VARLIQLARIN RUHU
Qeyd etdiyimiz sualın ikinci hissəsilə əlaqədar bir neçə nöqtəni qeyd etmək zəruridir:
1. Ruh həyata, şüura və iradəyə malik olan, məxluq sayılan varlıqlara aid edilir. Şüursuz varlığa, eləcə də Allaha−ruhu Yaradana şamil etmək olmaz. Bu məsələni başa düşdüyümüz kimi təsdiqləyir, həmçinin, öz sözlərimizdə, ruhu diri və şüurlu varlıqlara aid edirik. Beləliklə, bir şəxs ruhu mə`nalandırarkən, onu maddi olmayan şüurlu məxluqlara aid etsə, səhv etməmişdir.1
2-İsbat olunmuş məsələlərdən biri də budur ki, heyvanlar şüur və iradəyə malikdir. Bu şüur və iradə onların vərdişləri ilə bağlı deyil. Heyvanların bir sıra hərəkət və halətləri göstərir ki, onların şüur və iradəsi vərdişlərində mövcud olanlardan üstündür. Bu həqiqəti Qur`ani-kərim də təsdiq etmişdir.2
3. Fəlsəfi və əqli sübutlara əsasən, şüur və iradəyə diqqət yetirsək, ruh maddi yox, mücərrəddir. Həqiqətdə, ruhun xüsusi fəaliyyətlərinə görə, onu maddi varlıq hesab etmək olmaz.3 İnsanın ruhunun mücərrədliyi fəlsəfi dəlillər və Qur`an ayələri ilə isbat olunsa da, bu dəlillərin bə`zisi (o cümlədən, iradənin, şüurun və görmə qabiliyyətinin mövcud olması) heyvanların ruhunun da qeyri-maddi və mücərrəd olmasını açıqlayır.
4. Bütün varlıq aləminin Allahın məxluqu olması, Ona aid edilməsinə baxmayaraq, Qur`ani-kərimdə insanın ruhunun Allahın ruhundan olması ilə əlaqədar xüsusi söz açılmışdır.4 Məhz bu səbəbdən də, bütün varlıqlar arasında yalnız insan Allahın xəlifəsi olmağa layiq görülmüşdür.5 Heyvanların ruhunun Allahın ruhundan olmasına gəldikdə, ayə və rəvayətlərdə bu barədə heç nə deyilməmişdir.
VARLIQLARIN TƏSBİHİ (ZİKRİ)
Ayə və rəvayətlərə əsasən, Allah-taalanın müqəddəs zatına təsbih, təqdis və tənzih edilməsi (Onu bütün eyb və nöqsanlardan uzaq bilmək) yalnız insana yox, bütün varlıqlara aiddir; yə`ni bütün varlıqlar Allah-taalanın pak zatına həqiqi mə`nada təsbih və təqdis edir, Onu eyb və nöqsandan uzaq bilirlər. Varlıq aləminə qədəm qoyan hər mövcud öz məqamı həddində Allahı dərk edir, öz istedadı qədər Ona inanır, gücü çatdığı qədər Ona doğru can atır, elmi və biliyi qədər Onu çağırır. Allaha üz tutduğu üçün Onun yolunda qədəm atmağa başlayır. Allah-taalaya itaət və pərəstiş yalnız insana, ya heyvana yox, bütün varlıqlara aiddir. Ayə və rəvayətlər bu həqiqəti aydın şəkildə açıqlayır. Biz bu mövzuda iki ayə və iki rəvayətə işarə etməklə kifayətlənirik:
-------------Səh.108.
1. “Yeddi göy, yer və onlarda olan bütün məxluqlar Allaha təsbih deyir. Elə bir şey yoxdur ki, Allaha tə`rif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamazsınız. Allah, həqiqətən, həlim və bağışlayandır.”6
Allah-taala bu ayədə əvvəlcə yeddi göyün, yerin və onlarda olanların təsbihini açıqlayır, sonra məsələnin əhatəsini genişləndirərək buyurur: “Elə bir şey yoxdur ki, Allaha tə`rif deyib Ona şükür etməsin.” Burada Allah-taala bütün məxluqların təsbihini çox zərif və incəliklə bəyan etmişdir. Nə üçün hamı Ona təsbih edir? Bu qədər məxluq hara, O hara? Bəli, Onun zatı pak və müqəddəsdir və məxluqlar Ona çata bilməz. Lakin Allah-taala həlim və bağışlayan olduğundan hamı Ona ümid bəsləyir, Ona çatmağı arzulayır və arzularına da nail olurlar. Allah-taala qeyd etdiyimiz ayədə buyurur: “Lakin siz insanlar bütün məxluqların (Allaha) təsbihini başa düşmürsünüz və ona dəqiq elminiz yoxdur.”
Doğrudan da, biz insanlar varlıqların Allaha zikr deməsini və Onu yad etməsini anlamırıq. Bunu yalnız peyğəmbərlər, övliyalar və ariflər başa düşür, görürlər. Əgər biz də Allaha aşiq olsaydıq, eşqin ən yüksək mərhələsinə nail olan və bütün məxluqatın təsbih etməsini görən həzrət Davud (ə) kimi dağların təsbihini görərdik. Bəli, dağlar həmişə Allaha təsbih və təqdis edirlər. Lakin bunu eşidən qulaq, görən göz lazımdır.
---------------səh. 110.
2. “(Ya Məhəmməd!) Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allaha təsbih və təqdis edib şə`ninə tə`rif dediklərini görmürsən? Onlardan hər biri öz duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!”1
Allah-taala bu ayədə insanlara xəbərdarlıq edərək buyurur: “Bütün məxluqlar öz namazını və təsbihini yaxşı bilir.” Bu incə-nöqtə belə bir həqiqəti göstərir ki, bütün məxluqlar Allahı istəyir və Onu istədiklərini yaxşı bilirlər.
3. “Durrul-mənsur” kitabında həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Həzrət Nuh (ə) vəfat edərkən iki oğluna buyurdu: “Mən sizə Allah-taalaya təsbih və həmd-səna etməyi əmr edirəm. Çünki Allah-taalaya təsbih və həmd-səna etmək hər bir məxluqun namazıdır. Buna görə də, bütün məxluqlara ruzi verilir.”2 Yə`ni, məxluqlar Allaha təsbih deyib, bu işi davam etdirməklə öz ruzilərini alır və nöqsanlarını aradan qaldırırlar.
4. Yenə də həmin kitabda həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bütün heyvanların, həşəratların, yerin, qarışqaların, bitkilərin, çəyirtkələrin, atların, dəvələrin, bütün canlı və cansızların ömür müddəti onların təsbihlərindədir. Onların (Allaha) təsbihi sona çatdıqda Allah-taala onların canlarını alır. Onların canlarının alınmasının ölüm mələyinə (Əzrailə) heç bir dəxli yoxdur.”3
Bu və digər rəvayətlərdən aydın olur ki, Allaha təsbih etmək öncə dediyimiz kimi, ümumi bir mə`na kəsb edir, bütün məxluqlara və varlıq aləminə şamil olunur.4
***
Dostları ilə paylaş: |