Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə68/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   64   65   66   67   68   69   70   71   ...   120
1-İlahi imtahan:

Allah-taala imtahanını «bəla», «fitnə» və eyni kökdən olan sözlərlə yad etmişdir.1 Ərəb dilində “bəla” sözü həm nemət, həm də möhnət və müsibət mənasında işlədilir. Hər iki məna ilahi imtahan sayılır. Möhnət və müsibət insanın səbir, nemət isə şükür sınağı üçündür.2 Qurani-kərimdə də “xeyir” və “şər” işlər imtahan kimi qələmə verilmişdir.3 Çətinliklər, müsibətlər və bədbəxtliklər ilahi imtahan sayıldığı kimi, nemətlər, şadlıqlar və xoşbəxtliklər də ilahi imtahan hesab olunur.4



2- üçün imtahan?

Ayə və rəvayətlər ilahi imtahanın fəlsəfə və hikmətini müxtəlif ifadələrlə bəyan etmişdir. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:

1-Bəla və imtahan insanın oyanışına səbəb olur. İmtahana çəkilən şəxs qəflət, çirkinlik və azğınlıq içində olmasından xəbər tutur.5
2-İlahi imtahan Allahı insanın yadına salır.1

3-Nemətə sahib və möhnətə düçar olmaq zülümkar və kafir şəxsin pak və mücahid şəxsdən ayırd edilməsinə səbəb olur.2

4-İmtahan insanın niyyətinin nə qədər xalis və saf olmasını müəyyən edir.3

5-Bəla və müsibətə düçar olmaq əməlin keyfiyyətini və insanlardan hansının daha gözəl əməl sahibi olduğunu ayırd edir.4

6-Bəla, müsibət və çətinliklərə düçar olmaq insanın günahlarını yuyur.5

7-İlahi imtahan və sınaq təkəbbürü, qüruru insanın qəlbindən çıxarıb, ona təvazökarlıq öyrədir, eləcə də, Allahın lütf və mərhəmət qapılarını bəşər cəmiyyətinin üzünə açır.6

8-Mömin şəxs ilahi imtahan vasitəsilə təcrübə kəsb edir.7

Ümumiyyətlə, belə bir nəticə əldə etmək olar ki, nemət, səadət və xoşbəxtlik, habelə bəla, müsibət və bədbəxtlik içində yaşamaq əqidə və imanı möhkəmlətmək, Allaha üz tutmaq, xəyallardan qaçıb qurtarmaq və əməldə tovhidə çatmaq üçündür.




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin