İSLAMIN DƏRƏCƏLƏRİ
Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.2
İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bə`zən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. “Zuxruf” surəsinin 69-cu, “Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.
Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür.3 İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.
Dördüncü dərəcə: İnsan öz vücudunu tam mə`nada Allahın ixtiyarına verir.4 Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bə`zi alimlər İslamın bu dərəcəsini “böyük İslam” adlandırmışlar.5
İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:
1. Məsumlardan: (ə) “İnsanın mö`min adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: “Haqq Allahdan başqa heç bir mə`bud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”6
2. İmam Sadiq (ə) buyurmuşdur: “Bə`zi vaxtlar Allahın bəndələri mö`minlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mö`min ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mö`min) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və “istihlal” halı küfrə sövq edər. «İstihlalın» mə`nası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”7
Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mə`rifəti olanlar mö`minlər zümrəsindən sayıla bilər. Qeyri-mö`minlərdə isə belə bir mə`rifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mə`rifət və Allahı tanımaq maneələri yox, bə`zən əxlaqi və psixi amillər də öz tə`sirini göstərir.
***
SUAL 6: Qur`an baxımından münafiqlərin və mö`minlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır?
Əmirəl-mö`minin Əli (ə) buyurmuşdur: “Mö`minin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar və əməllərində müşahidə olunur.”1 İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mə`rifət əsasında aşkarlanır və onların əqidələrini göstərir.
İndi isə Qur`ani-kərim baxımından münafiqlərin, kafirlərin və mö`minlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin:
MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ərəb ədəbiyyatında “nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mə`nasını bildirir. Qur`ani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:
Münafiqlərin siyasi xüsusiyyətləri:
1-Biganələrlə dostluq etmək.2
2-Vilayət məqamından üz çevirmək.3
a) Dini hökuməti qəbul etməmək.4
b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq.5
3-Fürsətdən istifadə etmək.6
4-Mö`minləri təhqir etmək.7
5-Fitnə-fəsad törətmək.8
6-Psixoloji qalmaqal yaratmaq.9
7-Günahları yozmaq.10
Münafiqlərin psixoloji xüsusiyyətləri:
1-Özünü böyük görmək.11
2-Qorxu içində olmaq.12
3-İztirab və həyəcan içində olmaq.13
4-İnadkarlıq.14
5-Mə`nəvi süstlük.15
6-Nəfsani istəklərə uymaq.16
Münafiqlərin əxlaqi xüsusiyyətləri:
1-Özlərini göstərmək:
a) Yalan danışmaq və riya.17
b) Yalan and.2
v) Özlərinin yanlış üslublarını yozmaq.3
q) Zahirlərinə fikir vermək.4
d) Yalan və`dələr vermək.5
2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.6
Münafiqlərin ictimai xüsusiyyətləri:
1-İman və islahat şüarları.7
2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə də`vət etmək.8
3-Paxıllıq etmək.9
4-Mö`minlərdə eyb axtarıb, onları istehza etmək.10
5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək.11
6-Kin-küdurət saxlamaq.12
Dostları ilə paylaş: |