ALLAHA YƏQİNLİYİN DƏRƏCƏLƏRİ
SUAL 7: Kamil iman və yəqinlik dərəcələri nədir? Müasir dövrdə bu məqamlara nail olanlar varmı?
KAMİL İMAN VƏ YƏQİNİN (SEYRİ–SÜLUKUN) MƏRHƏLƏLƏRİ
Qeyd etdiyimiz suala cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:
1-Bəndənin Allah dərgahına yüksəlişi (seyri-süluku) üfüqi yox, şaquli bir seyrdir. Şaquli dedikdə, təbii müstəvidə yox, ilahi müstəvidəki məna nəzərdə tutulur. Yəni, üstün məkana yox, üstün məqama nail olmaq.
2-Batində Allaha çatma yollarını müxtəlif dərəcələrə bölmək olar. Bu yolu ötüb-keçənlər öz səfərnamələrini “Seyr-süluk risaləsi” adlandırmışlar.
3-Bu yolu birinci dəfə ötüb-keçənlər ona heç bir ad və əlamət vermir. Onun əlamətlərini özlərində görür, əldə etdiklərini başqaları üçün əlamət kimi qeyd edirlər. Peyğəmbərlər və övliyalar bəşər təlimi görmədən bu yolda qabaqcıllardır. Həmin yolu bəşərdən təlim almadan çətinliklə keçir, bağlı yolları açaraq, onlara əlamət qoyurlar. Ariflər onların şagirdləri sayılır.
4-Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.
Qeyd etdiyimiz məsələlərə diqqət yetirdikdə (bizim məlumatımıza görə) görürük ki, yəqin və ondan yüksək mərhələyə nail olanların sayı çox azdır. Onların kimliyi vəfat etdikdən sonra bəlli olmuşdur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını qeyd etmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.
Cavabın sonunda aşağıdakı hədisi qeyd edir, onun barəsində düşünməyə çağırırıq:
İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala imanı yeddi əsas üzərində qurdu: 1-Ehsan və yaxşılıq. 2-Düz danışmaq. 3-Yəqin. 4-Razılıq. 5-Vəfalı olmaq. 6-Elm. 7-Səbir. Sonra onları camaat arasında bölüşdürdü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah bəziləri nə (yeddi qismdən) bir, bəziləri nə iki, bəziləri nə isə üç pay əta etdi. Allah-taala bu minvalla bəzilərinə imanın bütün yeddi qismini bağışladı. İmanın yalnız bir payına malik olan şəxsdən iki payın, iki payına malik olan şəxsdən üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Məhz bu səbəbdən də, (insanlar) imanın yeddi payını və qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”1
***
Dostları ilə paylaş: |