Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə25/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

İSLAMIN DƏRƏCƏLƏRİ


Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.2

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bəzən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. “Zuxruf” surəsinin 69-cu, “Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür.3 İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.

Dördüncü dərəcə: İnsan öz vücudunu tam mənada Allahın ixtiyarına verir.4 Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bəzi alimlər İslamın bu dərəcəsini “böyük İslam” adlandırmışlar.1

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:

1. Məsumlardan: (ə) “İnsanın mömin adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: “Haqq Allahdan başqa heç bir məbud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”2

2. İmam Sadiq (ə) buyurmuşdur: “Bəzi vaxtlar Allahın bəndələri möminlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mömin ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mömin) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və “istihlal” halı küfrə sövq edər. «İstihlalın» mənası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”3

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar möminlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə belə bir mərifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaq maneələri yox, bəzən əxlaqi və psixi amillər də öz təsirini göstərir.

***
SUAL 6: Quran baxımından münafiqlərin və möminlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır?



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin