Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN MƏHƏBBƏTİ BARƏDƏ ARAŞDIRMALAR



Yüklə 1,14 Mb.
səhifə52/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

ALLAHIN MƏHƏBBƏTİ BARƏDƏ ARAŞDIRMALAR


SUAL 19: Allah-taala bizi sevdiyi üçün yaratmışdır. Sevgi və məhəbbət də bir növ ehtiyac sayılır. Görəsən, Allah-taalanın bizi yaratmağa ehtiyacı varmı?

Bu irad məhəbbətin, xüsusilə Allahın məhəbbətinin mənasına lazımınca diqqət yetirilmədiyi üçün irəli gəlmişdir. Ümid edirik ki, bu məsələ aşağıdakı incəliklərə diqqət yetirməklə aydınlaşsın:



1-Məhəbbətin tərifi:

Qəzzali “İhyau ülumid-din” adlı dəyərli əsərində məhəbbət və kin-küdurətə belə tərif vermişdir: “Məhəbbət insan təbiətinin ləzzəti dərk olunan şeylərə meyl göstərməsindən, kin-küdurət isə çətinliyi, ağrı-acısı dərk olunan şeylərə nifrət etməsindən ibarətdir.”1

Sədrül-Mütəəllihin də, məhəbbətə belə tərif vermişdir: “Məhəbbət insanın öz təbiətinə uyğun şeyi sevməsi, yaxud ona görə sevməsidir. O əqli, hissi və həqiqi, xəyali bir şey ola bilər.”2

Buna əsasən, məhəbbət həbiblə məhbub arasında mülayimlik meyarı olan cazibədən ibarətdir. Başqa sözlə, məhəbbət, şüur sahibi olan bir varlığın könlündə onun müqabil tərəfin mövcud olması ilə yaranan sakitlik, meyl və istəklərə uyğun bir hala deyilir.3




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin