ALLAHIN DÜZ DANIŞMASI
SUAL 12: Qurani-kərimdə nazil olanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?
Allahın danışığı ilahi rübubiyyətin, dünya və insana müdiriyyətin tələbidir. Bu danışıq elm, hikmət, insanların doğru yol yönəlişi, düzgün mərifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan danışması) ilahi hikmətin əksinədir. Allahın hikməti və müdrikliyi insanları Onun söhbətlərinə inanmağa, dəvət edir, onlara düzgün mərifət yolunu tanıtdırır. Beləcə yalan Allahın sözlərinə etimadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mərifətinə yönəli ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən Allah-taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.2
Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığı üçün nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə Allahın rübubiyyət məqamından uzaqdır. Allah-taala bəyənilməyən sifətlərə malik deyildir, üstəlik belə sifətlər Ondan uzaqdır. Eləcə də, Allah-taala heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Allah-taala bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan, ən düz danışandır. Necə ki, Qurani-kərimdə bu həqiqətə belə işarə etmişdir: “...Allahdan daha doğru danışan kim ola bilər?”1
Ümid edirik ki, aşağıdakı incə-nöqtələrə diqqət yetirməklə Allah-taalanın sifətlərini dərk edək.
Dostları ilə paylaş: |