Xülasə və nəticə: Öncə qeyd olunanlardan başa düşdük ki, bizim xarici aləmə diqqət yetirməyimiz və onların özümüzdən xaricdə olduğunu güman etməyimiz bizi “öz misal aləmimizə” diqqət yetirib, onlardan qafil etmişdir. Digər tərəfdən, bizim xarici aləmlə məşğul olub, öz misal aləmimizdə gördüklərimiz bizi öz mücərrəd aləmimizdən qafil etmiş, müşahidə mərkəzi sayılan nurlu dərəcəmizdən uzaqlaşdırmışdır.
Təbii ki, “seyr” və “fikir” məqamında hər şeydən öncə özümüzdən xaricdə olan təbiət aləmindən “xəyal” aləminə, yəni “öz misal aləmimizə” səfər edib qayıdırıq. Sonra “xəyal”, yaxud “misal” aləmində “mücərrəd” aləmə doğru hərəkət edib, özümüzə dönürük. Bu da “müşahidə” mərhələsinin başlanğıcıdır. Daha sonra seyri davam etdirib, mücərrəd aləmdən keçməklə fanilik və dirilik məqamına çatırıq.
Dostları ilə paylaş: |