Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə28/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

KAFİRLƏRİN XÜSUSİYYƏTİ


Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük:

1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.4

2-İlahi nişanələrə istehza.5

3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.6


4-Haqqı tapdamaq.1

5-Qurana iman gətirməmək.2

6-İlahi əmrlərdən üz çevirmək.3

7-Yersiz etirazlar.4

8-Həzrət Peyğəmbərə (s) istehza etmək.5

9-Nəfsani istəklərə uymaq.6

10-Əqlə tabe olmamaq.7

MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ


Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri:

Fərdi xüsusiyyətlər:

1-Allaha təvəkkül etmək.8

2-Allahı yad edərkən qəlbləri titrəyər.9

3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.10

4-İffətli olmaq və zinadan qorunmaq.11

5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.12

6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.13

7-İlahi ayələri eşidərkən imanları artar.2



İctimai xüsusiyyətlər:

1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək.

2-Başqalarının maddi ehtiyaclarını təmin etmək.

3-Mömin qardaşlarla ilə dostluq etmək.3

4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.4

5-Xeyirxah işlərdə hamından qabağa keçmək.5

6-Kafirlərlə dostluq etməmək.6

7-Əmanətə sadiq qalmağa səy göstərmək.7

8-Əhd-peymana vəfalı olmaq.8

9-Allahın Rəsuluna itaət etmək.9

İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:

1-Çətinlik zamanı dözümlü və sakit olarlar.

2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək.

3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək.

4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq.

5-Düşmənlərə zülm və təcavüz etməmək.

6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin.

7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər.

8-Camaat onun əlindən əmin-amanlıqda olar.

O həzrət rəvayətin sonunda buyurmuşdur: “Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri vəziri, yol göstərəni və məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü və qardaşı, ehsan və yaxşılığı mehriban və ürəkyandıran atasıdır.”1

Bir sözlə, həqiqi mömin sonsuz bir aləmə bənzəyir. Möminlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinə müraciət edə bilərlər.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin