Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


İNSANIN MAHİYYƏTİ VƏ YARADILIŞ SİRİ



Yüklə 1,14 Mb.
səhifə57/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   53   54   55   56   57   58   59   60   ...   120

İNSANIN MAHİYYƏTİ VƏ YARADILIŞ SİRİ


SUAL 21: Mənim “yaşamağa razı deyiləm və məcburiyyət qarşısında qalıb yaşayıram” – deməyə haqqım varmı? Mən bu dünyaya qədəm qoymağa razı olmadığım üçün əgər bir günah iş görsəm, (sözsüz ki, günaha yol verirəm) cavabdehəmmi? Əgər Allah-taala məni yaratmasaydı, günah edib, axirət aləmində əzab-əziyyətlərə, işkənclərə məruz qalmazdım!

İCBARİ YARADILIŞ


Hər şeydən öncə qeyd etmək lazımdır ki, insan bu dünyaya öz ixtiyarı ilə gəlməsə də, “varlıq” və onun təsirləri kimi misilsiz nemətə malik olmuşdur. Bunun müqabilində yox və puç olmaq ən böyük zərərdir. Allah-taala Öz lütfü və mərhəməti sayəsində bizi yoxluq düzənliyindən çıxararaq yaratmış və varlıq aləminə gətirmişdir. Belə bir hədiyyəyə sahib olduğumuz üçün Ona şükür etməliyik. Baxmayaraq ki, bu işdə heç bir ixtiyar və iradəmiz olmamışdır!

İnsan varlıq aləminə gəlişində heç bir ixtiyara malik olmasa da, Allah-taala Öz lütfü və mərhəməti sayəsində onu necə yaşamaq, necə olmaq, necə yol getmək və necə hərəkət etməkdə tamamilə azad qoymuşdur. Bu da öz növbəsində ən böyük nemətdir. Təəssüflər olsun ki, bəşər cəmiyyəti ondan yaxşı şəkildə istifadə etmir. Bəli, əgər Allah-taala məni bu zəmində də məcbur etsəydi, düzgün, yaxud əyri fikirləşməkdə, rəftarımda və davranışımda məcbur olsaydım, bu sualı irəli sürmək haqqına malik idim. Lakin həqiqət belə deyil!



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin