ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI
Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyanın əksinə hərəkət etmək gücündədir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir və insanın çoxlu çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin Allah-taala həmin çətinliklərə görə, öz istəyinin əksinə hərəkət edib, saleh əməl yerinə yetirən şəxsin savabını iki qat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs öz ata-anasının yol verdiyi günahın təsirindən məcburi şəkildə günaha yönəlmişsə, onun cəzalanmasının səbəbi nədir? İlahi cəza və əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə savab qazanar, yox əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu məsələ bütün insanlara, hətta zinadan dünyaya gələnlərə aiddir. İlahi cəzanın zinadan dünyaya gələn şəxs barəsində bəyan olunmasının səbəbi budur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.
Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün, ilahi ədalətin ziddinə də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn şəxsin elm, iradə və azadlığa malik olması insana hakim adət-ənənənin tələbinə görədir. Bu da, ilahi ədalətdən sayılır. Həmçinin, zinadan dünyaya gələn şəxs ixtiyar sahibi olduğu və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.
***
Dostları ilə paylaş: |