ƏQİDƏLƏRİN AŞKARLANMASI
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Möminin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar və əməllərində müşahidə olunur.”1 İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mərifət əsasında aşkarlanır və onların əqidələrini göstərir.
İndi isə Qurani-kərim baxımından münafiqlərin, kafirlərin və möminlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin:
MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ərəb ədəbiyyatında “nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:
Dostları ilə paylaş: |