəri haqqında əldə etdiyi məlumat, kredit borclarını maliyyələşdirən mənbəni müəyyən etməyə imkan vermirsə.

      1. Elektron bankinq və plastik kartlarla haqq-hesablar həyata keçirilən zaman cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • müntəzəm olaraq kredit və ya debet kartından istifadə edərək İnternet şəbəkəsi vasitəsilə malların (işlərin, xidmətlərin) alqısı (satqısı) müştəri tərəfindən bir və ya bir neçə kontragentə köçürülməsi və müştərinin hesabından vəsaiti silmək hüququnun təqdim edilməsi;

  • İnternet Bankinq şəbəkəsi vasitəsilə ticarət sahəsində xidmətlər təqdim edən müştəri tərəfindən, müntəzəm olaraq, digər kredit təşkilatlarının müştərilərinin kredit (debet) kartlarından, hesablarına daxil olan pul vəsaitinin köçürülməsi;

  • nağd pul vəsaitlərinin kredit və ya debet kart sahibləri tərəfindən Bankın kassası və ya ATM vasitəsilə müntəzəm olaraq çıxarılması (müntəzəm olaraq plastik kartların prosessinqini həyata keçirən təşkilat vasitəsilə göndərilən məlumatlar əsasında). İşəgötürən tərəfindən işçinin hesabına daxil edilən və onun muzdlu qaydada işləyən işçilərinə müxtəlif formada ödənilən pul vəsaitlərinin hesabdan çıxarılması istisna təşkil edir.

4.1.8. Qiymətli kağızlarla əməliyyatların keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyünü sübut edən əlamətlər:

  • müştərilərə eyni vaxtda analoji sövdələşmələr üzrə cari bazar qiymətlərindən hiss olunacaq dərəcədə fərqlənən qiymətlərlə kağızları və digər maliyyə alətlərini almaq və satmaq tapşırığının verilməsi;

  • eyni maliyyə alətinin dəfələrlə satılması və sonra həmin tərəflə sövdələşmə nəticəsində geri alınması;

  • qiymətli kağızlar bazarında tədavülə buraxılmayan maliyyə alətlərinin müştəri tərəfindən bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlərlə birdəfəlik satışı (alışı), bir şərtlə ki, müştəri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı deyildir və qiymətli kağızlar müştəriyə kontragentin müştəri qarşısında vaxtı ötmüş borclarının ödənilməsi üçün verilmir.




  1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskinin qiymətləndirilməsi meyarları

5.1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsində yüksək risklə müşayiət olunan aşağıdakı fəaliyyət sahələrinə, coğrafi amil və bank əməliyyatlarına xüsusi diqqət yetirir:

5.1.1. Kredit təşkilatı olmayan, pul vəsaitlərinin köçürülməsi, ödənişlərin çeklər üzrə nağd formada verilməsi, pul vəsaitlərinin inkassasiyası ilə məşğul olan hüquqi şəxsin fəaliyyəti;

5.1.2. Ofşor zonalarda qeydiyyata alınmış hüquqi şəxslərin, o cümlədən kredit təşkilatlarının törəmə cəmiyyətlərinin fəaliyyəti;

5.1.3. Xarici iqtisadi əməliyyatların həyata keçirilməsi;

5.1.4. Turizm fəaliyyəti;

5.1.5. Qiymətli metallar, daşlar, habelə qiymətli metalları və daşları olan zərgər məmulatları ilə ticarət (xüsusilə ixrac);

5.1.6. Daşınmaz əmlakla ticarət;

5.1.7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsini həyata keçirən yüksək riskli rayonlar (coğrafi amil);

5.1.8. Müştərilərə pul vəsaitlərini nağd formadan nağdsız formaya asan konvertasiya etməyə və ya pul vəsaitlərini bir dövlətdən digərinə tez köçürməyə imkan verən bank əməliyyatları.



5.2. Bank müştərinin qeyri-adi və ya şübhəli əməliyyat aparılmasını aşkar edərsə, həmin əməliyyat barədə aşağıda qeyd olunan məlumatlara əsasən sənəd tərtib edərək struktur bölmənin rəhbərinə təqdim edir:

  • mütləq nəzarət edilməli əməliyyat;

  • qeyri-adi əməliyyat;

  • əməliyyatın məbləği;

  • əməliyyat keçirən şəxs haqqında məlumatlar;

  • məlumatı tərtib edən əməkdaş haqqında məlumatlar;

  • məlumatı tərtib edən əməkdaşın imzası;

  • məlumatın tərtib edildiyi tarix;

  • bölmə rəhbərinin imzası.

5.3.. Bankın əməkdaşı qeyri-adi əməliyyatı aşkar edərkən müştəridən əməliyyatın iqtisadi mənasını izah edən zəruri izahat, o cümlədən əlavə məlumatların verilməsi xahişi ilə müştəriyə müraciət edə bilər.

    1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə öz əməkdaşları üçün tutduqları vəzifələrə görə aşağıdakı istiqamətlər üzrə təlimlər keçirir:

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək sahəsində əməkdaşların normativlərlə və digər aktlarla tanış edilməsi;

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məqsədi ilə əməkdaşların kredit təşkilatı tərəfindən təsdiq edilmiş daxili nəzarət qaydaları ilə tanış edilməsi;

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məqsədi ilə daxili nəzarət qaydalarının, o cümlədən onların həyata keçirilməsi proqramlarının reallaşdırılması üzrə praktiki məşğələlər.

    1. Bank cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə əks-təsir göstərmək məsələləri üzrə təlimləri mütəmadi olaraq ildə bir dəfədən az olmayaraq keçirir.


6. Təşkilati məsələlər


    1. PY/TMM məqsədi ilə Bankda daxili nəzarətin həyata keçirilməsi, habelə digər daxili təşkilati tədbirlərin işlənib hazırlanması üçün Bankın İdarə Heyəti sədrinin əmri ilə Daxili nəzarət və monitorinq departamentinin direktoru məsul şəxs təyin edilir.

    2. PY/TMM məqsədi ilə Bankın struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi, habelə digər daxili təşkilati tədbirlərin işlənib hazırlanması üçün struktur bölmələrinin rəhbərləri tərəfindən məsul şəxs təyin edilir.

    3. Məsul şəxs Bankın rəhbərliyinə müəyyən olunmuş müddətlərdə hesabatlar verir.

    4. PY/TMM məqsədi ilə məsul şəxs aşağıdakı vəzifələri yerinə yetirir:

  • PY/TMM məqsədi ilə nəzarətin həyata keçirilməsi işini qanunvericiliyə, MMX-nın tələblərinə və bu Əsasnaməyə uyğun olaraq təşkil edir;

  • PY/TMM məqsədi ilə daxili nəzarətin həyata keçirilməsi zamanı, o cümlədən müştəri tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin həyata keçirilməsi riskinin qiymətləndirilməsi, Bankın müştərilərinin eyniləşdirilməsi və verifikasiyası zamanı üzə çıxan məsələlər üzrə Bankın əməkdaşlarına məsləhətlər verir;

    1. Məsul şəxs öz vəzifələrini yerinə yetirərkən aşağıdakı hüquqlara malikdir:

  • Bankın bütün struktur bölmələrinin rəhbərlərindən və əməkdaşlarından lazımi məlumatları və sənədləri tələb etmək;

  • müştəri və əməliyyat haqqında əlavə məlumat almaq və ya olan məlumatı yoxlamaq məqsədi ilə aparılan əməliyyatın müvəqqəti dayandırılması barədə göstəriş vermək;

    1. Məsul şəxs öz vəzifələrini yerinə yetirərkən aşağıdakıları etməyə borcludur:

  • Bankın müvafiq struktur bölmələrindən alınmış sənədlərin saxlanmasını və geri qaytarılmasını təmin etmək;

  • öz vəzifələrini yerinə yetirərkən əldə etdiyi məlumatların məxfiliyinin qorunmasını təmin etmək.

    1. Bankın bütün əməkdaşları müştərilərlə apardıqları əməliyyatlar zamanı PY/TMM istiqamətində normativ hüquqi aktların pozulması faktlarını aşkar etdikdə, dərhal bu barədə yazılı şəkildə işlədikləri struktur bölmənin rəhbərinə, struktur bölmənin rəhbəri isə məsul şəxsin diqqətinə çatdırmalıdır.

    2. Bank tərəfindən PY/TMM istiqamətində tətbiq edilən daxili nəzarət sistemlərinin adekvatlığının qiymətləndirilməsi Bankın Daxili audit departamenti tərəfindən həyata keçirilir.

    3. Qeyri-adi və ya şübhəli fəaliyyətin müəyyən edilməsi məqsədi ilə Bank tərəfindən aşağıdakı işlər görülə bilər:

  • əməliyyatların monitorinqi;

  • müştərilərin əlaqələrinin təhlili (görüşlər, səfərlər və s. tədbirlər);

  • müştərinin əhatəsi barədə informasiyanın təhlili;

  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda məlumatların müvafiq dövlət orqanına göndərilməsi.

6.10. Köçürmələr icra edilərkən Bankın məsul işçisi tərəfindən vəsaiti alan və vəsaiti göndərən tərəflər MMX-nın son tarixə olan əlavələr və dəyişikliklər nəzərə alınmaqla siyahısı üzrə yoxlanılır.


  1. Yekun müddəalar




    1. Bu Əsasnamənin qüvvəyə minməsi ilə əlaqədar Bankın Müşahidə Şurasının 19.01.2007-ci il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş (protokol № 43) “Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin (digər əmlakın) leqallaşdırılmasının qarşısının alınmasına dair “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nəzarət Sistemi haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilir.

    2. Bu Əsasnamə üzrə tələblərin lazımi qaydada yerinə yetirilməsinə görə Bankın müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

    3. Bu Əsasnamədə nəzərdə tutulan məktubların yazılması və onların tədavülü qaydası «Azərbaycan Beynəlxalq Bankında kargüzarlıq işinin aparılması haqqında Təlimat”la tənzimlənir.

    4. Bu Əsasnamənin təkmilləşdirilməsi, onun ayrı-ayrı müddəalarının izah olunması və həyata keçirilməsi məqsədi ilə metodik göstərişlər, reqlamentlər hazırlanaraq, Bankın İdarə Heyətinin sədri tərəfindən təsdiq edilə bilər.



Əlavə № 1

Fiziki şəxslərin Anketi



  1. Soyadı, adı və atasının adı;

  2. Doğulduğu yer və tarix (gün, ay və il);

  3. Vətəndaşlığı;

  4. Qeydiyyatda olduğu ünvan;

  5. Faktiki yaşadığı ünvan;

  6. Şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumat (adı, seriyası, nömrəsi, sənədi verən orqanın adı, sənədin verildiyi tarix və müddəti);

  7. Viza haqqında məlumat;

  8. Fərdi sahibkarın şəhadətnaməsinin nömrəsi, verilmə tarixi və şəhadətnaməni verən orqanın adı, VÖEN-i, statistika uçotu və müvafiq kodları, sahibkarlıq fəaliyyətinin növü);

  9. İş yeri, əmək haqqı və ya gəliri;

  10. Digər banklarda olan hesabları;

  11. Digər banklardan aldığı kreditlər və onların mövcud vəziyyəti;

  12. Hüquqi şəxslərin kapitalında iştirak payı;

  13. Girov hüquqları və əmlakının girovla yüklülüyü;

  14. Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş banklardakı hesablar;

  15. Əlaqə telefon və faks nömrələri;

  16. Elektron poçt ünvanı;

  17. Bank hesabının açılmasını təsdiq edən əməkdaşın vəzifəsi, adı, soyadı və atasının adı;

  18. Bank hesabının açıldığı tarix;

  19. Müştərinin anketinin doldurulduğu tarix;

  20. Bank hesabı üzrə keçirilən əməliyyatların sayı, ümumi məbləği (rüb ərzində);

  21. Əməliyyatların qısa təsviri.


Əlavə № 2

Hüquqi şəxslərin, onların filial, nümayəndəlik

və digər ayrıca bölmələrinin Anketi





  1. Firma adı və təşkilati-hüquqi forması;

  2. Faktiki yerləşdiyi poçt ünvanı;

  3. Hüquqi ünvanı;

  4. Əlaqə telefon və faks nömrələri;

  5. Elektron poçt ünvanı;

  6. Dövlət qeydiyyatının tarixi və nömrəsi;

  7. Vergi ödəyicisinin identifikasiya nömrəsi;

  8. Statistika uçotu və müvafiq kodları;

  9. Hüquqi şəxs üçün bank hesabı açan (hüquqi şəxsin özü hesab açmadığı halda) hüquqi şəxsin xeyrinə əmanət qoyan haqqında məlumat;

  10. Riskin səviyyəsi;

  11. Digər banklarda olan hesabları;

  12. Digər banklardan aldığı kreditlər və onların mövcud vəziyyəti;

  13. Digər hüquqi şəxslərin kapitalında iştirak payı;

  14. Girov hüquqları və əmlakının girovla yüklülüyü;

  15. Azərbaycan Respublikasından kənarda qeydiyyatdan keçmiş banklardakı hesablar;

  16. Hüquqi şəxs olan müştərinin kapitalında mühüm iştirak payına malik olan şəxslər, habelə hüquqi şəxsin rəhbərliyi barədə məlumat;

  17. İlk bank hesabının açıldığı tarix;

  18. Bank hesabına xidmət göstərən əməkdaşı barədə məlumat;

  19. Bank hesabının açıldığını təsdiq edən əməkdaşın vəzifəsi, adı, soyadı və atasının adı;

  20. Müştərinin anketinin doldurulduğu tarix;

  21. Rəhbər işçilər, təsisçilər, habelə onların idarəetmə orqanlarının qərar qəbul etməsinə təsir göstərmək imkanı olan təsisçilər (iştirak payına görə) haqqında məlumat;

  22. Xüsusi icazə tələb olunan fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziya haqqında məlumat (lisenziyanın nömrəsi, müddəti, hansı orqan tərəfindən verilmişdir, o cümlədən istehsal edilən mallar, görülən işlər, göstərilən xidmətlərin təfsilatı);

  23. Bank hesabı üzrə aparılan əməliyyatların sayı, ümumi məbləği;

  24. Pul vəsaitlərinin daxil olduğu mənbələr, əməliyyatların sayı, ümumi məbləği (rüb ərzində);

  25. Əməliyyatların qısa təsviri.

Əlavə № 3
Müxbir münasibətlərin qurulması zamanı bankların (kredit təşkilatlarının)

Anketi



  1. Kredit təşkilatının adı (xarici dildə daxil olmaqla) və təşkilati-hüquqi forması;

  2. Dövlət qeydiyyatının tarixi və nömrəsi;

  3. Bank əməliyyatlarının həyata keçirilməsi üçün verilən lisenziyanın tarixi, nömrəsi, o cümlədən aparılmasına icazə verilən bank əməliyyatlarının təsviri;

  4. Hüquqi ünvanı;

  5. Faktiki yerləşdiyi poçt ünvanı;

  6. Əlaqə telefon və faks nömrələri;

  7. Elektron poçt ünvanı;

  8. Bankın identifikasiya kodu;

  9. Vergi ödəyicisinin identifikasiya nömrəsi;

  10. Statistika uçotu və müvafiq formaların kodları;

  1. Müxbir hesabının açılmasının məqsədi və kodları;

  2. Müxbir hesabın kuratoru;

  3. Müxbir hesabın açılmasını təsdiq edən əməkdaşın vəzifəsi, adı, soyadı və atasının adı;

  4. Hesabın açıldığı tarix;

  5. Müştərinin anketinin doldurulduğu tarix;

  6. İdarəetmə orqanları, rəhbər işçilər, təsisçilər, habelə onların idarəetmə orqanlarının qərar qəbul etməsinə təsir göstərmək imkanı olan təsisçilər (iştirak payına görə) haqqında məlumat;

  7. Auditor kompaniyasının adı;

  8. Müştəri səhmdar cəmiyyəti olduqda səhmdarların siyahısı, onların cəmiyyətdə iştirak payı;

  9. Göstərilən xidmətlərin siyahısı;

  10. Xarici və milli bank xidmətləri bazarında nüfuzu, keçmiş maliyyə problemləri, digər kredit təşkilatları ilə müxbir münasibətləri;

  11. Müxbir hesab üzrə aparılan əməliyyatların sayı, ümumi məbləği (rüb ərzində);

  12. Əməliyyatların qısa təsviri.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə