Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH



Yüklə 1,14 Mb.
səhifə32/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH


Allah-taala barəsində dəqiq, əhatəli və aydın tərif bəyan edən Qurani-kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır.

Qurani-kərim Allah-taalanı adları və sifətləri vasitəsilə ən kamil həddə təqdim etmiş, alim və geniş mərhəmət sahibi,2 tez hesab çəkən, diri və əbədi,3 uca, böyük və haqq,4 əzəmət və kərəm sahibi5 hər şeydən ehtiyacsız6 sifətləri ilə vəsf etmişdir.

Qurani-kərim nöqteyi-nəzərindən Allah hər şeydən ucadır;7 yəni bizim təsəvvür etdiyimiz hər şeydən üstündür və heç vaxt Onun həqiqətini, cəlal və camal sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.8

Allah təkdir,1 onun tayı-bərabəri, bənzəri, oxşarı2 və özündən başqa heç bir məbud yoxdur.3

Allah varlıq aləminin və kainatın həqiqi padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, əziz, islahatçı və böyüklüyə layiq, yenilməz qüdrət sahibi4 və hər şeyə qadirdir.5

Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə bir həddə əks olunmuşdur ki, Quranın bütün surələri bu iki sifətlə – “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı Özü üçün əzəldən zəruri etmişdir!6

Allah-taalanın əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana boyun damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək hər şey Allaha məlumdur.7

Allah yenilməz qüdrət və qüvvət,8 nemət,9 rəhmət10 və böyük fəzilət sahibi11,

tövbələri qəbul edən,12 insanları sevəndir.13

Allah-taala kainatı, göyləri və yeri yaradan,1 ixtiyar sahibi, aləmlərin Rəbbi, maliki və idarəedicisidir.2 Onun yaradılışda, hakimiyyətdə, hökm etməkdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə heç bir sahədə şəriki və bənzəri yoxdur.3

Bütün insanlar Allaha möhtacdır. Allah isə ehtiyacsızdır. O, insanların ibadətinə belə möhtac deyil. Allah şükrə, tərifə layiqdir, Onun bütün işləri bəyəniləndir.4

Allah-taalanın rəhmət və qüdrəti genişdir, insanlara istədiyi kimi əta edir, ruzi verir.5 O hər yerdə bizimlədir və hər işimizdən agahdır.6 Bir sözlə, hər tərəfə üz tutsaq, Allah oradadır.7

O, duaları eşidən, qəbul edəndir.8

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin