Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK



Yüklə 2,54 Mb.
səhifə8/27
tarix21.10.2017
ölçüsü2,54 Mb.
#7745
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK


Əxlaqda ikiüzlülük dini hökmlərə iltizamlı olmamaqdır. Bu həm insanda, həm cəmiyyətdə öz tə`sirini göstərir.13 İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: İnsanın ən aşkar nifaq ikiüzlülüyü başqasını itaətə əmr edib, günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi günahdan çəkinməməsidir.”14

Həzrət Peyğəmbər (s) də buyurmuşdur: Dörd sifətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi ` sadiq qalmamaq, əhd-peymanı pozmaq (başqalarına) qələbə çaldığı zaman günah işlərlə məşğul olmaq.”15


KAFİRLƏRİN XÜSUSİYYƏTİ


Münafiqlərin və mö`minlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri mə`lum olar. Qur`an ayələrində işarə olunan bu xüsusiyyətlərin bə`ziləri ni qeyd etməyi münasib görürük:

1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.16

2-İlahi nişanələrə istehza.17

3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.18

4-Haqqı tapdamaq.19

5-Qur`ana iman gətirməmək.20

6-İlahi əmrlərdən üz çevirmək.1

7-Yersiz e`tirazlar.2

8-Həzrət Peyğəmbərə (s) istehza etmək.3

9-Nəfsani istəklərə uymaq.4

10-Əqlə tabe olmamaq.5

MÖ`MİNLƏRİN XÜSUSİYYƏTLƏRİ


Fərdi və ictimai baxımdan mö`minlərin xüsusiyyətləri:

Fərdi xüsusiyyətlər:

1-Allaha təvəkkül etmək.6

2-Allahı yad edərkən qəlbləri titrəyər.7

3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.8

4-İffətli olmaq və zinadan qorunmaq.9

5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.10

6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.11

7-İlahi ayələri eşidərkən imanları artar.12



İctimai xüsusiyyətlər:

1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək.

2-Başqalarının maddi ehtiyaclarını təmin etmək.

3-Mö`min qardaşlarla ilə dostluq etmək.13

4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.14

5-Xeyirxah işlərdə hamından qabağa keçmək.15

6-Kafirlərlə dostluq etməmək.16

7-Əmanətə sadiq qalmağa səy göstərmək.17

8-Əhd-peymana vəfalı olmaq.18

9-Allahın Rəsuluna itaət etmək.19

İmam Sadiq (ə) bir rəvayətdə mö`minin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:

1-Çətinlik zamanı dözümlü və sakit olarlar.

2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək.

3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək.

4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq.

5-Düşmənlərə zülm və təcavüz etməmək.

6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin.

7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər.

8-Camaat onun əlindən əmin-amanlıqda olar.

O həzrət rəvayətin sonunda buyurmuşdur: `minin elmi onun dostu yardımçısı, helmi səbri vəziri, yol göstərəni məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü qardaşı, ehsan yaxşılığı mehriban ürəkyandıran atasıdır.”1

Bir sözlə, həqiqi mö`min sonsuz bir aləmə bənzəyir. Mö`minlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinə müraciət edə bilərlər.

***

ALLAHA YƏQİNLİYİN DƏRƏCƏLƏRİ



SUAL 7: Kamil iman və yəqinlik dərəcələri nədir? Müasir dövrdə bu məqamlara nail olanlar varmı?

KAMİL İMAN VƏ YƏQİNİN (SEYRİ–SÜLUKUN) MƏRHƏLƏLƏRİ


Qeyd etdiyimiz suala cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:

1-Bəndənin Allah dərgahına yüksəlişi (seyri-süluku) üfüqi yox, şaquli bir seyrdir. Şaquli dedikdə, təbii müstəvidə yox, ilahi müstəvidəki mə`na nəzərdə tutulur. Yə`ni, üstün məkana yox, üstün məqama nail olmaq.

2-Batində Allaha çatma yollarını müxtəlif dərəcələrə bölmək olar. Bu yolu ötüb-keçənlər öz səfərnamələrini “Seyr-süluk risaləsi” adlandırmışlar.

3-Bu yolu birinci dəfə ötüb-keçənlər ona heç bir ad və əlamət vermir. Onun əlamətlərini özlərində görür, əldə etdiklərini başqaları üçün əlamət kimi qeyd edirlər. Peyğəmbərlər və övliyalar bəşər tə`limi görmədən bu yolda qabaqcıllardır. Həmin yolu bəşərdən tə`lim almadan çətinliklə keçir, bağlı yolları açaraq, onlara əlamət qoyurlar. Ariflər onların şagirdləri sayılır.

4-Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.

Qeyd etdiyimiz məsələlərə diqqət yetirdikdə (bizim mə`lumatımıza görə) görürük ki, yəqin və ondan yüksək mərhələyə nail olanların sayı çox azdır. Onların kimliyi vəfat etdikdən sonra bəlli olmuşdur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını qeyd etmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.

Cavabın sonunda aşağıdakı hədisi qeyd edir, onun barəsində düşünməyə çağırırıq:

İmam Sadiq (ə) buyurmuşdur: Allah-taala imanı yeddi əsas üzərində qurdu: 1-Ehsan yaxşılıq. 2-Düz danışmaq. 3-Yəqin. 4-Razılıq. 5-Vəfalı olmaq. 6-Elm. 7-Səbir. Sonra onları camaat arasında bölüşdürdü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah `ziləri (yeddi qismdən) bir, `ziləri iki, `ziləri isə üç pay əta etdi. Allah-taala bu minvalla `zilərinə imanın bütün yeddi qismini bağışladı. İmanın yalnız bir payına malik olan şəxsdən iki payın, iki payına malik olan şəxsdən üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Məhz bu səbəbdən , (insanlar) imanın yeddi payını qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”2

***


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin