Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə12/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

YƏQİNLİYİN DƏRƏCƏLƏRİ


Quran baxımından yəqinliyin müxtəlif dərəcələri var: “Elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”.

Qurani-kərim “elmül-yəqin”i “eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.1 Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala “Təkasur” surəsində buyurur: Əgər insanelmül-yəqinmərhələsinə çatsa, cəhənnəmi görə bilər.” Yəni, biz “elmül-yəqin” mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.

“Eynül-yəqin” mərhələsindən yüksək mərhələnin adı “həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından “həqqül-yəqin” mərifətdə ən üstün bir yəqin deməkdir.2

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.

Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:

1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.1

2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.2

3-Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.3

4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.4

5-Yəqin mərifət və elmin xarici nümunələrindən olduğu üçün məlumlara aid edilir. Məlum olan “Əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.

6-Yəqinin ən yüksək dərəcələri “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”dir.5

7-Yəqinin bağlılıqları – Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.1

***
SUAL 4: Qurani-kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Özümüzü tanımaq məqsədilə insanları bu əsas üzərində necə tanıya bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam. Bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin