Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI



Yüklə 1,14 Mb.
səhifə41/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI


SUAL 13: Zəruri varlığın əbədiliyini necə isbat etmək olar? Zəruri varlıq özünü yox edə bilərmi?

“Zəruri varlıq” məfhumundan Allahın əzəli və əbədi olması aydınlaşır. Çünki zəruri varlığın səbəbə heç bir ehtiyacı yoxdur və O mümkün varlıqların səbəbidir. Buradan “zəruri varlıq” üçün iki sifət isbat olunur:

1. Onun başqa varlıqlara möhtac olmaması; çünki Onun başqa bir varlığa azacıq belə ehtiyacı olsa, həmin varlıq Onun səbəbi (və yaradanı) olacaqdır. Səbəbin də mənası budur ki, başqa bir varlıq ona möhtac olsun.

2. Mümkün olan varlıqlar Onun nəticəsi və Ona möhtacdır. Allah, onların yaranışının ilk səbəbidir.

Bu iki məsələni nəzərə almaqla deyə bilərik: Başqa bir varlığa möhtac olan varlıq ona tabedir və səbəbi aradan qalxsa vücuda gələ bilməz. Başqa sözlə, desək, bir varlığın müəyyən bir zamanda məhvi onun möhtac və mümkün bir varlıq olmasının əlamətidir. “Zəruri varlıq” sözsüz ki, mövcuddur, həmişə yaşayacaq və heç bir varlığa da möhtac deyil. Beləliklə, “zəruri varlıq” üçün iki sifət isbat olunur: 1-Əzəlilik; yəni Onun üçün keçmişdə yoxluq məfhumu təsəvvür olunmur. 2-Əbədilik; yəni gələcəkdə də əsla yox olmayacaq. Deməli, yoxluğa və məhvə məhkum hər bir varlıq “zəruri varlıq” deyil.1

Qeyd edilənlərə diqqət yetirməklə aydın olur ki, “zəruri varlığın” özünü məhv etməsi mümkün deyil; çünki Onun varlığı vacib və zəruridir. Əgər bu zərurəti öz üzərindən götürmək istəsə, onun zatında inqilab yaranar və bu da, onun “zəruri varlıq” olması ilə uyğun gəlməz. Başqa sözlə, “zəruri varlığın” məhvi qeyri-mümkün bir varlıq deməkdir. Buna əsasən, özünü məhv etməyə qadir olan varlığın məhv olması mümkündür və məhv olması mümkün olan varlıq “zəruri” yox, «mümkün» varlıq adlanır.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin