Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN RUHUNUN GENİŞLİYİ



Yüklə 2,54 Mb.
səhifə16/27
tarix21.10.2017
ölçüsü2,54 Mb.
#7745
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

ALLAHIN RUHUNUN GENİŞLİYİ


SUAL 22: Deyirlər ki, Allah mücərrəddir. Digər tərəfdən, mələklərin mücərrəd olduğunu bilirik. Bu, Allah və mələklərin cinsinin bir olması mə`nasını ifadə etmirmi? Ümumiyyətlə, Allahın cinsi nədir? Allah Öz ruhunu insana üfürdü. Bəs heyvanların ruhu haradan gəldi? Bildiyimiz kimi, bütün insanların fitrətində Allah vardır. Buna görə də Allaha pərəstiş istəyi fitridir. Hətta heyvanlar belə Allaha itaət edirlər. Görəsən, onların da ruhu Allahdandır? Bu barədə izahat verməyinizi xahiş edirik.

Düzgün cavab əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:


VARLIQ ALƏMLƏRİ


Varlıq aləmində dörd ümumi aləm mövcuddur. Onların üstünlükləri nəzərə alınmaqla tərtib olunmuşlar:

1. “Lahutaləmi, yaxudadlar sifətləraləmi: Bu aləm Allah-taalanın hədsiz-hüdudsuz kamallarından xəbər verir. Necə ki, Onun zatının pak olması hər bir eyb və nöqsandan uzaqlıq, zaman və məkanca hüdudsuzluq yox olmamaq mə`nalarını göstərir. Başqa sözlə, bu aləmdə Allah-taalanın xüsusi adları, sifətləri və bə`zi cilvələri aşkar olunur.

2-”Əql, ruh cəbərutaləmi, yaxudtam mücərrədaləm: Bu aləm maddə və onun hökmlərindən pak və xalidir.

3-”Xəyal, bərzəx mələkutaləmi, yaxud misal aləmi: Bu aləm maddədən uzaqdır. Lakin onun hökmlərilə hərəkətdədir.

4-”Təbiətaləmi, yaxudnasutaləmi: Bu aləm maddə və onun hökmlərindən ayrı deyil.2

Allahın mücərrəd olması məsələsinə gəldikdə, Onun mücərrəd varlıqından sayılan mələklərlə müştərək olması düzgün fikir deyil, O, mücərrəd olan aləmdən, hətta adlar və sifətlər aləmindən də üstündür.

“Qeybi huviyyət”, “qeybi-zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bə`zən də (“ünəqa” və “qeybül-qüyub” kimi) başqa sözlərlə ifadə olunan Allahın zatı mütləq varlıqdır, onun heç bir həddi-hüdudu yoxdur, o sonsuzdur, konkretləşmiş zatdan uzaqdır, nə adı var, nə də əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə şərtlənir, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan; nə xüsusi bir konkretləşmə ilə konkretləşir, nə də o konkretləşmənin olmaması ilə; hətta mütləqlik və konkretləşmənin olmaması ilə belə ona şərt qoyulmur, Çünki mütləq və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır.. Allahın zatı isə ondan pak və uzaqdır.

Allahın bütün adları və sifətləri zat məqamından sonra qərar turur və təcəlla məqamında zahir olurlar. Allahın zatı gözlə görünmədiyi üçün, Onu adları və sifətlərilə yad edirik. Əlbəttə, bu o demək deyil ki, Allahın zatında adların və sifətlərin kamalları mövcuddur. Əksinə Onun bütün adları və sifətləri pak zatında cəmlənmişdir. Bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Onun adları və sifətləri bir-birindən ayrı deyil, Allahın pak zatından ayrılıqda mə`na kəsb etmir. Allahın adları və sifətləri mə`na cəhətdən bir-birlərindən fərqlənsələr də, eyniyyət məqamında (gerçəklikdə) vahiddirlər. Allahın zatı bəsit olmaqla yanaşı, bütün kamilliklərə malikdir. Belə də deyil ki, Allahın zatının (məsələn) bir qismini elm, bir qismini qüdrət, üçüncü qismini isə dirilik təşkil etsin. Elm, qüdrət və dirilik elə Onun zatının özüdür. Yə`ni zatından ayrı bir şey deyil, zatı ilə eynidir.

Əllamə Təbatəbai deyir: Zəruri (vacib) varlıq sırf xalis olduğu üçün qeyri-məhduddur. Buna görə , Onun (zata əlavə olunan) hər bir ismi, sifəti məfhumi şərti deyil. Hətta həmin hökmdən belə pak uzaqdır1

Beləliklə, Allahın zatını düşüncə, əql, güman və kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür. Hər şey onu qavramaqda acizdir. Əgər bu yöndə arddım atsalar, həqiqətə çatmayıb, heyrətdə qalar, yaxud xəta və azğınlığa düşərlər. Bəli, insan Onun zatını dərk etməyə qadir deyil. Qur`ani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini , gələcəyini bilir. Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz.”2

İmam Rza (ə) bu barədə buyurmuşdur: Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmiş, zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə yetməmiş, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”3

Hətta əql və eşq bir-birilə əlbir olub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyran və sərgərdan vəziyyətdə qalar, heç bir yerə çata bilməz və öz acizliklərinə e`tiraf edərlər.

Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun zatına üz tutur, adları və sifətləri ilə Onu yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğu üçün Onun zatını adları ilə çağırırlar.4

Məhz buna görə də, bə`ziləri haqq olaraq etiqad edirlər ki, İslam dininin zühur etməsinin əsas səbəbi “Allah”ı olduğu kimi tanıtdırmaqdır.5 Qur`ani-kərim sözsüz ki, Allahı tanıtdıran bir kitabdır. Bu barədə ayələr o qədər dərin və dəqiqdir ki, ən böyük alimlər belə onun müqabilində acizdirlər. Allahı bəşərin dərk etdiyi səviyyədə tanımaq üçün Qur`an ayələrinə müraciət edərək onların üzərində fikirləşin.6



Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin